news-inner
clock11:32 calendar-gray 19 Fevral 2021 view-gray1918 dəfə oxunub
view-gray1918 dəfə oxunub

Bütün Təhminələr ölümə məhkumdur

Kulis.az Orxan Kərimovun “Təhminə və Zaur” yazısını təqdim edir.

Bu yazı nə analizdir, nə də resenziya...Təhminənin sevgisi, Zaurun ehtirası və camaatın əxlaqının kağız üzərinə tökülmüş halıdır...

Təhminə.

Gənc ikən elə bilirdim, fahişələri məlakəyə çevirmək olar. Zamanla anladım ki, onların sayı bir deyil, iki deyil, sən demə çoxumuz fahişəyik.

Axı hərə bir şeyini satır bu həyatda. Kimi xəyalını, kimi şərəfini. Xəyalsız , şərəfsiz adamlar da sonra gəlib özündən pay verən adamlara damğa vurur...

Məsələn, yüz manat pula iş yoldaşlarını müdirinə satan adam, axşam yüz manatlıq bazarlıq edib yanına getdiyi, qulağına min bir cürə sevgi sözləri pıçıldadığı ,ayrılanda isə damğaladığı qadının üstünə atır öz yüz manatlıq günahını.

Bəs illərlə sevgili olduğu adamdan ayrılıb, varlı biriylə ailə qurana nə deməli? Ailə qurdusa, molla sənəd verdisə, oldu namuslu ev qadını?

Yox, elə sazişə deyirlər “ömürlük ipoteka”.

Sonda ömürlük özünü satan bu adamlar birləşib, maraqlı və çılğın hisslərə qapılmış adamlara əxlaq dərsləri keçir. İnsanoğlu bilmədiyi şeyin düşmənidir.

Qısacası, bu həyatda özünü satan adamların gücü, özünü qurban verən adamlara çatır. Ən çox da sevgi uğrunda can qoyanlara.

O qurban da, digər bütün qurbanlar kimi, kəsiləcəyini bilə-bilə sakitcə, gəlib uzanır öz qəssabının ayağının altına.

Qəssab az sonra qanına qəltan edəcəyi bu qurbanın başını elə nəvazişlə sığallayır ki...

Bir dəfə belə xəbər başlığı oxumuşdum ,

“Kəsiləcəyini bilən qurbanlıq quzu göz yaşı tökdü”

Heç düşünmüsünüz, bıçaq deyil bəlkə də qurbanı ağladan (öldürən), bıçaqdan öncəki həmin o sığaldı.

Belədi insan övladı, bəzən sığalıyla da öldürə bilir.

Bəs, niyə deyirəm çoxumuz fahişəyik?!

Elə ona görə də bütün Təhminələr ölümə məhkumdur.

Yəni, biz hamımız.

Zaur

Əzizim Zaur, əgər sənin nə vaxtsa, ya da lap təzəcə Təhminən ölübsə, bilirəm ki, zamanla öyrəşəcəyini düşünürsən, amma əmin ol öyrəşmirsən, çevrilib olursan “Zaur”. (Ona görə də bu yazıda sənə Zaur deyə müraciət edəcəyəm)

Hə, Zaur, elə ki həyatın bu çirkin reallıqlarını dərk elədin, onda başını aşağı salıb işini görürsən. Vaxtilə Təhminədən utanıb başını aşağı salırdın. Ancaq indi Təhminəsi ölən Zaur kimi qaldırmırsan.

Çünki Zaurlar başlarını qaldırıb hansısa qadının gözlərinə baxmağa cürət etmir.

Əlbəttə, ölüm haqdır, ölümlə haqq olduğu üçün barışmaq olur. Amma ölümün o biri üzündə peşmanlıq olanda ölümlə razılaşmaq, ölənlə də vidalaşmaq mümkün olmur və sən bir göz qırpımında ölən adamla hər gün ölməyə başlayırsan.

Tələsmə, Zaur, tələsmə sənə bir az da gələcəkdə olacaqlardan danışacağam.

Ağıllanacaqsan, Təhminədən sonra daha güclü görünəcəksən, bəlkə gözəl ailən, qəşəng də qızın olacaq. Amma toy günü yanındakı qızın gözünə baxmayacaqsan, qızının da adını *** qoyacaqsan.

Yaxşı işin olacaq, qohum-tanışın məclislərdə səni başda otuzdurub şərəfinə sağlıqlar deyəcək, elə biləcəklər ki, tək dərdin yemək-içmək, işində irəli getməkdi, hamıya gülümsəyəcəksən, amma içindəki burulğanı kimsə duymayacaq.

