"Playboy” jurnalının qurucusu dünyanın ən şorgöz milyoneridir

"Playboy” jurnalının qurucusu dünyanın ən şorgöz milyoneridir
10 yanvar 2013
# 08:15

Dünyanın məşhur “Playboy” jurnalının qurucusu Hyu Hefner Yeni il axşamı Kristal Herrislə evləndi. 86 yaşlı Hefnerlə yeni həyat yoldaşı arasında düz 60 yaş fərq var. Üçüncü dəfə ailə həyatı quran Hefnerin yüzlərlə sevgilisi olub. Ancaq onlardan bəziləri istər gözəllikdə, istər şarmda həmişə seçiliblər.

Hefnerin ən gözəl 11 sevgilisi ilə tanış olun...

1. İlk arvadı Mildred Uilyams

Dünyanın ən məşhur “şorgözü” Hyu Hefnerin ilk arvadı Mildred Uilyams olub. Cütlük məktəb vaxtı tanış olub. Uilyams universitetə daxil olsa da Hefner orduya yollanıb. Bu ayrılıq müddətində Mildred Hefneri aldatdığını etiraf edib, ancaq gənc Hefner onu bağışlayıb və cütlük 1949-cu ildə evlənib. 10 il davam edən bu evlilikdən Kristi və Devid adlı iki uşaqları olub.

2. İkinci arvadı Kimberli Konrad

Hazırda 50 yaşı olan Kimberli Konrad Hefnerin ikinci arvadı olub. 1988-ci ilin yanvar ayında “playmate” (“Playboy” jurnalının üzü) seçilən Konrad və Hefner bir il sonra evləniblər. 9 il sonra ayrılan, ancaq boşanmayan cütlük rəsmən 2010-cu ildə bitib. Evlilik müddətində iki oğul sahibi olan Hefner boşanmamağa səbəb kimi uşaqlara psixoloji zərbə vurmaq istəməməyini göstərib.

3. Pop ikonu Barbi Benton

“Playboy After Dark” (Qaranlıqdan sonra Playboy) – adlı serialda çəkilən Bentonla Hefner 1969-cu ildə sevgili olublar. Beləcə, Barbi Benton 70-ci illərin pop ikonuna çevrilib, dəfələrlə “playmate” seçilib. Münasibətləri 1976-cı ilədək davam edib.

4. Əzmli gözəl Şennon Tvid

“Playboy”un 1981-ci ildə seçilən gözəli Tvidlə Hefnerin münasibətləri həmin illərdə başlayıb. Tvidin məqsədi 1982-ci ildə özünü “Playmete” gözəli seçdirmək idi. Ancaq qısa müddətdən sonra Hefner onu da tərk etdi.

5. Çimərlik gözəli – Brend Roderik

Çimərlikdə xilasedicilərdən bəhs edən məşhur “Baywatch” (ruscadan tərcümədə - “Malibu xilasediciləri”), serialının gözəl aktrisalarından biri olan Brend Roderiklə qəhrəmanımız Hefner XXI əsrə sevgili kimi girdilər. Qısa müddətli münasibətlər Roderikə düşərli oldu. arışın gözəl ard-arda televiziya proqramlarında, seriallarda görünməyə başladı.

6. Ayrıldılar, kitab yazdı

“Playboy”un polşalı gözəli İzabella ilə Hefner 2002-2004-cü illərdə sevgili olublar. Hüquq fakültəsinin məzunu olan İzabella Ceyms öz ixtisası ilə məşğul olmaq əvəzinə “Palyboy” malikanəsinə köçməyə üstünlük verdi. Onların münasibətləri bitdikdən sonra gözəl model malikanənin iç üzünü açan “Bunny Tales: Behind Closed Doors at the Playboy Mansion” (“Dovşan Qızın Hekayələri: “Playboy” malikanəsinin qapalı qapıları arxasında baş verənlər”) kitabını yazdı.

7. Ən qocası

Bricit Marquard Hefnerin ən qoca sevgililərindən idi. 2002-2008-ci illər arasında sevgili olan cütlüyü televiziya proqramı vasitəsilə bütün dünya tanıdı.

8. TV ulduzu Holli Medison

“Playboy” malikanəsinin ən gözəllərindən biri olan Holli Medisonla Hefner 2002-ci ildə sevgili olublar. Televiziyada cütlüyü izləyənlər illər sonra Hefneri nikah masasına əyləşdirə qadının məhz Holli olacağını düşünürdülər. Ancaq yanıldılar. 6 il sonra bizim “şorgöz” qəhrəman Hollidən də ayrıldı.

9. İdmançı Kendra Vilkinson

Elə həmin illərdə Hefnerlə münasibətləri olan Kendra malikanənin idmançı gözəli idi.

10 - 11. İkisi ilə birlikdə

Miçiqanlı əkizlər – Karrisa və Kristina Hefnerin son sevgilililəri idi. Onlarla bağlı yadda qalan məqam ondan ibarətdir ki, yaşları hələ 21 olmadığına görə Las-Veqasdakı “partilər”ə qatıla bilmirdilər.

# 5851 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

12:00 3 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər