news-inner
clock12:16 calendar-gray 12 Mart 2021 view-gray6710 dəfə oxunub
view-gray6710 dəfə oxunub

Qaçaq Nəbini necə öldürüblər? - Sui-qəsdin gizlinləri

Bu gün XIX əsrdə Azərbaycanda məşhur kəndli hərəkatının başçısı, xalq qəhrəmanı Qaçaq Nəbinin anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.


Qaçaq Nəbi Alı oğlu 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) anadan olub.

***

Alı kişi yeddi nəfərdən ibarət ailəni çətinliklə dolandırır. Buna görə də o, Nəbini hələ kiçik yaşlarında Şuşadakı tacirlərin yanında nökərçiliyə verir. Atasının ölüm xəbərini alıb kəndlərinə qayıdan Nəbi ailələrinə başçılıq etməyə məcbur olur. Bir müddət sonra isə Nəbinin anası da vəfat edir. O, özündən yaşca balaca bacısı Zeynəbi və qardaşı Mehdini dolandırmaqdan ötrü qapılarda muzdurluq etməyə başlayır.

***

Ata və anasının vəfatından sonra Nəbi Yuxarı Mollu kəndindən olan Molla Xanalının qızı Həcərə aşiq olur və onunla evlənmək qərarına gəlir. Nəbinin həyatında və qaçaqlığında Həcərin xüsusi yeri olub. Belə ki, olduqca gözəl qadın olan Həcər heç kimdən və heç nədən çəkinmədən daim at belində, əlində silahla Nəbinin yanında olur. Onunla birlikdə dağlarda, dərələrdə yaşayır.



Nəbinin qaçaqçılığa başlaması sosial ədalətsizliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də, onun dəfələrlə həbs olunması da Nəbinin qaçağa çevrilməsinə xüsusi təkan verib.

***

İsti aylarda adətən, bütün elat kimi Mollu kəndinin camaatı da yaylağa köçürmüş. Yaylaqdan qabaq lazımi şeylər almaq üçün camaat Naxçıvana gedirlər. Qayıdanda karvan bir kəndin yanında gecələyir. Həmin kəndin camaatı Mollu camaatını talamaq üçün onlara hücum edir. Vuruşmada bir nəfər ölür. Sonra iki kənd arasında barışıq yaranır. Ancaq iş divana düşdüyündən Naxçıvanda məhkəmə olur. Nəbi arxayın olur ki, arada barışıq var, yəqin tutqu olmaz, ona görə də məhkəməyə gedir. Burada onu günahkar sayıb həbs edirlər. Bu Nəbinin ilk həbsi olur. Naxçıvan türməsində yatan Nəbini Şuşa qalasına aparan zaman qolu bağlı olsa da yolda qaçmağa nail olur.

***

Nəbinin ikinci dəfə tutulması birbaşa Qubadlı bəylərinin əli ilə olur. Belə ki, Qubadlı bəyləri Mollu mülkünün yataqlarını öz aralarında bölmək istədikdə Nəbi kəndlilərini bir yerə toplayıb onlar arasında təbliğat aparır. Kəndlilər bəyləri qovurlar. Bəylər bu hərəkəti Nəbiyə bağışlamır. Mollu kəndinin yaxınlığında digər kənddən olan bir nəfəri Qubadlı bəylərindən birinin qardaşı öldürür. Həmin kəndin adamları bunu Mollu kəndindən bilirlər. Bundan istifadə edən bəylər həmin işi Nəbinin üstünə atırlar. Beləliklə, Nəbini tutub qazamata salırlar. Lakin bu dəfə də Nəbi Gorus qazamatından qaça bilir.

Nəbi həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Bəylərin onu qaçaq saldıqlarını bildirir. Özündən sonra qardaşı Mehdini incidəcəklərini bilib, onu da götürüb kənddən çıxır. Gecəykən Qubadlı Məmmədəli bəyin ilxısından hərəyə bir at, pristav Əliağa bəyin divanxanasından hərəyə bir tüfəng götürüb dağlara qalxırlar. Beləliklə də Nəbinin qaçaqçılıq həyatı 1875-ci ildən başlanır.

***

Bəylərə, çar məmurlarına, habelə tacir və sələmçilərə qarşı barışmaz düşmən olan Qaçaq Nəbi yoxsul kəndlilərin mənafeyini müdafiə edir, mülkədarların var-dövlətlərini əllərindən alaraq kasıblara paylayır.

***

Xalq kütlələrinin mənafeyini müdafiə etməsi və fövqəladə şəxsi igidliyi Qaçaq Nəbiyə böyük şöhrət qazandırır. Xalq Nəbinin dəstəsinə yaxından köməklik edir, ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət çar kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə keçirdi. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Hökumət Qaçaq Nəbiyə qarşı polis, kazak dəstələri göndərirdisə də, onu ələ keçirə bilmir. Türkiyə və İrana da agentlər göndərilməklə Nəbi ardıcıl olaraq izlənilir.

Yerli hakimiyyət qurumları, o cümlədən, Zəngəzur mahalının naçalniki Səlim bəy Rüstəmbəyov Nəbi ilə davada aciz olduğunu başa düşüb onun dəstəsinə nifaq salmaq üçün casuslardan istifadə etmək qərarına gəlir. Səlim bəy öz niyyətini Naxçıvan naçalniki Slavaçinskiyə açır. Sonuncu isə Naxçıvanın Ordubad camaatından olub İranın Urmiya şəhərində ticarətlə məşğul olan Məşədi Paşa Hacı oğlunu bu işə cəlb edir. Məşədi Paşa bəy Nəbinin dəstəsindən olan Şah Hüseyni və Kərbalayi İmanı ələ alır, onlara böyük mükafatlar vəd edir. Özü də tez-tez Nəbinin yanına gedib-gəlir, ona dost münasibəti göstərir. Bir müddət sonra Məşədi Paşa Nəbini evinə qonaq çağırır. 1896-cı il mart ayının 12-də gecə saat 2-də qonaqlıqdan qayıdarkən gecə Şah Hüseyn və Kərbəlayi İman Nəbini İranla Türkiyənin sərhəddində yerləşən Larin kəndi yaxınlığına gətirirlər. Burada şah Hüseyn Nəbini arxadan vurur. Nəbi elə oradaca ölür.

