news-inner
clock15:18 calendar-gray 22 Yanvar 2021 view-gray906 dəfə oxunub
view-gray906 dəfə oxunub

Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə

Kulis.az bu günlərdə “Nostalgiyanın sonu: Biz qayıdırıq” essesi ilə Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə birinci yerə layiq görülən şair-yazıçı Cəlil Cavanşirlə müsabiqə haqda söhbəti təqdim edir.

- Cəlil, qalibiyyət münasibətilə səni təbrik edirik. Belə nəticə gözləyirdin?

- Təşəkkür edirəm. Açığı, müsabiqə üçün xüsusi yazı yazmamışam. Qalib gələn esseni isə Şuşanın işğaldan azad edilməsindən sonra qələmə aldım - əməkdaşlıq etdiyim sputnik.az saytı üçün yazmışdım. Çapı bir balaca ləngidi. Sonra müsabiqə elanı qarşıma çıxdı. Şərtlər və mövzu ürəyimcə olduğu üçün göndərdim. Dəyərləndirənlərə təşəkkür edirəm. Mən müsabiqələrə heç zaman inamla yanaşmamışam, bununla bağlı səbəblərim də var. Bu müsabiqənin mövzusu və Şuşaya həsr etdiyim yazının çapının ləngiməsi müsabiqəyə qoşulmağıma təkan oldu.

- Səncə, bu müsabiqə ədalətli oldu?

- Mən formatın ədalətli olduğu üçün essemi müsabiqəyə göndərmişdim. Əsərlər münsiflərə xüsusi şifrələnərək təqdim olunub, münsiflər müəlliflərini tanımadan yazıya qiymət verib. Bu format kifayət qədər ədalətlidir. Qaliblərin siyahısı da məndə bu təəssüratı yaratdı. Mən isə sadəcə ümid edirəm ki, müsabiqə ədalətli keçirilib və heç kəsin haqqı tapdalanmayıb. Zatən belə bir nüans olsa, müsabiqənin ədalətsiz keçirildiyinə dair nə isə faktla rastlaşsam, birinci mən etiraz edərəm.

- Həmkarın Qismət Rüstəmov formatı və mükafatlandırmanı tənqid eləmişdi. Məsələn, 3 nəfər 1-ci yer, 4 nəfər 2-ci... Bizdə adətən belə olur...

- Qismətin tənqidi ilə tamamilə razıyam. Azərbaycanda keçirilən müsabiqələrdə adətən hamının könlünü almağa hesablanan nəticələr olur. Bunun da səbəbi seçilən münsiflərin, təşkilatçıların obyektiv ola bilməməsidir. Bu barədə dəfələrlə yazmışam. Tapşırıqla, tanışlıqla müsabiqələrdə qalib gələnlər, yazmadığı əsərə görə mükafat alanlar olur. Hazırda Mədəniyyət Nazirliyinə bir neçə məsələ ilə bağlı təkliflərimi hazırlayıram, xüsusilə müsabiqələrlə bağlı dünya təcrübəsinə əsaslanan bir neçə təklifim olacaq. İllərlə tənqid etdiyimiz nazirlik indi bizim təklifimizlə, fikirlərimizlə maraqlanır. Bunu müsbət qarşılayıram və təbii ki, yaxşılığa doğru atılan addımlara dəstək verməyi özümə borc bilirəm. Müsabiqələr, mükafatlar stimullaşdırıcı olmalıdır.

- Ümumiyyətlə Azərbaycanın ədəbi mükafatları və mükafatların fondu haqqında nə deyə bilərsən?

- Azərbaycanda ədəbi mükafatlar adətən hansısa xoşməramlı təşəbbüs kimi başlayıb, sonradan fiaskoyla bitir. Məncə, çox ciddi formatda, bütün ədəbiyyat adamlarının diqqətini və marağını çəkəcək, formatı düzgün tapmış müsabiqəyə və ya müsabiqələrə ehtiyac var. Mükafat fondu kifayət qədər yüksək, ancaq şəffaf müsabiqələr təşkil etmək lazımdır ki, ədəbiyyat adamlarının həyatında ciddi stimul olsun. Mən böyük şirkətlərin, özəl sektorun, iş adamlarının da cəlb olunduğu obyektiv və şəffaf müsabiqələrə ehtiyac olduğunu düşünürəm.

- Elə yazarlar var ki, ümumiyyətlə, müsabiqələrdə iştirak etmirlər. Əsərləri mükafat üçün yazmadıqlarını deyirlər. Ədəbi müsabiqələri birmənalı qarşılamırlar.

- Məsələn, mən uzun illər heç bir müsabiqədə iştirak etməmişəm. Yeganə istisna Zahir Əzəmətin təşkilatçılığı ilə keçirilən Nəsimi Ədəbiyyat Müsabiqəsi idi. Jurnalist kimi də heç bir yazı müsabiqəsinə qoşulmamışam, çünki nəticələri öncədən bəlli olan müsabiqəyə qoşulmaq vaxt itkisidir. Ümumiyyətlə, müsabiqələrdə iştirak etməyən yazıçıları, şairləri anlayıram. Hər yazı adamının öz yanaşması var. Zatən mükafat almaq üçün oturub nə isə yazmaq mənə absurd görünür. Əgər hansısa hazır yaradıcılıq nümunən varsa və elan olunan müsabiqəyə uyğundursa, o halda qoşulmaq ağlabatandır. Sırf müsabiqə üçün yazmaq şəxsən mənim bacaracağım iş deyil. Müsabiqələri birmənalı qarşılamayan və qoşulmayan, hər şeydən kənarda yaradıcılığı ilə məşğul ola bilən adamları sadəcə təqdir etmək lazımdır. Bu da bir seçimdir və hər kəsin seçiminə sayğımız var.

- Yaradıcılıq nə yerdədir? Son günlər nə ilə məşğul olursan?

- Hazırda daha çox ssenari ilə məşğulam. Həm öyrənirəm, həm onlayn dərslər alıram. Eyni zamanda, kiçik həcmli bir romanın qeydləri də əlimin altındadır, motivasiyam olsa, bu il tamamlamağı düşünürəm. Hərdən şeir yazıram. 2021-ci ildə geniş yaradıcılıq planlarım yoxdur. Əgər hər şey yolunda gedərsə, yazmağa, öyrənməyə və oxumağa davam edəcəm.

- Çox sağ ol, Cəlil. Bir daha təbriklər və uğurlar!

- Təşəkkür edirəm. Var olun!

news-inner-user
Ulucay Akif

73 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021
Qızını məcbur aborta göndərdi, 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi – Xalq artistindən 10 inanılmaz fakt
12:17 11 İyun 2021