Ben Ladenin 54-cü oğula nəsihətləri - MƏTN

Ben Ladenin 54-cü oğula nəsihətləri - MƏTN
3 may 2011
# 13:12
54-cü oğula nəsihətlər

Dünyanın bir nömrəli terrorçusu
Hüsamə Bin Ladenin atası Məhəmməd Ben Laden
22 arvadın əri, 54 uşağın atası idi.
Bu şeiri o sonbeşik, yəni 54-cü oğluna oxuyub.

Söz yazmadığım vərəqlərə
ağac şəkli çəkən balam
bax bir vaxt xəndəkdə basdırdığımız
cəsədlər gül açıb
gül açıb yuyub torpağa tapşırdığımız bədənlər
hardan bilsin bu qadın qucağına basdığı güllərin
bir kişi bədəni olduğunu
nə sirdisə balıqlar soxulcana
qadınlar gülə aldanır
bəlkə balıqların əvvəli soxulcan olub
qadınların əvvəli gül. Kim bilir oğul

oğul, bütün ölümlərdə və işgəncələrdə
bizdən də bir az var
hər ölən adamla bir az da biz ölürük
bir vaxtlar yaxşı adamları
öldüyü paltarda dəfn edirdilər
mənim atam qayalar arasında can verərkən
bilirsən mənə nə demişdi?
Demişdi ki, “yataqda ölən kişi murdardı”
Oğul, bu dünyada hər kəsin qisas alacağı bir gün var
Qiymət tanrının qisas alacağı günün adıdır
Əsl kişi öz qisasını qiyamətə saxlamaz

Qoca bir dostum var idi, allahla yola getməzdi
Bir gün allah qəzəbləndi
Onu özünə öldürtdürdü
Əlinə ülgüc verdi özünə doğratdı damarlarını
Getdim ki, yarımçıq qalıb
Dişləyib öz kağızının üstünə qoyduğu konfet...
Qarışqalar daraşmışdı yarımçıq qalan
insan həyatına
Qarışqalar tamamlamaq istəyirdi
onun yarımçıqlığını
Bu tarixdir oğul
Tarix şərin insanla çəkdirdiyi
bir qucaq şəkil yığınıdır
tarixi vərəqlədikcə adam əti yeyən
diktatordan tutmuş
atla cinsi əlaqəyə girən kraliçaya qədər
kimi istəsən şəklini görə bilərsən
tarix zamanın xislətidir!
Zamanın həqiqətlə qoşa şəkli yoxdur oğul
Olubsa da tarix onu yandırıb ya da
Tozlu bir kitabın arasında gizləyib – orda
O qədim kitabxananın insan əli dəyməyən
nəm küncündə.
Tarix – dara düşəndə kəltənkələnin ayaq altda
Qoyub qaçdığı quyruğudur
Tarix – dostumun dişləyib yarımçıq
qoyduğu konfetə
Qarışqaların daraşmasıdır
Tarix – dostumun iylənmiş cəsədidir
Milçəklər qonmuş açıq ağzıdır
Tarix – mənim dostumdan iyrənməyimdir
Əlindən yapışıb qaldırmaq istəyəndə
Barmaqlarının ətinin qopub tökülməsidir
tarix – böyüyən uşaqların
uşaq olaraq da qalan balaca əyri çəkməsidir
tarixə baş qoşma oğul
bu gün tarixin və zamanın acığına
bütün şəkillərimi cırdım
Ən axırda budur tək qalmağın yolu oğul
Mənim indiki halım təklikdir, tənhalıq yox
İnsanın tənhası yoxdur oğul
Ağacın, otun tənhası var
Nə bilim, köhnə daxmada toz basmış
Sahibsiz qoca pencəyin tənhası var
Ancaq insanın tənhası yoxdur
Tənhalıq yer adıdır!
Yer adıdır tənhalıq... əziz oğlum

Kulisdən: Şeir 2003-cü ildə, ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı yazılıb...
# 4659 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #