Azərbaycan Televiziyasında yeni layihə başlayır.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Kulis.az -a verilən məlumata görə, “Evimizdə” adlanan yeni layihəni tanınmış teleaparıcılar Şəhriyar Əbilov və Aida Cəbiyeva təqdim edəcək. Onlar layihədə ər və arvad obrazını canlandıracaqlar.
“Evimizdə”nin ilk buraxılışı yanvarın 23-ü saat 09:00-da yayımlanacaq.