“İstiqlal” ordeni alan Xalq şairi: “Yubileyimi qeyd eləmirəm” – Müsahibə

“İstiqlal” ordeni alan Xalq şairi: “Yubileyimi qeyd eləmirəm” – Müsahibə
18 fevral 2021
# 11:55

Kulis.az bu gün 90 yaşı tamam olan və bu münasibətlə ölkə başçısı tərəfindən “İstiqlal” ordeni ilə təltif edən Xalqa yazıçısı Nəriman Həsənzadə ilə müsahibəni təqdim edir.

- Nəriman müəllim, necəsiniz? Səhhətiniz necədir?

- Yaxşıyam, çox sağ olun! Özümü yaxşı hiss edirəm. Allah hamınızın canını sağ eləsin!

- Sizi 90 yaşınız və təltif olunmağınız münasibəti ilə təbrik edirik.

- Çox minnətdaram! Diqqətinizə görə təşəkkür edirəm.

- Ölkənin ən nüfuzlu ordeni olan “İstiqlal”la təltif olunmağınız əhvalınıza, səhhətinizə müsbət təsir edər...

- Heç şübhəsiz! Allah cənab prezidentimizin canını sağ eləsin! Məni həmişə yüksək qiymətləndirib. Tək məni yox, mədəniyyətimizdə xidməti olan heç kimi yaddan çıxarmır. Çox diqqətlidir. Minnətdaram ona da!

- Təltifiniz və 90 yaşınız Qarabağ qələbəsindən sonraya təsadüf etdi. 90 yaşa çatmaq, böyük qələbənin şahidi olmaq, “İstiqlal” ordeni almaq hər adama qismət olmur. Necə hissdir?

- Çox düz deyirsiniz. Allaha min şükür ki, mənə bu günləri göstərdi. Qələbə sevinci yaşadım. Bu böyük qələbə münasibətilə çoxlu şeirlər yazdım. Cəbhədən əsgərlərimiz oxuyub mənə teleqram göndərirdilər. Həmin teleqramlar “Azərbaycan” qəzetində çap olunub. Mən də onlara şeirlər ithaf eləyirdim. Bir poema da yazdım. İndi o poema ilə bağlı Dövlət Televiziyası ilə Gənc Tamaşaçılar Teatrı birgə layihə hazırlayır. Əsərin adı belədir: “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır!” Poema tamaşa kimi hazırlanır. Rejissoru İdris Ağalaroğludur. Yəqin bugünlərdə nümayiş olunar. Sizi də dəvət edirəm.

- “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır!” poemanın epiqrafıdır, yoxsa adıdır?

- Adıdır. Cənab prezident, Ali baş komandan “Qarabağ Azərbaycandır!” söylədi və dediyini həyata keçirdi. Mən də bu ifadəyə əlavə olaraq yazdım ki, “Qarabağnaməm İlhamdır”. Qarabağla bağlı ən möhtəşəm tarixi o yazdı.

- Həmişə təntənəli yubileyləriniz keçirilib. İndi obyektiv səbəblərdən geniş tədbirlər keçirə bilmirik, bu, sizə təsir eləmir ki?

- Xeyr. Virus bəlasından qorunmaq üçün bunları etməyə məcburuq. Mən də hamı kimi. Təki bu sıxıntılar həyatımızdan çıxıb getsin.

- 90 yaşınızı ev şəraitində də qeyd etmirsiniz?

- Yox. Qeyd etmirəm. Allah qoysa, havalar düzələr, bu zəhrimar virus rədd olub gedər, ondan sonra qeyd edərəm. Dostlarıma deyirəm, gəlməyin, yığılmayaq. Çoxdur gəlmək istəyən, hamısını sonraya saxlamışam. İnanın, dünəndən zənglər, təbriklər dayanmaq bilmir. Telefonu yerə qoyuram, yenə zəng gəlir. O vəziyyətdəyəm. Budəfəki yubileyimi də belə qeyd edirəm. Bunun özü də böyük sevincdir elə. Çox razıyam. Dostlarımdan da, oxucularımdan da.

- Pandemiya sıxıntıları ilə birlikdə həm də yazıçılar üçün yazmaq fürsəti oldu. Siz nələr yazdınız?

- Elədi. Mən çoxlu şeirlər yazdım. “Azərbaycan”, “Respublika”, “Ədəbiyyat qəzeti”ində çap olundu. Poemam, sağ olsun Bəxtiyar müəllim (Bəxtiyar Sadıqzadə - red.), “Azərbaycan” qəzetində dərc etdirdi. Elə onun əsasında indi pyes hazırlanır.

- Nəriman müəllim, sizi bir daha təbrik edirik. İnşallah Şuşada yubiley şöləninizdə görüşərik...

- Amin! Amin! Amin!

# 3360 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər