news-inner
clock16:15 calendar-gray 03 Mart 2021 view-gray917 dəfə oxunub
view-gray917 dəfə oxunub

Zibillik oyuncağı – Hekayə

Zibilliyə atılmış oyuncaq kimidi kimsəsiz, yoxsul, cəmiyyət tərəfindən təcrid edilmiş insanlar. Çox qəddarcasına səslənir, amma həqiqətə göz yummaq, olmamış kimi davranmaq vicdansızlıqdan başqa bir şey deyil.

Balaca Mələyin atası hər gün metro stansiyalarının birinin yanındakı körpünün altında durub, fəhlə kimi evlərə getməklə pul qazanardı. Camaat içində qul bazarı adlanan bu yerdə səhərdən axşama yayın günəşində, qışın şaxtasında ayaq üstə saatlarla iş tapacağı ümidiylə onlarla insan beləcə günlərini keçirirdi. Anası isə xadimə kimi çalışırdı. Günlərin birində anası müdirin fikrincə kifayət qədər yaxşı yır-yığış etmədiyindən işdən qovulmuşdu. Çarəsiz qalıb, küçələri süpürmək üçün bir neçə ay aidiyyatı qurumlara baş vurandan sonra onu işə götürmüşdülər. Bir ilə yaxın küçələri təmizləyən anası, yük maşını tərəfindən qəza nəticəsində dünyasını dəyişdi. Həmin gündən etibarən balaca Mələklə, qardaşı Vaqifin onsuz da ağır olan günləri daha da ağırlaşdı.

Anasının ölümündən sonra gecədən gecəyə evə gələn atası uşaqları demək olar ki nəzarətdən buraxmışdı. Məktəbə də getməyən uşaqların günü əsasən dörd divar arasında keçər, bəzən küçəyə oynamağa çıxar, bəzənsə zibillikdə eşələnməklə baş qatardılar. Atası Mələyə ad günün üçün yumşaq oyuncaq alacağını söz versə də, ad günündə nə hədiyyə, nə də şirniyyat oldu. Atası hətta qızının doğum gününü də unutmuşdu. Yadına düşəndə qızının könlünü almaq istəyi bir xeyir vermədi. Günlük ərzaq almağa pulu güclə çatan atasının qırağa pul qoyub, övladı üçün hədiyyə almağa gücü çatmırdı.

Qışın soyuq günləri idi. Mələk qardaşıyla küçədə oynadıqdan sonra, qardaşı çox üşüdüyündən evə dönsə də, Mələk hələ də küçədə oynamağa davam edirdi. Oynamaqdan bezdikdən sonra adəti üzrə evə qayıtmaq istəyirdi ki, cütlüyə gözləri sataşdı. Cütlük möhkəm dalaşırdı. Mələk qıraqda durub, qızğın sözləşməyə tamaşa edirdi. Oğlan hirslənib, gedəndən sonra qız əlindəki yumşaq oyuncağı yaxınlıqdakı zibilliyə atıb, öz-özünə deyinərək həmin yeri tərk elədi. Mələk əvvəlcə yerindən tərpənmədi, amma sonra zibilliyə yaxınlaşıb, zibil qabının içində oyuncağa baxmağa başladı. Götürüb-götürməmək arasında qalmışdı. Götürməsə, oyuncağa heyif olacaqdı. Axı bu oyuncaq onun doğum gününə arzuladığı oyuncaq idi. Götürsəydi də, atası oyuncağın haradan olduğunu soruşacaq, biləndə ki zibillikdəndi, oyuncağı zibilliyə qaytarmağı məcbur edə bilərdi. Maraq qorxuya qalib gəldi və Mələk oyuncağı zibillikdən götürüb, evlərinə qayıtmaq istəyəndə qarşısına qonşu məhəllədən oğlanlar kəsdi. Oğlanlar 10-15 yaşında idilər. Mələklə məzələnməyə başlayan oğlanlar oyuncağı onun əlindən almağa cəhd edəndə, Mələk müqavimət göstərdi. Bu oğlanların xoşuna gəlmədi və onlar zorla oyuncağı qoparmağa çalışanda Mələyi yıxdılar. Oğlanlardan biri yerə yıxılan Mələyə oyuncağı əlindən almaq üçün hətta təpik də vurdu. Oyuncağı Mələkdən qopardandan sonra Mələyin ağzının partladığını görüb, qaçmağa başladılar. Mələk isə ağlaya-ağlaya ayağa qalxıb, evə qayıtmalı oldu. Qardaşı nə baş verdiyini ondan soruşsa da, Mələk heç bir cavab vermədi. Qardaşı nə qədər israr etsə də, bu öz nəticəsini göstərmədi. Ağzının qanını yuyub, bir tikə çörək yemək üçün masaya yaxınlaşdı. Dişi zədələndiyindən yemək də yeyə bilməyib, yatmağa qərar verən Mələk ağrılara baxmayaraq, yuxuya getdi. Sabahı gün qardaşı Vaqiflə zibillik tərəfə oynamağa gedəndə, zibilliyin yanında yırtılmış-cırılmış vəziyyətdə həmin o yumşaq oyuncağı gördü. Qaçıb, oyuncağı götürdü. Oyuncağı bağrına basanda, çənəsi ağrıdı və Mələk özündən asılı olmayaraq, ağlamağa başladı. Vaqif Mələyi sakitləşdirməyə çalışdı, başını sığalladı, onu qucaqlayıb, öpdü. Oyuncağı evə aparmaq istəyən Mələyi qardaşı dayandırıb, başa salmağa çalışdı ki oyuncağı evə aparsa, atası hirslənəcək. Məcbur qalıb, oyuncağı zibilliyə qaytaran Mələk göz yaşları içində qardaşıyla evə qayıtdı. Qayıdarkən, qardaşı yolda Mələyə söz verdi ki, gec-tez ona istədiyi oyuncağı alacaq. Vaqif heç vaxt yalan danışmazdı və Mələk ağlamağı kəsib, qardaşının əlindən tutaraq, evə döndü.

Bu həyatda ən dəyərli şeylərdən biri də yaxınlarımızın sevgisidir. Sevildiyini bilən hər kəs, gələcək günlərə ümid dolu gözlərlə, inam dolu fikirlərlə addımlayar.

Xanım Əliyeva

news-inner-user

18423 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Səni aldatdım, bağışla! – Yazıçı vəfat etmiş həyat yoldaşına nələr etiraf etdi? – Mətn
17:30 12 Aprel 2021
“Brilliant əl” filminin aktrisası evində ölü tapıldı
16:45 12 Aprel 2021
Məşhur aktyor vəfat etdi
16:11 12 Aprel 2021
Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
15:30 12 Aprel 2021
Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
14:50 12 Aprel 2021
17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın
14:22 12 Aprel 2021
Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
13:30 12 Aprel 2021
Azərbaycanlı şairə ağır itki üz verib
12:45 12 Aprel 2021
Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12:14 12 Aprel 2021
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:38 12 Aprel 2021
“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
11:30 12 Aprel 2021
Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
10:57 12 Aprel 2021
Xalq rəsamımız Türkiyə televiziyasında
10:23 12 Aprel 2021
Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
09:45 12 Aprel 2021
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
09:01 12 Aprel 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
10:30 11 Aprel 2021
Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
17:01 10 Aprel 2021
Ax tı maşennik - Haqverdiyevin hekayəsi
16:39 10 Aprel 2021
Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021