***

***

Lakin Nəbinin ölümü ilə bağlı el dilində dolaşan daha bir əhvalat da var. Guya Nəbinin ölümü namus məsələsidir. Bu versiya tam təsdiqini tapmadığı üçün mənbələrdə rast gəlinmir. Əhvalat belədir. Nəbinin dostu hesab olunan Şah Hüseyni Nəbiyə qarşı qoymaq üçün onun arvadını ələ alırlar. Şah Hüseynin arvadı yalandan ərinə deyir ki, Nəbi mənə sataşıb. Onun sözlərinə inanmayan Şah Hüseyn xeyli götür-qoy edəndən sonra, arvadının onun namussuz adlandırmasından, Nəbidən qorxmasına görə tənə etməsindən təngə gəlib onun sözlərinə inanır və Nəbini qətlə yetirir. Bu barədə el dilində belə bir şeir da yayılıb:

Qadınlar yığılıb bir hiylə qurdu,
Nəbinin dostları üzünə durdu.
Şah Hüseyn qəflətən Nəbini vurdu
Darasın saçını tellər ağlasın,
Yerisin üstündə ellər ağlasın

***

Nəbinin ölümündən sonra bir müddət Nəbisiz fəaliyyət göstərən qaçaq dəstəsi 1897-ci ildə tamamilə dağıdılır.

***

Xalq öz sevimli oğlunun qəhrəmanlığını unutmamış, onun haqqında dastan yaratmış, mahnılar qoşmuşdur. Qaçaq Nəbi haqqında Süleyman Rüstəm “Qaçaq Nəbi” pyesini yazıb, onun haqqında “Qanlı zəmi” bədii film çəkilib. Lakin, ssenari çox zəif olduğundan film kinotənqidçilər tərəfindən zəif qarşılanıb.

***

Qubadlı rayonunda Qaçaq Nəbinin abidəsi qoyulub. Bakı şəhərində Qaçaq Nəbinin adını daşıyan küçə var.

Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyilə Mollu kəndinə gətirilib. Bir müddətdən sonra burada Nəbinin Həmzə adlı bir qohumuna ərə gedib. Həcər Həmzə ilə Molluda çox yaşayır. Həcərin Nəbidən övladı olmayıb. Həmzədən isə onun bir neçə övladı olub.

***

Həcər 1914-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində vəfat edib. Qəbri Aşağı Mollu kəndindədir.

news-inner-user

20044 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tərəf müqabili ilə üçaylıq sevgi yaşayan, evi olmadığı üçün qarajda qalan, iki dəfə intihara cəhd edən Xalq artisti
21:00 28 Sentyabr 2021
Vətən Müharibəsi qəhrəmanı haqqında film çəkilir
18:50 28 Sentyabr 2021
Bakı Beynəlxalq Kitab Sərgisində nələr olacaq?
18:15 28 Sentyabr 2021
Sahilənin Sənanı və "Şeyx"i
17:28 28 Sentyabr 2021
Onun geridəqalmışlığı mükafata layiqdir – Aqşin Yenisey yazır
16:44 28 Sentyabr 2021
Filmimiz beynəlxalq festivalın ən yaxşısı oldu
15:59 28 Sentyabr 2021
Üzeyir bəyə tələ quran erməni musiqiçilər - Tarixin gizlinləri
15:10 28 Sentyabr 2021
Baydarovun filmi nufuzlu festivalda - Foto
14:22 28 Sentyabr 2021
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
13:35 28 Sentyabr 2021
Qarabağ mövzusunun dələduzları – Şərif Ağayar yazır...
12:54 28 Sentyabr 2021
Əri ola-ola Telman Adıgözəlov ona evlilik təklif etdi, kişi aktyorlarımızın arasına qısqanclıq davası saldı – “Bəyin oğurlanması”nın məşhur siması kim idi?
12:09 28 Sentyabr 2021
Ölməyə vətən yaxşı... - Onlar niyə qürbətdə öldülər?
11:32 28 Sentyabr 2021
Nazirlikdən bəstəkara cavab: “Beş min verdik, götürmədi” - Özəl
11:01 28 Sentyabr 2021
Məşhur şair Fərid Hüseynin tərcüməsində - Yeni kitab
10:25 28 Sentyabr 2021
Universitetin dördüncü mərtəbəsindəki it – Yeni hekayə
09:01 28 Sentyabr 2021
"Anam deyir ki, o, ayaqqabılarını çıxarmaq istəyəndə, birinci katib qoymadı" - Səməd Vurğunu belə görməmisiniz - Foto
21:02 27 Sentyabr 2021
Tağıyevin heykəli yaxın günlərdə açılacaq - Rəsmi
18:55 27 Sentyabr 2021
Məşhur ingilis tədqiqatçının Nizami yanlışı – Vilayət Quliyev yazır...
18:20 27 Sentyabr 2021
Yazıçıların qaranlıq həyatı kitab oldu – Yeni nəşr
17:40 27 Sentyabr 2021
Müharibə xəbərinə özünü itirən taksi sürücüsü
16:53 27 Sentyabr 2021