news-inner
clock14:19 calendar-gray 30 Mart 2021 view-gray1392 dəfə oxunub
view-gray1392 dəfə oxunub

Bu şeir Rusiyada "İlin şeiri" seçildi - Mətn

Rusiyanın nüfuzlu «Poeziya» ədəbi mükafatı qaliblərə təqdim olunub.

2020-ci il üzrə «İlin şeiri» nominasiyasında «…bir sözlə, Sandun hamamı» şeiri ilə tanınmış şair, tərcüməçi Yuliy Quqolev qalib elan olunub.

Kulis.az həmin şeirin tərcüməsini diqqətinizə çatdırır.

... bir sözlə, Sandun hamamı

Dolabın qapısını açmaq kimi gəlməsin sizə, bir sözlə,
Sandunlardır bura, hər kəsin hər şeyi ortada:
Boltlar, çıxıntılar, borucuqlar, kələfaçan alətlər…
Boğazı qurumaq nədir – ruhlar od tutub yanır, ruhlar!
Bəziləri keçir, bəziləri eləcə dayanıb,
Süpürgəmiz də var, sabunımız da, di gəl,
«Biz fəqliyik, fərqliyik» – atam hey mızıldanır.

Onunla ağızlaşmağa dəyərmi? – düz deyir: biz fərqliyik…
aramızdakı əlillərə bax: kiminin dəbəliyi var, kimisi taytıyır,
başı bəlalar çəkib, samovardan seçilmir gövdəsi.
Sandunların buğuna tutmağa aparırlar məni
Zülmkar atalar, onlara qoşulan babalarla birgə.
Korşalmış yaddaşın bulanıq pəncərəsindən
İçəri salırlar məni, bu yüzdallı nədirsə, ona ürcah eləyirlər.

Zəhləm gedir sandunların buğundan, buxarından.
Yadımdadır, dəqiqəbaşı komür atırdı odluğa
üz-gözünə his bulaşmış qara ocaqçı
Hər kəs öz ətli kranını sabunlayırdı durmadan
Əlillər, şillər, veteranlar.
Mənsə… elədir, görməmiş kimi zillənmişdim,
Gözümü çəkə bilmirdim onlardan…

haraya açılır, hara aparır bu qapılar görəsən?
Ağzı köpüklü girdiyimiz yer haradır
(düzünə qalsa, köpüksüz – artıq yuyublar bizi, təmizləyiblər)?
İslanıb ağırlaşmış süpürgə kolu da yanır burda,
Budur, bax, ən vacib incəsənət növü;
Şeytan barmaq eləmir, hər şeyi özümüz, özümüz…
Ya bu güruha qoşul, kirimişcə təslim elə özünü.

Güruh dediyimiz kimlərdir – atalar, dədələr.
Nə deyirsinizsə deyin,
Yalanla nəfəs alır böyüklər!
Yoxsa nəyinə lazımdır ki onların,
Hələ gözü açılmamış uşaq
Pivə və balıq qurusuyla (çapaq balığıyla) oturub
Səs-səsə versin onlarla, deməzsənmi:
Ləzzətdir! Nə gözəldir yaşamaq!

Amma ki, çox qalmayacağıq burda…
Biz də buxarlanacağıq, havaya qarışacağıq
haçansa Sandunların borusundan yüksələn tüstü kimi.
Ocaqçı göyərmiş, qançır olmuş əlləriylə
Odluğa atacaq aramızdakı
yüz illərin rayihəsini hopdurmuş hər şeyi.
Bu sonra olacaq, bir azdan, hələliksə…

Onlar yaş mələfəyə bürünüb oturublar barda,
Elə bil kirşədə yayxanıblar, harasa sürüşürlər.
Üzgəc qoparan kim, köpük üfləyən kim
Ətrafda pörtmüş sifətlər, bəxtəvərlik yağan üzlər.
– Ey, Yulikatı, sən niyə içmirsən bu nemətdən?!
Arkadi baba «Jiqulyovski»dən bir qurtum alır,
Ləzzətlə ağzını marçıldadır, qarnını sığallayır…
Yalan ayaq açıb yeriyir, fırıldaq meydan sulayır.

Tərcümə: Etimad Başkeçid

news-inner-user

20044 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tərəf müqabili ilə üçaylıq sevgi yaşayan, evi olmadığı üçün qarajda qalan, iki dəfə intihara cəhd edən Xalq artisti
21:00 28 Sentyabr 2021
Vətən Müharibəsi qəhrəmanı haqqında film çəkilir
18:50 28 Sentyabr 2021
Bakı Beynəlxalq Kitab Sərgisində nələr olacaq?
18:15 28 Sentyabr 2021
Sahilənin Sənanı və "Şeyx"i
17:28 28 Sentyabr 2021
Onun geridəqalmışlığı mükafata layiqdir – Aqşin Yenisey yazır
16:44 28 Sentyabr 2021
Filmimiz beynəlxalq festivalın ən yaxşısı oldu
15:59 28 Sentyabr 2021
Üzeyir bəyə tələ quran erməni musiqiçilər - Tarixin gizlinləri
15:10 28 Sentyabr 2021
Baydarovun filmi nufuzlu festivalda - Foto
14:22 28 Sentyabr 2021
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
13:35 28 Sentyabr 2021
Qarabağ mövzusunun dələduzları – Şərif Ağayar yazır...
12:54 28 Sentyabr 2021
Əri ola-ola Telman Adıgözəlov ona evlilik təklif etdi, kişi aktyorlarımızın arasına qısqanclıq davası saldı – “Bəyin oğurlanması”nın məşhur siması kim idi?
12:09 28 Sentyabr 2021
Ölməyə vətən yaxşı... - Onlar niyə qürbətdə öldülər?
11:32 28 Sentyabr 2021
Nazirlikdən bəstəkara cavab: “Beş min verdik, götürmədi” - Özəl
11:01 28 Sentyabr 2021
Məşhur şair Fərid Hüseynin tərcüməsində - Yeni kitab
10:25 28 Sentyabr 2021
Universitetin dördüncü mərtəbəsindəki it – Yeni hekayə
09:01 28 Sentyabr 2021
"Anam deyir ki, o, ayaqqabılarını çıxarmaq istəyəndə, birinci katib qoymadı" - Səməd Vurğunu belə görməmisiniz - Foto
21:02 27 Sentyabr 2021
Tağıyevin heykəli yaxın günlərdə açılacaq - Rəsmi
18:55 27 Sentyabr 2021
Məşhur ingilis tədqiqatçının Nizami yanlışı – Vilayət Quliyev yazır...
18:20 27 Sentyabr 2021
Yazıçıların qaranlıq həyatı kitab oldu – Yeni nəşr
17:40 27 Sentyabr 2021
Müharibə xəbərinə özünü itirən taksi sürücüsü
16:53 27 Sentyabr 2021