Corc Buşun qadağan etdiyi yemək

Corc Buşun qadağan etdiyi yemək
26 dekabr 2012
# 08:45

Metyu və Mark Ceykb qardaşları iki illik araşdırmadan sonra ərsəyə gətirdikləri “Məşhurlar nə yeyib: Yemək və şöhrətin qəribə tarixi” adlı kitabda məşhurların yemək vərdişlərindən və qəribə kaprizlərindən yazıblar.

Kulis.az sizə həmin kitabdan bəzi seçmələri təqdim edir:

Ancelina Coli Kambocada protein məqsədi ilə tarakan yeyib. Aktrisa bu barədə: “Qarınlarındakı bir hissəyə fikir verməsəniz, yeyə bilməzsiniz. Yavaş dişləmək lazımdır, yoxsa partlayırlar” deyə açıqlama da verib.

Eks prezident Səddam Hüseyn “Raisin Bran Crunch” adlı tez hazırlanan səhər yeməyinin “dəli”si imiş.

Elvis Presli bir dəfə “Fool's Gold” adlı fıstıqlı, üzüm cemli və donuz basdırmalı sendviçi yemək üçün 1300 km-lik yolu piyada yeriyib. Bundan başqa, rok-n-rollun kralı yeməkləri çox bişirilmiş, hətta yanmış formada xoşlayırmış.

Makedoniyalı İsgəndər əsgərlərinə nanə yarpağı çeynəməyi qadağan edibmiş. O inanırdı ki, nanə cinsi istəyi artır, döyüşməyə isə mane olur.

Məşhur səyyahlar Edmund Hillari və Tenzinq Norqey Everest dağına qalxanda özləri toyuqlu spagetti və konserv edilmiş ərik götürüblər. Allahlar da dada bilsin deyə qarın içinə şokolad basdırıblar.

Boksçu Co Luisin məşqçisi onu bəzi döyüşlərdən əvvəl qəssabxanaya apararaq qan içirdərmiş. Məşqçi təzə heyvan qanının insana güc verdiyinə inanırmış.

Mariya Kallas yaxşı soprano olmaq üçün arıqlamaq məcburiyyətində qalıb. Opera sənətçisinin buna görə bağırsaq qurdu udduğu deyilir.

Tomas Cefferson İtaliya səfəri zamanı yediyi düyünü o qədər bəyənib ki, iki kisə düyünü gizli yolla ölkədən çıxarıb. Cefferson tutulsaydı, edam olunacaqdı.

İtalyan tenor Luçiano Pavarotti karyerası müddətində 2 min 267 kilo arıqlayıb.

Kosmonavt Con Yanq 1965-ci ildə konserv olunmuş mal ətindən hazırlanan sendviçi “Cemini 3” gəmisinə icazəsiz daxil edib. Uçuş vaxtı Yanq sendviçi çıxararaq digər kosmonavt Qas Qrişom ilə bölüşüb. Gəminin içinə nəzarət edən Yerdəki heyət sendviç qırıntılarının həssas alətlərə zərər verəcəyindən qorxublar.

Ernest Heminquey 13 yaşında bir kirpi vurub və atası onu kirpini bişirib yeməklə cəzalandırıb.

ABŞ-ın eks-prezidenti Corc Buş sevmədiyi gül kələmi yeməyinin Ağ evdə bişirilməyinə qadağa qoyubmuş.

# 6380 dəfə oxunub

Oxşar xəbərlər

Vətən müharibəsinin həkimi:  "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

Vətən müharibəsinin həkimi: "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

11:48 8 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..."  - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..." - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

10:00 1 noyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər