news-inner
clock13:03 calendar-gray 04 Fevral 2021 view-gray618 dəfə oxunub
view-gray618 dəfə oxunub

“Skrin”lərimi paylaşan trans – Ulucay yazır...

Bu gün “Feysbuk”un 17 yaşı tamam olur.

Mən də 17 yaşı tamam olan “feysbuk”a elə təxminən 17 yaşımdan girirəm. Yadıma düşür, o vaxtlar bura girən qızlara, xanımlara “pis” baxırdılar. Kiminsə hansısa qızdan xoşu gələndə, maraqlanırdı ki, “feysbuk”a girir, ya yox? Feysbuka girən qızla sevgili olmağı özünə sığışdırmayanlar da az deyildi.

Ona görə bir çox qızlar bura saxta profillərlə, başqa adlarla girirdilər.

Sonra yavaş-yavaş bu cür yanaşmalar aradan qalxdı. Artıq “Feysbuk” və digər sosial şəbəkələr hər kəs üçün azad məkana çevrilib, hamı burada istədiyi kimi rahat davrana bilir.

Hətta indi bir çox sevgilər də elə sosial şəbəkələrdən başlayır. İnsanlar burada tanış olur, münasibət qurur, eşq macəraları yaşayır, sevgili olur, evlənir.

Elə mən də burada çoxlu eşq macəraları yaşamışam. Gözəl qızlarla virtual dostluq, yazışmalar, biri-birinə şəkil göndərmələr, görüşmələr, öpüşmələr və daha nələr, nələr...

Bəzən həmin macəralar başladığı kimi də qəfil sonlanır, bəzən isə böyüyüb sevgiyə çevrilir.

Bu da başıma gəlməmiş deyil...

Amma sizə danışmaq istədiyim başqa bir əhvalat var...

Çox vaxt fd-da qarşıma çıxan gözəl qızlara tanıdım-tanımadım dostluq təklifi göndərirəm.

Təxminən iki-üç il əvvəl səhifəmdə qarşıma gözəl bir qızın şəkilləri çıxırdı. Çox vaxt açıq-saçıq şəkillərini paylaşırdı, mən də həmişə həvəslə bu şəkillərə layklar, ürəklər göndərirdim.

Bir dəfə bu qızın bir videosu qarşıma çıxdı. Videonun bir hissəsində qız danışdı və qızdan xanım yox, kişi səsi çıxdı. Şok oldum.

Düşündüm ki, burada başqa nəsə əməl var. Ya qulağım məni aldadır, ya da həmin qız bizi...

Tez girib qızın digər videolarını izləyib danışdığı yerləri axtardım. Qız yenə oğlan səsi ilə danışırdı.

Şərhlərə filan baxıb bir az araşdırandan sonra anladım ki, sən demə gözəlliyinə aşiq olduğum bu qız xanım yox, kişi imiş.

Transgenderlər haqqında çoxdan eşitmişdim, hətta dəfələrlə də görmüşdüm, amma onlar mənə həmişə itələyici gəlirdi.

Ümumiyyətlə, mən homofobam. Geyləri, transları normal qəbul edə bilmirəm. Yenə lezbiyanları az da olsa anlayıram, çünki bəzən qadınlar o qədər gözəl olur ki, ona başqa qadının aşiq olması mənə çox da qəribə gəlmir.

Nə isə...

Bu qız, daha doğrusu transseksual mənə çox maraqlı gəldi. Hətta ona mesaj yazmaq, söhbətləşmək qərarına gəldim. İstəyirdim onun daxili dünyasını, düşüncələrini öyrənim.

İnandırım sizi, onun xarakterində əsl qızlardan da çox xanımlıq, incəlik var idi. Onunla heç vaxt görüşməsək də, qısa müddət yazışdıq.

Əslində, onun halına bir az da üzülürdüm. Ruhunu qadın hiss etsə də, kişi bədənində dünyaya gəlmişdi. Əslində, cinsi azlıqların bioloji xəstəlik yox, psixoloji pozuntudan yarandığını düşünürəm. Amma hər nə olsa da, onun vəziyyətinə üzülürdüm.

Təsəvvür edin, o, qadın olmaq üçün dəfələrlə cərrah bıçağı altına girib, əməliyyat olunmuşdu və görüntü olaraq özünü bir çox qızdan gözəl edə bilmişdi.

Yenə vurğulayıram ki, hətta tək görünüşcə yox, xaraktercə də bir çox qızdan daha çox qadın xüsusiyyətləri var idi.

Hətta təsəvvür edin, onunla mübahisə edib ünsiyyəti kəsməyimizin səbəbi də qadınlar olmuşdu.

O vaxt yenə həmişəki kimi hansısa mövzuda qadınları, daha doğrusu “feministləri” qınamışdım. O da bu hərəkətimə əsəbiləşib məni ifşa etmək üçün onunla olan yazışmalarımı paylaşmışdı.

Yəni, özünü o qədər qadın kimi hiss edirdi ki, mənim həmin məsələdəki münasibətimə çox əsəbləşmişdi.

Sosial şəbəkələr elə maraqlı bir məkana çevrilib ki, insan burada real həyatda özünə yaraşdırmayacağı hərəkətlər də edə bilir.

Bəlkə elə buna görə bir çox adam bura hələ də saxta (feyk) profillərlə, başqa adlarla daxil olur. Real həyatda yaşaya bilmədiyi, edə bilmədiyi şeyləri edir, yazır.

Sən də belə maraqlısan, “Feysbuk”!

Buna görə də ad gününü təbrik edirəm!

O gün olsun səndə toplaşan bütün insanlar məhz elə sənin sayəndə komplekslərini, qeyri-səmimiliyini bir kənara ata bilsin!

news-inner-user
Ulucay Akif

107 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021