Yolka qurmaq istəməyənlərin vətənpərvərliyi - Ulucay yazır...

Yolka qurmaq istəməyənlərin vətənpərvərliyi - Ulucay yazır...
29 dekabr 2020
# 11:20

Bilmirəm bunu necə edirik, necə bacarırıq, amma hər hadisədən mübahisə etməyə, biri-birimizi qınamağa bir mövzu tapırıq.

İndi də adamlar yeni bir mövzunu qızğın şəkildə müzakirə edirlər:

- Yeni ili qeyd edək, yoxsa etməyək?

Hərdən mənə elə gəlir ki, insanların bu cür “müzakirələr”i bikarçılığın fəsadlarıdır. Yoxsa bir adamı niyə başqa bir adamın evində yolka bəzəyib bayram qeyd etməsi narahat etsin ki?

Bunu şəhidlərin ruhuna qarşı hörmətsizlik olduğunu deyənlər var.

Belədirmi, doğrudan?

Müharibə boyu və müharibədən sonra cəbhədən əsgərlərimizdən çoxlu videolar gəldi. Bu videoların əksəriyyəti şən, gülməli, pozitivdir. Əsgərlərimiz əylənirlər, oynayırlar, oxuyurlar.

Qartopu oynayanlar, aktyorluq bacarıqlarını göstərib kiçik səhnəciklər quranlar, mahnı oxuyan, hansısa musiqi alətində ifa edənlər və Şuşada ilk yolkanı bəzəyənlər...

Sizcə, biz onlar qədər kədərli ola bilərik? Onlar cəbhə yoldaşlarını itiriblər. Birlikdə çiyin-çiyinə verib vuruşduqları dostlarını itiriblər. Əsgər yoldaşları onların gözləri qarşısında ölüb.

Bəlkə düşünürsünüz ki, onlar şəhid olmuş əsgər yoldaşlarının ruhuna hörmət etmir? Yoxsa, siz onlardan daha çox hörmət edirsiniz şəhidlərin ruhuna? Əlbəttə, belə ola bilməz.

Biz qələbə qazanmışıq. O əsgərlərimiz niyə şəhid olub? Bunu heç düşünmüsünüz? Onlar şəhid olublar ki, biz daha ürəkdən sevinə bilək, bayramlarımızı daha yaxşı qeyd edək.

Bir də bayram keçirməyin əleyhdarları deyirlər ki, şəhidlərin evlərində uşaqlar var, onlar bayram keçirə bilməyəcək, onlardan ayıbdır.

Niyə?

Olmazmı elə bayramı şəhidlərimizin övladları ilə birlikdə qeyd edək? Vicdanımız rahat olsun deyə yox, bunu ürəkdən, istəyərək edək. Şəhid və qazi ailələrini ziyarət edək. Uşaqlar üçün hədiyyələr alaq, onlarla birgə vaxt keçirək, oyunlar oynayaq.

Həm uşaqları sevindirmiş olarıq, həm də şəhidlərin ruhu şad olar.

Əlbəttə təmtəraq baxımından qətiyyən ifrata varmaq olmaz.

Amma gəlin 2020-ci ili sevinclə yola salaq.

Çünki bu ilin sonunda “İnşallah gələn ili Şuşada qarşılayaq” kimi şablon sözlər deməyəcəyik.

# 5112 dəfə oxunub

Oxşar xəbərlər

Bağdadda qədim dövrə aid çörək və  pivə istehsalı sahələri aşkarlandı

Bağdadda qədim dövrə aid çörək və pivə istehsalı sahələri aşkarlandı

10:00 3 noyabr 2026
Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər