Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər

Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
26 yanvar 2021
# 18:42

“Nizami ili” çərçivəsində “Söz dünyasını günəşi” adlı onlayn yaradıcılıq müsabiqəsinə start verildi.

Kulis.az xəbər verir ki, Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan müsabiqə martın 5-dək davam edəcək.

Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin təşkilində əsas məqsəd böyüməkdə olan gənc nəslə Nizami Gəncəvinin zəngin ədəbi irsini dərindən mənimsətmək, təhsilalanlara klassik qəsidə, qəzəl və rübai janrlarını sevdirmək, onların yaradıcılıq potensiallarını və bədii qiraət qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Onlayn platformada təşkil olunan müsabiqə 2 yaş qrupu (10-15, 16-24) üzrə keçirilir. Müsabiqəyə dahi şairin şeir (qəzəl, qəsidə, rübai) və poemalarından seçilmiş kiçik həcmli parçalar təqdim olunmalıdır. Hazırlanan videogörüntülər aydın və keyfiyyətli olmalı, çıxışların müddəti 3-4 dəqiqədən çox olmamalıdır. Müsabiqəyə hər yaş qrupu üzrə 1 iştirakçı 1 şeir və ya parça ilə qatıla bilər. İfa zamanı iştirakçıların səhnə mədəniyyəti, aydın intonasiyası, düzgün tələffüzü, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadəsi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı və məşğul olduğu müəssisənin adı, şəhər, rayon, əlaqə nömrəsi) və hazırladıqları videogörüntüləri [email protected] elektron ünvanına və ya (+994) 55 539 55 22 “WhatsApp” telefon nömrəsinə göndərməlidirlər.

Müsabiqə qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19, (+994) 55 539 55 22 və (+994) 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

# 4743 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər