Ukraynalı şairə: "Dahi Nizami dünyada məşhurdur"

Ukraynalı şairə: "Dahi Nizami dünyada məşhurdur"
6 yanvar 2021
# 18:20

"Dahi Nizaminin adı bütün dünyada məşhurdur. O, Azərbaycanın ən böyük mütəfəkkirlərindən biridir. 2021-ci ilin "Nizami ili" elan edilməsi kontekstində onun irsinin Ukraynada populyarlaşdırılması ölkələrimiz arasında mədəni, ədəbi əlaqələrin inkişafı üçün çox vacib komponent olacaqdır."

Kuis.az xəbər verir ki, bu sözləri ukraynalı şair, ictimai və mədəniyyət xadimi, tərcüməçi Lesya Mudrak söyləyib.

Lesya Mudrak qeyd edib ki, Azərbaycan klassik ədəbiyyatı Azərbaycan xalqının ədəbi ənənələrinin, azərbaycanlıların mentalitetinin xüsusiyyətlərinin formalaşmasına təsir göstərən mürəkkəb və dərin fəlsəfi cərəyanları əks etdirir.

Ukraynalı şair daha sonra deyib: “Düşünürəm ki, Nizami yaradıcılığının öyrənilməsi sayəsində ukraynalılar səkkiz əsrdən çox əvvəl qədim Azərbaycan şəhəri olan Gəncədə dahi mütəfəkkirin poeziya dilində təsvir etdiyi incə, fərqli mənalarla dolu dünyanı hiss edə və tanıya biləcəklər. Bu ilin layihələrinə gəldikdə, düşünürəm ki, yaradıcı, kreativ layihələrə xüsusi diqqət yetirməyə dəyər”. /azertag.az/

# 3449 dəfə oxunub

Oxşar xəbərlər

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

14:15 13 sentyabr 2026
Səs maşını - Roald Dahlın hekayəsi

Səs maşını - Roald Dahlın hekayəsi

12:30 13 sentyabr 2026
"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

10:30 13 sentyabr 2026
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər