news-inner
clock16:20 calendar-gray 20 Yanvar 2021 view-gray1657 dəfə oxunub
view-gray1657 dəfə oxunub

Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab

Kulis.az Albert Eynşteynin düşüncəsinə və nəzəriyyələrinə həlledici təsir göstərən 5 ən sevimli kitabının adlarını təqdim edir.

Albert Eynşteynin böyük kitabxanası vardı və o, coşğun kitab oxusu idi. Görkəmli fizikin özü etiraf edib ki, bəzi kitablar onun düşüncələrinə ciddi təsir göstəriblər. O, bir qayda olaraq fəlsəfə və elm kitablarını üstün tutardı. Buna görə də bir çoxları tərəfindən tarixin ən parlaq zəkalarından biri hesab olunan Albert Eynşteyn təsadüfən ortaya çıxmamışdı. Elm adamı tarixin böyük mütəfəkkirlərindən çox şey öyrənib, bu, onun həvəsli bir oxucu kimi böyük iştahasında və geniş kitab kolleksiyasında öz əksini tapıb.

“21-ci əsr üçün Eynşteyn” kitabının müəllifləri məşhur alimin kitabxanasını təsvir ediblər. Redaktorlar Peter Qallison, Gerald J. Holton və Silvan S. Şveberin yazdığına görə, “kitabxanada dövrün əksər yaxşı kitabları vardı” və kolleksiyanın böyük hissəsi alman dilində idi. Kitabxanada adları olan müəlliflərə misal kimi Boltzmann, Buşner, Fridrix Hebbel, Haynenin əsərlərinin iki nəşri, Helmoltz və Humboltdu göstərmək olar. Kitabxanada həmçinin İmmanuel Kant, Gotthold Lessinq, Nitsşe və Şopenhauer kimi filosofların da əsərləri vardı.

Bəs Eynşteynin ən sevimli kitabları hansılar idi? Böyük ehtimalla bu sualın cavabı yoxdur, amma biz nisbilik nəzəriyyəsinin yaradıcısının təkrar-təkrar qayıtdığı kitabların hansılar olduğunu bilirik.

Onun ən sevimli beş kitabını təqdim edirik.

5. “Hisslərin analizi” – Ernst Max

Eynşteynin özünün yazdığına görə, 19-cu əsrdə yaşamış avstriyalı filosof və fizik nisbilik nəzəriyyəsinin inkişaf etdirilməsi üçün ona çox böyük təsir göstərmişdi. “Hisslərin analizi” əsərində Max insan hisslərinin sürüşkənliyi və eqonun dəyişkənliyi barədə yazıb.

Maxın əsərində həmçinin Nyutonun zaman və məkanla bağlı nəzəriyyələri tənqid edilir, bu, Eynşteynə öz düşüncələrini formalaşdırmaqda ilham qaynağı rolunu oynamışdı. Faktiki olaraq Eynşteyn Maxdan götürdüyü hipotezi - ətalətin iki obyekt arasındakı qarşılıqlı əlaqədən doğduğu fikrini - “Max prinsipi” adlandırmışdı, Eynşetyn bu fikrə çox böyük dəyər verirdi.

1915-ci ildə Moritz Şlikə yazdığı məktubunda Eynşteyn nisblik nəzəriyyəsini ortaya çıxaran düşüncələrinə hansı yazıçıların təsir göstərdiyini açıqlamışdı:

“Sənin çox düzgün şəkildə gördüyün kimi bu düşüncə trendi (pozitivizm), xüsusilə E. Max və hələ də Hyum mənim çalışmalarıma böyük təsir göstəriblər, Hyumun dərketmə ilə bağlı traktatını mən nisbilik nəzəriyyəsinin ixtirasından əvvəl böyük coşğu və heyranlıqla oxumuşdum. Əgər bu fəlsəfi əsərlər olmasaydı, mən çox güman həll yolunu tapa bilməzdim”.

O, bu məktubunda Ernst Max və Devid Hyumun əsərlərinin onun düşüncəsinə böyük ilham verdiyini açıqlayıb açıqlamağına, amma bu da məlumdur ki, illər keçəndən sonra Eynşteyn Maxın əsərlərini və xüsusilə pozitivizmi (teologiya və metafizikanı inkar edən məntiq əsaslı fəlsəfi ideyanın məğzi bu idi ki, hər bir rasional iddia elmi cəhətdən təsdiqlənə bilər və “pozitiv” bilik təbii fenomenə və onun xüsusiyyətlərinə əsaslanır) rədd etmişdi.

4. “Don Kixot” – Migel de Servantes

Eynşteynlə birgə çalışan Leopold İnfeld “Sorğu” adlı avtobioqrafiyasında onun Servantesin cəngavərlikdən bəhs edən “Don Kixot” əsərini necə böyük məhəbbətlə oxumasından yazıb:

“Eynşteyn köynəksiz və pijamasız yatağına uzanar və gecə lampası ilə “Don Kixot” oxuyardı. Bu onun ən sevdiyi kitab idi və o, onu istirahət etmək üçün oxuyardı...”

3. “Etikalar” – Barux Spinoza

Barux Spinoza 17-ci əsrdə yaşamış yəhudi əsilli holland filosofu idi, onun əsərləri Maarifçilik və “İncil”in müasir tənqidinə yol açmışdı. Spinozanın “Etikalar”ı Qərb düşüncəsində fundamental əsərlərdən biridir, əsər etik və məqsədyönlü həyata dair instruksiya verməklə yanaşı, reallığın və kosmologiyanın bütöv şəklini verir. Kitab insan xilqətlərinin Tanrının “formaları” olduğunu deməklə, Tanrını təbii nizam kimi təsvir edir. Spinozanın fikrincə, baş verən hər şey Tanrının təbiətindən doğur.

Spinozanın “panteizmi” Eynşteynin dünya barəsindəki ruhani görüşlərinin bir parçasını əhatə edirdi. O, bir dəfə Rabbi Herbert S. Qoldşteynə belə demişdi:

“Mən insanlığın əməllərinə və talesinə görə narahat olan Tanrıya deyil, özünü bütün mövcudiyyət ilə harmoniyada tapan Spinozanın Tanrısına inanıram”.

2. “İnsan təbiəti barədə traktat” – Devid Hyum

Eynşteynin özünün etiraf etdiyinə görə, 18-ci əsrdə yaşamış şotland filosofunun elm və insan təbiəti arasındakı bağlılığı dərk etməkdən ötrü yazdığı kitab ona ciddi təsir göstərib. Hyumun elmi cəhətdən əxlaqi fəlsəfə yaratmaqdakı müvəffəqiyyəti fiziki cəlb edirdi, çünki kitab metafiziki spekulyasiyadan müşahidə edə biləcəyimiz faktlara istiqamətlənməli olduğumuzu deyirdi. Burada mühüm bir xəbərdarlıq da vardı, Hyuma görə, təkcə müşahidə təbiətin qanunlarını qavramağa kifayət etmir. Bu ipucu Eynşteynin ənənəvi omayan düşüncələrinin formalaşmasına böyük təsir göstərmişdi.

1. Yohan von Götenin külliyatı

Eynşteynin böyük kitab kolleksiyasının böyük bir qismini yəqin, alman müəllif Yohan von Götünin əsərləri təşkil edirdi. Fizik Götenin 36 cilddən ibarət əsərlərinə, həmçinin 12 əlavə cildə, “Optikalar”ın 2 cildinə (həmçinin Göte və Şiller arasındakı məktub mübadiləsi daxil olmaqla) və “Faust”un bir digər cildinə sahib idi.

Eynşteyndə Götenin büstü də var idi və o, alman dilində danışan köməkçilərinə şairdən sitatlar deyərmiş. 1932-ci ildə Leopold Kasperə yazdığı məktubda o, Göteyə “tayı-bərabəri olmayan, tarixin ən ağıllı və müdrik insanlarından biri kimi heyran” olduğunu yazırdı. O, həmçinin qeyd edirdi ki, “hətta onun elmi fikirləri ciddi yanaşılmaya layiqdir, onun qüsurları isə bütün böyük adamlara xas qüsurlardır”.

Əgər sizə dünyanı dəyişdirən alimin sevdiyi başqa kitablar da maraqlıdırsa, deyə bilərik ki, o, Fyodor Dostoyevskinin “Karamazov qardaşları”nı və teosofist Helena Petrovna Blavatksinin mistik traktatı “Gizli İsa”nı oxumağı da çox sevirdi. /bilge.az/

news-inner-user

18708 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021