news-inner
clock14:37 calendar-gray 25 Yanvar 2021 view-gray61546 dəfə oxunub
view-gray61546 dəfə oxunub

Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Kulis.az azərbaycanlı müğənni Sevil Hacıyeva haqqında maraqlı faktları təqdim edir.

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alır.

***

Sevil Hacıyeva “Yanğı”, “Köhnə tramvay”, “De, kim eşitsin” kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov olub.

***

Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan “Karvan”la bağlıdır.

1993-cü ildə “Karvan” qrupu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. O, digər həmyaşıdları və həmkarları kimi dövrün ağır şərtlərindən təsirlənərək, səhnələrdən uzaq düşür.

***

1988-ci ildə “Bakı Payızı- 88” müsabiqəsinin laureatlarından biri olub. “Yurmala” müsabiqəsində gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxır. Daha sonra “Qaya” qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış etməyə başlayıb. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib, onun yazdığı mahnıları oxuyub.

***


Vərəm xəstəliyindən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir.

Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır.

***

Sevil Hacıyeva rəsmi olaraq “Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə” statusunda olub. Sosial Təhlükəsizlik koduna sahib olub.

Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli hadisə onun gənc həyatını yarıda saxlayır. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdan Sevil Hacıyevanın yolunu soyğunçu kəsir. Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyeva isə belindən vurularaq öldürülür.

***

Öldürülən zaman gənc solistin cəmisi 31 yaşı olur. Karvan qrupunun solisti ölümünün ardından “Hollywood Hills” məzarlığında torpağa tapşırılır.

news-inner-user

18049 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
12:37 28 Fevral 2021
Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi
16:47 27 Fevral 2021
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto
15:31 27 Fevral 2021
Azərbaycan yazıçıları Sankt-Peterburqun nüfuzlu ədəbiyyat müsabiqəsində - İlk dəfə
14:16 27 Fevral 2021
Məşhur klarnetçiyə ağır itki
13:04 27 Fevral 2021
Özünü efirə satmaq istəyən Xatirə İslam
12:30 27 Fevral 2021
Yazıçımızın Fransada romanı çıxdı
11:29 27 Fevral 2021
"Washington Post" Azərbaycan mətbəxindən yazdı
10:32 27 Fevral 2021
Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in kadrarxası
09:00 27 Fevral 2021
Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər
21:00 26 Fevral 2021
Rübabə Muradovanın qızı vəfat etdi
18:12 26 Fevral 2021
Rəmişdən xəbər var
18:07 26 Fevral 2021
Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi
17:46 26 Fevral 2021
Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı
17:01 26 Fevral 2021
58 illik türmə muzeyə çevrildi - Foto
16:21 26 Fevral 2021
Qadın obrazı olmayan əsər
15:40 26 Fevral 2021
Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının film kimi həyatı
15:00 26 Fevral 2021
Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn
14:10 26 Fevral 2021
Okan Bayülgen həbs olunur
13:25 26 Fevral 2021
"Xocalı fəryadı" kompozisiyası təqdim olunacaq
12:37 26 Fevral 2021