news-inner
clock15:46 calendar-gray 09 Yanvar 2021 view-gray754 dəfə oxunub
view-gray754 dəfə oxunub

Bu yaşıl ağacın altı bizimdi... - Zəlimxan Yaqubun şeirləri

Bu gün tanınmış Azərbaycan şairi Zəlimxan Yaqubun anım günüdür. Kulis.az şairin bir neçə şeirini təqdim edir.

Sınan qələmimə, əsən əlimə
Dilimdə çaş düşən sözlərimə bax!
Mən ki bu meydanın pəhləvanıydım,
İndi yerə gələn dizlərimə bax!

İsatək çəkilib dara, gedirəm,
Sinəm də sağalmaz yara gedirəm.
Mən hardan gəlmişdim, hara gedirəm,
Yoluma nəzər sal, izləri mə bax!

Fələk aldığını əlimdən alıb,
Qəlbimi daşlardan daşlara çalıb.
Nə qədər arzular yarımçıq qalıb,
Oxumaq istəsən, gözlərimə bax!

***

Aldanmışam sərvətinə dünyanın,
Ömrüm-günüm, yalan mənim, puç mənim.
Nahaq yerə yaxasından yapışdım,
Taqsır mənim, günah mənim, suç mənim.

Beş-altı gün yas paltarı geyəllər,
Hərdən yaxşı, hərdən yaman deyəllər.
Ehsanımı şirin-şirin yeyəllər,
Qırxa qədər yeddi mənim, üç mənim.


Qələm alsın başdaşımı yazanlar,
Bel götürsün məzarımı qazanlar.
Ay Zəlimxan, ağı desin ozanlar,
Kəfən mənim, karvan mənim, köç mənim

***

Ağlım, mәni niyә çәkdin,
Çiçәklәr bitmәyәn yerә?
Ruhum necә qanadlansın,
Bülbüllәr ötmәyәn yerә?

Gül üstündә ölәr arım,
Donar qәlbim, yağar qarım.
Necә getsin ayaqlarım,
Ürәyim getmәyәn yerә?

Yüz dә mәrd ol, yüz dә mәtin,
Yollar ağır, yollar çәtin.
Yetir mәni xәyanәtin,
Əllәri yetmәyәn yerә.

***

Əridi həsrətim, açıldı buzum,
Cənnət ətri verdi çörəyim, duzum.
Getdi qar-boranım, gəldi Novruzum,
Allah üzümüzə baxdı, görüşdük.
Üz-üzə dayandıq, göz-gözə durduq,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Qarın qar ətri var, barın bar ətri,
Bir çiçək ətri var, bir də yar ətri,
Arzular dalğası, duyğular ətri,
Ürəkdən-ürəyə axdı, görüşdük,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Qurban kəsilirəm mən bu axşama,
Danışdın dilindən bal dama-dama,
Sənintək işığa, mənimtək şama,
Tale öz odunu yaxdı, görüşdük.
Dünya gözəlləşir gözəl güləndə,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Abadlıq gətirdi bir viranlığa,
Gəlişin son qoydu lal qaranlığa,
Zəlimxan yenə də çatdı xanlığa,
Güldü gözəlliyin taxtı, görüşdük.
Ay salam göndərdi, Gün əhsən dedi
Dünyamn nə gözəl vaxtı görüşdük!

***

Vaxtında uzadıb kömək əlini,
Vermədin mənimlə əl-ələ, dünya!
Nəyimə gərəkdi vaxtı keçəndə,
Göydən qızıl yağdır, ləl ələ, dünya!

Acı yel üstümdən əsdikcə əsdi,
Yağan qar yolumu bağladı, kəsdi.
Gəl, məni bu qədər yandırma, bəsdi,
Mən ki nə Kərəməm, nə Lələ, dünya!

Yolsuz yoxuşlarda yordum dizləri,
Ahımla qurutdum göy dənizləri.
Qaldı kürəyimdə kəndir izləri,
Dərdi dərd üstündən şələlə, dünya!

Aşılmaz dağları mən necə aşım,
Zəlimxan, fikirdən çatılıb qaşım.
O sənin daşındı, bu mənim başım,
Nə qədər istəsən, gəl, ələ, dünya!

***

Kök üstə budağı neçədi,bildim
Budaqda yarpağı neçədi,bildim
Salxımı,saçağı neçədi bildim
Bu yaşıl ağacın altı bizimdi.

Saçağı tərpənir tellərin kimi
Yarpağı oynaşır əllərin kimi
Düyməsi açılıb tüllərin kimi
Bu yaşıl ağacın altı bizimdir.

Bu sevgi,bu layla,bu beşik bizim
Çəkər növbəmizi bu keşik bizim
Nəyimizə lazım ev-eşik bizim
Bu yaşıl ağacın altı bizimdir.

Su içər sevginin kökü ömürdən
Sevgi əl üzməsin təki ömürdən
Xoş bir xatirədi iki ömürdən
Bu yaşıl ağacın altı bizimdir.

Könlümüz havalı,gözümüz də ac
Gəncliyin havası başımızda tac
Bir sənsən,bir mənəm,bir yaşıl ağac
Bu yaşıl ağacın altı bizimdir.

Atəş Allahındı,isti Allahın
Ocaq Allahındı,tüstü Allahın
Bu yaşıl ağacın üstü Allahın
Bu yaşıl ağacın altı bizimdir.

Dən kimi səpələ,toxum kimi ək,
Zəlimxan,bu anın ləzzətini çək
Hələ bizdən sonra çoxu deyəcək
Bu yaşıl ağacın altı bizimdi.

news-inner-user

19004 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
11:01 13 İyun 2021
Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021