news-inner
clock09:00 calendar-gray 08 Mart 2021 view-gray1999 dəfə oxunub
view-gray1999 dəfə oxunub

Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə

Kulis.az Türkiyədə yaşayan azərbaycanlı yazıçı Gülay Hüseynova ilə müsahibəni təqdim edir.

- Azərbaycanı Türkiyədə təmsil edən azsaylı yazarlarımızdansan. Necə oldu ora getdin?

- Yazarlıq karyeram, ilk kitabım “P.S. Zaten boyun da küçüktü..” ilə başladı. Kitabdan öncə həm aktrisa, həm də radio aparıcısı kimi kifayət qədər uğurlu layihələrdə fəaliyyət göstərməyimə rəğmən, böyük bir kütlə məni sırf yazar olaraq tanıdı. “P.S. Zaten boyun da küçüktü..”nün 2015-ci ilin ən çox satılan kitabı olması sosial media vasitəsilə Türkiyədəki nəşriyyatların diqqətini çəkdi və çox qısa müddət ərzində müqavilə ilə Türkiyəyə transfer yazar olaraq dəvət edildim, İstanbula köçdüm. Yəni, bir kitab yazdım və bütün həyatım dəyişdi...

Ardınca 2017-ci ildə ikinci kitabım “Ve bir Americano” nəşr olundu və o daha da uğurlu kitab oldu. Artıq Türkiyənin ən böyük yayın evlərindən olan “Martı” Yayınlarının yazarı, eyni zamanda tərcüməçisiyəm. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, İstanbul, İzmir, Antalya, Bursa, Eskişehir, Kocaeli, İzmit, Trabzon, Mersin və s. kimi böyük şəhərlərdə aktiv şəkildə imza günləri edən ilk və tək Azərbaycanlı yazar mənəm.

- Oranın ədəbi mühiti ilə bizim ədəbi mühitin nə kimi fərqləri var?

- Çox daha böyük və çox daha sürətlidir. Hər ay yüzlərlə yeni kitablar, onlarla ədəbiyyat dərgiləri nəşr olunduğu üçün sanki dünya ədəbiyyatıyla birgə addımlayırsan. Bir həftə kitab mağazasına girməyəndə elə bilirsən ki, çox önəmli ədəbi proseslər baş verdi və sən bunları qaçırtdın...

- Nəşriyyat və yazar münasibətləri necə tənzimlənir? Orada yazıçılar kitablarından yaşamağa bəs edəcək qədər pul qazana bilirlər?

- Mən hər kitabın öz şansının olduğuna inanıram. Çünki nəşriyyatlar, kitabı öz büdcələri ilə nəşr etdiyinə görə, bəyəndikləri əsərlər üçün risk edir, yaxşı reklam edir, bəyənmədiklərini yazarın kimliyindən asılı olmayaraq çap etmirlər, adətən...

İşin maddi tərəfi yazarın kimliyinə görə dəyişir. Kitabları müxtəlif dillərə çevrilərək dünyanın 20-30 ölkəsində satılan yazarların qazancı ilə təkcə Türkiyədə satış edən yazarların qazancı, təbii ki, eyni deyil.

- Türkiyədə kitabların neçə tirajla çap olunub? Satışı necə oldu? Qane edir səni?

- Kitablarımın hər nəşri 10 min tirajdır, ümumilikdə 50 mindən çox satılıb və hər ikisinin aktiv satışları davam etməkdədir. Rəqəmlər və işin maddi tərəfi bir yana, Türkiyənin dörd bir yanında qələmimi sevən və yeni kitablarımı həyəcanla gözləyən minlərlə oxucumun olmağı, olduqca xoşdur. Bir yazar üçün ən böyük motivasiya da budur, məncə.

- Hazırda yeni kitab, ya yeni layihələr üzərində işləyirsən yəqin...

- Hamımızın yerinə bu suala ən doğru cavabı zamanında Lonesco verib məncə: “Bir yazar əsla istirahət etməz. Bir yazarın bütün həyatı ya yazmaqla, ya da yazmaq üçün düşünməklə keçir”.

- Gülay, ən gözəl xanım yazarlarımızdan birisən. Nə əcəb sevgilin yoxdur? Bəlkə var, biz bilmirik?

- İltifat üçün təşəkkür edirəm (gülür).

- Sənə eşq elan edən bəylər də az olmaz. Elə yazıçıların, şairlərin arasından da. Olur?

- Hə, çox olub (gülür). Şair və yazıçıların sevgisinə çox inanmasam da, ilham olduğumu dedikləri şeir və mahnıları hər zaman minnətdarlıqla qarşılayıram.

- Türkiyədə xoşuna gəlməyən nələrsə var?

- İstanbul mənim evim olub artıq. Təbii ki, zaman-zaman məmnun olmadığım hallar da olur və məncə, bu olmalıdır da. Yoxsa balans pozular. Amma ailəm və dostlarımdan uzaq olmaqdan qətiyyən xoşum gəlmir.