Təhminənin sevgisi həqiqətin ilk işıqlarında yoxa çıxan qaranlıq olacaq sənin üçün. Sonra, sən bütün həqiqətlərə və işıqlara tüpürüb çöllərdə “haqq” axtaran dərviş kimi içində o qaranlığı axtaracaqsan.

Təhminədən gələn zülmətin dünyanın bütün günəşlərini udmasını istəyib, başlayacaqsan insanlardan uzaqlaşmağa , soyuyacaqsan adamlardan. Onların doğrusu sənin yanlışınla, sənin qaranlığın onların işığıyla kəsişməyəcək.. İçində sevgisizlik adında bir “yırtıcı” peyda olub amansız vəhşi kimi hər gün bir az da ağrıdaraq yeməyə başlayacaq qəlbini.

Sağlığında dəyər verməyib, üzünə deməsən də fahişə kimi gördüyün o qadının öləndə belə yaxanı buraxmadığı üçün söyəcəksən onu, elə özünü də. Cəmiyyətin, “fahişə” damğası vurduğu qadın, ölümündən sonra sənin ən ali, ən müqəddəs adamına çevriləcək.

Başa düşəcəksən ki, insanı fahişə və ya məlakə edən “güc” Zaurun yox, bir başa cəmiyyətin əlindədir. Ona görə də insanlardan qaçacaqsan.

Yaşayacaqsan, nəfəs alacaqsan, illər keçəcək düşünəcəksən ki, keçdi-getdi, bitdi. Zamanın sadəcə təxəyyül məhsulu olduğunu unudacaqsan. Amma bunu da unutma ki, zaman sağaltmır sadəcə öyrəşdirir.

Bunu bilirsən nə vaxt anlayacaqsan? Unutduğuna inandığın gün, onun adını verdiyin qızınla oturub bu söhbəti edəndə.

- Ata , illərdir anamla evlisən, yəqin sən anamı çox sevirsən, hə?

- Bilirsən qızım, birini sevmək və biriylə yaşamaq bunlar fərqli şeylərdir.

Bir yerdə yaşamaq, ömrünü ömrünə calamaq, pis və yaxşı gününü bölüşmək bunlar dünyanın ən məsuliyyətli işləridir. Bunu hər adam bacarmır.

Ancaq bir də sevmək var.

Sevən adamlar da öz növbəsində ikiyə ayrılırlar.

Sevgisinin yükünü daşıyan, bu yükün altında əzilməyənlər və birdə əzilənlər. Mən ikicilərdənəm, qızım.

Təhminə əzilib öldü Zaur, sən də əzilib yaşayacaqan.

news-inner-user

18027 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış müğənni Qarabağ şəhidlərinə klip həsr etdi - Video
18:50 25 Fevral 2021
Devid Finçerdən yeni film
18:06 25 Fevral 2021
Üç oğlu müharibədən qayıtmayan kişi - Ramiz Rövşənin hekayəsi
17:19 25 Fevral 2021
“Xocalı-Tarixi Ədalət” adlı sərgi açılıb
16:34 25 Fevral 2021
Əməkdar artistdən Xocalı kompozisiyası - Fotolar
15:50 25 Fevral 2021
Yaxşı-yaman İlhamə Quliyeva
15:01 25 Fevral 2021
"Qızıl Qlobus"a korrupsiya ittihamı
14:22 25 Fevral 2021
Sevdiyim qızdan ayrıldığım o qarlı gün...
13:39 25 Fevral 2021
Seymur Baycandan meyxana azarkeşlərinə sərt tənqid: "Bir gün..."
12:33 25 Fevral 2021
Rəsulzadənin doğum tarixini yanlış bilirik: İlginc arxiv materialları - Foto
11:54 25 Fevral 2021
20 yaşlı yazıçı mənzilində ölü tapıldı
11:12 25 Fevral 2021
... olsaydım – Alov İnannadan yeni şeir
10:30 25 Fevral 2021
Azərbaycan kitabları Fransa Milli Kitabxanasında
10:01 25 Fevral 2021
Azad medianın yaratdığı totalitarizm – Aqşin yazır...
09:01 25 Fevral 2021
Varisin romanı Özbəkistanda çap olundu - Foto
08:37 25 Fevral 2021
Musiqili Teatr Xocalı haqqında film çəkdi - Video
18:56 24 Fevral 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
18:12 24 Fevral 2021
Yeni iddia: Kennedini Xruşşov öldürdüb
17:35 24 Fevral 2021
Qar yağanda ortaya çıxan 10 azərbaycanlı tipi
16:50 24 Fevral 2021
Azərbaycanda yeni teatr yaradıldı
16:02 24 Fevral 2021