news-inner
clock09:01 calendar-gray 26 Fevral 2021 view-gray4707 dəfə oxunub
view-gray4707 dəfə oxunub

Cibinə saxta pul atılaraq şərlənən, başına 1 milyon dollar qoyulan, meyiti 5 gün böyürtkən kolluğunda qalan Milli Qəhrəman

Bu gün tarixin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalını öz canı bahasına müdafiə edən, doğma torpağında şəhid olan Milli Qəhrəman Əlif Hacıyevin də ölümündən 29 il ötür. Kulis.az Milli Qəhrəmanın həyatı haqqında ən maraqlı faktları təqdim edir.

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. Ailənin üçüncü övladı olan Əlif uşaqlıqdan çörək pulu qazanıb, balıq sataraq ailəsinə dəstək olub.

***
Uşaq olanda anasına böyüyəndə Mehdi Hüseynzadə kimi Sovet İttifaqı Qəhrəmanı olacağını deyirmiş.

***

1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb.

***

1973-cü ildə Minsk şəhərində hərbi xidmətini başa vurduqdan sonra, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1976-cı ildə keçmiş SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub və 1979-cu ildə həmin məktəbi bitirib. 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

1981-ci ildə Əlif Hacıyev Belarusiyada tanış olduğu Qalina xanım ilə ailə həyatı qurub. Onların bu evlilikdən Zarina və İradə adlı iki qız övladı dünyaya gəlib.

***
1984-cü ildə Əlif Hacıyev ermənilər tərəfindən oğurlanmış azərbaycanlı uşağı xilas edib.

***
Xankəndindən Yerevana millətçi qruplara külli miqdarda pul göndərilərkən onun qarşısını alaraq, ermənilərin gizli təşkilatlanma planlarına maneçilik törədib. Beləliklə Əlif ermənilərin qorxulu yuxusuna çevrilib.

***
Onu aradan götürməyin yollarını axtaran ermənilər bu yolda gizli planlar qurur. Nəhayət onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edərək, Əlifi öz kabinetində həbs etdirməyə nail olurlar. Məhkəmə ona 10 il azadlıqdan məhrumetmə cəzası verib. Uzun-uzadı şikayətlərdən sonra cəza müddəti 6 ilə endirilib, sonda isə Əlif Hacıyev bəraət alıb.


1990-cı ildə yenidən Qarabağa qayıdan Əlif Hacıyev polis orqanlarında xidmətə bərpa olunur. Xocalı hava limanında xətt daxili işlər bölməsinin rəisi vəzifəsinə təyinat alıb. Əlif Hacıyev eyni zamanda Xocalı aeroportunun hərbi komendantı olub. Məhz onun bu təyinatından sonra Xocalı aeroportu ermənilərin əlindən çıxıb.

***
1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərir. Həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edərək ona belə bir söz deyir: “Qayıtsam papağımı qaytararsan. Yox əgər qayıtmasam papağımı yadigar saxla”.

***
Ermənilər onun başına 1 milyon dollar pul qoyub.

***

1990-cı ilin avqust ayında ermənilər general-mayor Dadaş Rzayevi əsir götürür. Onu geri qaytarmaq istəməyən ermənilərə cavab olaraq Əlif gecə ilə ermənilərin hərbçilərindən Əlmiryanı əsir götürür.

***

Əlif Rusiyaya oxumağa gedəndə Heydər Əliyevin şəkilini özüylə aparıb. Qayıtdıqdan sonra o şəkli gətirib Xocalıda itkin düşən qardaşının evində asıb.


Atası və qardaşı Süleyman ermənilər tərəfindən girov götürülür. Atasını geri qaytara bilsə də, qardaşını xilas edə bilmir. Əsirlikdən qayıdanların sözlərinə görə, ermənilər Süleymanın Əlifin qardaşı olduğunu biləndə ona ən ağır işgəncələr veriblər.

***

1990-cı ildə Əlif hərbi əməliyyatdan qayıdanda bacısı ilə söhbət edib. Söhbət zamanı Şuşaya, Qırxqız dağlarına tərəf baxıb deyib: “Bacı, ola bilər ki, Ağdam, da Şuşa da, Xocalı da alınsın. Amma vaxt gələcək, Azərbaycanın bir qeyrətli oğlu bu torpaqları işğaldan azad edəcək”.

***

1992-ci ildə Xankəndiyə rəsmi nümayəndələr gəlir. Onları Əlif Hacıyev qəbul edir. Rus generalı Safanovla mübahisə edir. Onun əleyhinə çıxaraq cavab verir ki, vəziyyət yaxşı deyil. Moskvadan gələnlərin təhlükəsizliyinə təminat verə bilmərik. Aldığı rədd cavabından sonra general qəzəbli və yumruqları düyünlənmiş halda qışqırır:
“Yoldaş kapitan, unutma ki, qarşındakı generaldır!”
Əlif Hacıyev isə deyir:
“Siz də unutmayın ki, Azərbaycan torpağındasınız.
General rütbəcə özündən aşağı zabitin ona belə cavabından sarsılır. Bir necə gün sonra isə Xocalı faciəsi törədilir, Əlif Hacıyev şəhid olur.

***

Əlif avtomatının darağını dəyişən zaman erməni gülləsi onun ürəyinə dəyir. Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalır. Nazim adlı işçisi, Hacıyev vurulanda böyürtkən kolunun dibində yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü. Nazim ordan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib:
“Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər”. Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyitlərin altında gizlədib gətirilir

***

Əlif Hacıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhid olub.

news-inner-user

18420 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
15:30 12 Aprel 2021
Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
14:50 12 Aprel 2021
17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın
14:22 12 Aprel 2021
Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
13:30 12 Aprel 2021
Azərbaycanlı şairə ağır itki üz verib
12:45 12 Aprel 2021
Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12:14 12 Aprel 2021
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:38 12 Aprel 2021
“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
11:30 12 Aprel 2021
Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
10:57 12 Aprel 2021
Xalq rəsamımız Türkiyə televiziyasında
10:23 12 Aprel 2021
Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
09:45 12 Aprel 2021
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
09:01 12 Aprel 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
10:30 11 Aprel 2021
Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
17:01 10 Aprel 2021
Ax tı maşennik - Haqverdiyevin hekayəsi
16:39 10 Aprel 2021
Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021