- İstanbul və Bakı. Bir yazıçı kimi öz içində bu iki şəhəri müqayisə edirsən yəqin.

- Mən bir az romantik yanaşıram bu müqayisəyə: İstanbuldan Bakıya gələndə gözlərim dolur ki, sevdiyim şəhərdən uzaqlaşıram. Bakıdan İstanbula uçanda gözlərim dolur ki, sevdiklərimdən uzaqlaşıram.

- Səncə, qadın şairlər niyə kişilər qədər gözəl yazmırlar?

- Bunun səbəbi məlumdur axı. Elə öz ətrafımıza nəzər salanda görürük ki, az qala hamımızın nənəsi, ulu nənəsi gözəl şeirlər yazırmış. Məlum səbəblər ucbatından qadınlar əsrlər boyu yaradıcılıqdan məhrum edilib, yazdıqlarını ortaya çıxartmağa nə cəsarətləri, nə də imkanları olub. Hamı Xan Qızı Natəvan, ya da Məhsəti Gəncəvi deyil axı..

- Ümumiyyətlə, elə bil tək şeirdə yox, elə nəsrdə də xanımlar bəylərdən geri qalır.

- Gəl, sənə Gabrielle Colettenin həyat hekayəsini danışım. Henri Villars adlı bir yazarla evlənir və Parisə köçür. Henri, Colettenin yazarlıq qabiliyyətini kəşf edən kimi onu zorla bir otağa kilidləyir və roman yazmağını tələb edir. Colette bu romanı yazır, Henri kitabı öz adıyla yayımlayır. 1900-1905-ci illərdə yayımlanan dörd kitablıq roman seriyası Fransada çox böyük səs-küyə səbəb olur. Colette yalnız ərindən boşananandan sonra romanlarını öz adıyla nəşr etdirməyə nail olur. Bir də buna nail olmayanları düşün. Digər tərəfdən, bu gün beynəlxalq ədəbiyyat emalatxanalarında yazar olmaq istəyən minlərlə insan Ursula K. Le Quinin metodlarını öyrənirsə, son 10 ildə Nobel Ədəbiyyat Mükafatını qazananlar arasında qadın isimlərin - Alice Munro, Svetlana Aleksiyeviç, Olga Tokarçuk, Luiza Qlük - sayı çoxalırsa, hətta televiziya sahəsində baxımlı serialların böyük əksəriyyəti qadınların qələmindən çıxırsa, demək, qadın əlinin dəydiyi hər şey gözəlləşir və ruhən incələşir. Qadınlardan qorxmaq lazım deyil, cənablar. Güc birlikdədir. Sevgi və dostluqla əl-ələ verib birgə irəliləməkdə fayda var.

- Bu gün qadınlar günüdür. Səncə, qadınlara ən gözəl hədiyyə nədir?

- Düşünürəm, içində əmək və incə düşüncə olan hər hədiyyə gözəl və dəyərlidir.

- Bəs sənin özünə 8 Mart günü edilmiş ən maraqlı hədiyyə nə olub?

- Üç aylıq rəqs paketi.

- Son zamanlar gender bərabərliyi məsələləri çox aktuallaşıb. Sənin bu mövzuya münasibətin necədir? Səncə, Azərbaycanda qadınların hüquqları həqiqətənmi çox tapdanır?

- Zənnimcə, bu düşüncə cəmiyyətin şüuraltında möhkəm kodlaşıb. Məsələn, müsahibəmiz boyunca tamamilə seksist mövqedən, qadınları zəif və qabiliyyətsiz göstərməyə çalışan iki sual ünvanladın mənə, amma fərqində belə deyilsən. Görmək istədiyim qadınlar öz hüquqlarını bilən və qoruyan, aktiv hərəkətdə və daim inkişafda olan qadınlar olduğu üçün mən onları hər yerdə görürəm. Günəş kimi parlayırlar çünki. Əgər sən Günəşə mərmi atmaq istəyirsənsə, o başqa məsələ (gülür).

- Bizim feministlər haqqında nə düşünürsən? İzləyirsən fəaliyyətlərini?

- Sağlam və lazımlı addımları hər zaman alqışlayıram. İfrata varan hər şey ilk növbədə özünə zərər verir.

- Yekun sualım bu olsun: sən bir xanım və ən əsası bir yazıçı kimi cəmiyyətimizi necə görmək istəyərdin?

- Məncə, gözləntini başqalarına yönəltməkdənsə, hər birimiz özümüzün cəmiyyətə verə biləcəyimiz faydalara fokuslansaq daha effektiv olar.

Foto: İlkin Nəbiyev

Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə"> Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə" data-description="gallery" alt="Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə">
news-inner-user
Ulucay Akif

109 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021