Azərbaycanlı oxucu beynəlxalq forumun qalibi oldu

Azərbaycanlı oxucu beynəlxalq forumun qalibi oldu
28 dekabr 2020
# 16:41

Respublika Gənclər Kitabxanası İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə “Qələbənin şifrəsi - birlikdir” adlı internet foruma dəvət alıb.

Kitabxanadan Kulis.az-a bildirilib ki, bir neçə gün öncə beynəlxalq müsabiqə öz işinə yekun vuraraq, rəsmi olaraq qalibləri elan edib. Respublika Gənclər Kitabxanasının Xarici ədəbiyyat şöbəsinin oxucusu Jalə Rəhimova foruma Azərbaycanın Xalq yazıçısı, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmiş Hüseyn Abbaszadə haqqında hazırladığı videomaterial və sözü gedən müəllifin qələmindən çıxmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun qəhrəmanlıqla keçən döyüş yolu və şücaətinə həsr etdiyi “General” romanı haqqında hazırladığı esse ilə birinci yeri qazanaraq qalib olub.

Müsabiqədə iştirak edən kitabxana əməkdaşları ilə yanaşı, internet foruma fəal oxucuların cəlb edilməsi və sözügedən materialların hazırlanmasında oxucuların iştirakını təmin etmək “Qələbənin şifrəsi - birlikdir” adlı internet forumun əsas şərtlərindən biri idi. Məhz bununla əlaqədar olaraq, Respublika Gənclər Kitabxanasının Xarici ədəbiyyat şöbəsinin fəal oxucuları bu işə cəlb edilmişdi. Bu müsabiqəyə göndərilən materiallar İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası tərəfindən gələcəkdə hazırlanacaq “Müharibənin müqəddəs səhifələri” adlı interaktiv ədəbiyyat xəritəsinin (elektron resurs) fraqmentlərinə çevriləcəklər. Bu isə öz növbəsində Respublika Gənclər Kitabxanası tərəfindən müsabiqəyə təqdim olunan materialların beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırılmasına səbəb olacaq.

# 2736 dəfə oxunub

Oxşar xəbərlər

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər