"Maraqlı ərlərim olub"

"Maraqlı ərlərim olub"
29 dekabr 2012
# 08:15

İstədim orden və medalların, fəxri adların, mükafatların sadalayım, gördüm çoxdur, istədim sayını yazam, 25-dən o yana saymağa hövsələm çatmadı, oxucunun səbri heç çatmaz onu oxusun, ona görə aktrisa haqqında yazmağa bunsuz başlamalı oldum.

Yalnız onu deyim ki, SSRİ Xalq Artistidir. Söhbət bizim tamaşaçının “İşdə məhəbbət macərası” filmindən Ludmila Prokofyeva kimi tanıdığı aktrisa Alisa Freyndlixdən gedir.

Əvvəlcə soyadından başlayaq. Niyə Freyndlix, yəni SSRİ xalq artistinin alman soyadı hardan qaynaqlanır?

Valideynləri

Anası Ksenya Fyodrova Pskovda yaşayırdı. Leninqrada Fəhlə Gənclərin Dram Teatrına kurslara yazılmaq üçün gələndə teatrda aktyor Bruno Arturoviçlə tanış olur.

Bruno Arturoviç alman əsillidir, Rusiyaya şüşə istehsalı üçün gələn alman ailələrdəndir ki, oturuşub Rusiyada qalıblar.

Alisa 1934-cü ildə dünyaya gəlib. Onun dünyaya gəldiyi, yaşadığı evin pəncərəsi birbaşa “Tunc atlı” heykəlinə açılırdı. “Şəhərimin gözəlliyinin sehrinə elə uşaqkən düşmüşdüm ”- deyir.

Müharibə

Müharibə başlayan kimi Alisanın valideynləri ayrılırlar. Bruno Freyndlix Daşkəndə evakuasiya olundu. Alisanın bütün ata tərəfi alman əsilli olduqlarına görə həbs olundular.

Müharibə boyu Alisa anası ilə Leninqrad mühasirəsində qalıb. İndiyə qədər adətidir, qabında bir qaşıq da yemək saxlamadan hamısını yeyir.

Anası teatrı tərk edib zavodda çalışırdı. Müharibədən sonra da teatra qayıtmadı, bankda mühasib işləyirdi.

Atası evakuasiyadan yeni ailəsi ilə qayıtdı. Alisanın bir bacısı da vardı, sonralar bacılar tanış olub, dostlaşdılar.

Alisa məktəbi bitirib sənədlərini Ostrovski adına Leninqrad Teatr İnstitutuna verdi və qəbul olundu. Üstəlik müəllimi Mariya Aleksandrovna Sokolovanın sevimlisi də oldu.

Çox keçmədi ki, ardıcıl iki filmə çəkildi və öz kurs yoldaşına ərə getdi. İnstitutu bitirən kimi ərindən də ayrıldı.

İki teatr, üç ər

Komissarjevski teatrı onun ilk səhnə meydanı oldu. Ordan “Lensovet” teatrına işləməyə getdi. Teatrın bədii rəhbəri İqor Vladimirovla çoxdan tanış idi. Yaradıcılıq əməkdaşlığı sevgi münasibətlərinə keçdi və onlar evləndilər. Bu nikahdan Alisanın Varvara adlı qızı var.

Bu teatr Alisanın bütün yaradıcılıq imkanlarını açdı. Aktrisa ən gözəl rollarını, istər müasir, istər klassik dramaturgiyadan bu teatrda oynadı. Adamın gərək adamı olsun, xüsusən də aktrisanın ya bədii rəhbəri, ya da rejissoru olmalıdır.

Teatrın ilk ledisi oldu Alisa.

Teatrdan fərqli olaraq, kinoya hələ ki, elə də mütəmadi çəkilmirdi. Teatrdakı məşqlərə görə filmlərdən imtina etməli olurdu. “İşdə məhəbbət macərası” filminin çəkilişlərinə qədər. Ssenari aktrisanı cəlb edib, bir də Eldar Ryazanov bir rejissor kimi. Oynadığı Ludmila Prokofyevanın metamarfozası - işgüzar qadından gözəl, həyatsevər qadına çevrilməsi aktrisa üçün çox maraqlı iş idi.

Andrey Myaqkovla onun dueti çox maraqlı alındı. Aktrisa yüzlərlə məktub aldı. Filmdən sonra qadınlar ona yazırdılar ki, salona gedib eynilə sizin saç düzümünüzü etdirmişik, paltarınızdan tikdirmişik.

Aktrisanın növbəti rolu həyat yoldaşı ilə birgə çəkildiyi “Köhnə dəbli komediya”da oldu.

Üçüncü uğurlu film “Dartanyan və üç muşkatyor” idi. Bu üç filmdən sonra aktrisa həm də oxumağa başladı. Yeni il mavi işıqları onun ifası olmadan keçinməzdi.

80-ci illərin əvvəlində artıq çox tanınmış kino aktrisa həyat yoldaşı İqor Vladimirovdan ayrıldı. Çünki artıq aktrisa çalışdığı, həyat yoldaşının bədii rəhbər olduğu teatrın gənc aktyoru olan Yuri Solovyovla sevişirdi.

Üç ərdən sonra da tənha qaldı

15 yaş ondan gənc olan bu oğlanın heç bir təhsili yox idi, teatra təsadüfən düşmüşdü, amma aktrisanın dediyinə görə çox istedadlı adam idi. Evlilikləri isə uzun sürmədi, aktrisa bu haqda belə deyib: “Ayrılmağımızın səbəb o idi ki, mənim işlərim həmişə öz qaydasında gedirdi, onunkular isə heç vaxt öz qaydasında olmurdu”.

Bilərəkdən aktrisanın çəkildiyi filmləri, oynadığı rolları sadalamıram. Onları görən görüb, külli miqdarda rolları var, amma onun şəxsi həyatının xırda anları daha maraqlı olar.

Üçüncü nikah da belə alınmadı. Alisa şəxsi həyatını mədəniyyətə qurban verən aktrisalardandır. “Mənim çox istedadlı, maraqlı ərlərim olub ”- deyir. Üç ərdən sonra ahıl yaşında tənha qalmaq asan məsələ deyil. Aktrisa özünü tənha hiss etmir, qızı və kürəkəni ilə birgə yaşayır. Sevimli nəvələrinin yanındadır.

Aktrisa bu gün də filmlərə çəkilir, amma çox nadir halda, yüz ölçüb, bir biçəndən sonra.

# 5525 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #