Venustrafobiya – gözəl qadınlardan qorxma

Venustrafobiya – gözəl qadınlardan qorxma
24 dekabr 2012
# 08:45

Fobos yunan mifologiyasında “Dəhşət Allahı”nın adıdır. Məhz bu səbəbdən insanlarda müəyyən vəziyyətdə və şəraitdə yaranan qorxu hissi “fobiya” adlanır.

Mütəxəssislərin fikrincə, fobiyaların yaranmasına əsas səbəb insanın uşaqlıq illərində keçirdiyi sarsıntı, yaxud onu dərindən təsirləndirən hadisələr ola bilər. Həyatın müxtəlif mərhələlərində fobiyalar dəyişə də bilər. Məsələn, körpə uşaqlar ilk vaxtlar yüksək səsdən qorxurlar. Zamanla bu hiss öz yerini başqa qorxulara verir. Hətta fobiyası olmayan insanda belə, müəyyən yaş dövründən sonra bu hiss yarana bilər.

Əvvəllər Günəş və Ay tutulmalarının qorxusu olduğu halda, müasir dövrdə bunun yerini UNO (uçan naməlum obyekt), yadplanetlilərin dünyanı zəbt etmə qorxusu var. Son zamanlar isə bütün dünyada “21 dekabr” fobiyası yaşanmaqdadır.

“Müasir” fobiyalar

Fobiyanın növləri müxtəlifdir. Havasız şəraitdə, qapalı məkanda qalma, liftdən, hətta nəqliyyat vasitələrindən (daha çox rast gəlinən təyyarə və metro) qorxma da var.

Dövr dəyişdikcə, fobiyalar da bir növ, “müasirləşir”. Yəni yarım əsr əvvəl mövcud olan fobiyaları artıq “sıradan çıxmış” da adlandırmaq olar. Məsələn, indiki dövrdə insanlarda ən çox rast gəlinən qorxu – nomofobiyadır. Nomofobiya – mobil telefonu itirmək qorxusudur. Digər bir fobiya isə internetlə bağlıdır; wi-fi bağlantısının hər an qopa biləcəyi qorxusu yaranıb.

Filmlərin fobiya hissinə təsiri

Mütəxəssislər bildirir ki, qorxu filmlərinə baxmaq fobiyası olmayan insanda belə qorxu yarada bilər. Fobiyası olan insanlarda isə qorxunu daha da gücləndirər. Son illər cadu, mistik qüvvələr haqqında olan filmlər buna misal ola bilər. Bu isə daha çox uşaqlara təsir edir. Uşaqlarda fobiyaların inkişaf etməməyi üçün isə onlara erkən yaşlarda özünə güvən hissini və qorxuları dəf etmək bacarığını aşılamaq lazımdır.

Qəribə fobiyalar

İmtahanlardan, həkimlərdən, heyvanlardan, hətta müəyyən vəziyyətə düşmənin qorxuları kimi tez-tez rast gəlinən fobiyalarla yanaşı başqa qeyri-adi qorxu formaları da var. Onlardan bir neçəsini təqdim edirik:

1. Arakibutirofobiya – araxis əzməsini yeyən zaman damağa yapışmaq qorxusu;

2. Venustrafobiya – Gözəl qadınlardan qorxma;

3. Politikofobiya – Siyasətçilərdən qorxma;

4. Peladofobiya – Keçəl insanlardan və ya keçəlləşməkdən qorxma;

5. Eisoptrofobiya – Güzgülərdən qorxma;

6. Filofobiya – Sevmək, vurulmaqdan qorxma;

7. Antropofobiya – İnsanlardan qorxma;

8. Tokofobiya – Hamilə qalmaqdan və ya uşaq doğmaqdan qorxma;

9. Triskaidekefobiya – 13 rəqəmindən qorxma;

10. Gametofobiya – Evlənməkdən qorxma;

11. Tapofobiya – Canlı-canlı basdırılmaq qorxusu;

12. Amnezifobiya – Yaddaşı itirmək qorxusu;

13. Helyofobiya – Günəşdən qorxma;

14. Lökofobiya – Ağ rəngdən qorxma;

15. Nozokomefobiya – Xəstəxanalardan qorxma;

Tez-tez rast gəlinən fobiyalar isə bunlardır:

1. Odontofobiya – stomotoloqdan qorxma;

2. Aviofobiya – uçuş qorxusu;

3. Klostrofobiya – Qapalı məkan qorxusu;

4. Batofobiya – Dərinlik və ya yüksək binaların yanından keçmək qorxusu;

5. Ailurofobiya – Pişiklərdən qorxma;

6. Fobofobiya – Qorxmaqdan qorxma;

7. Araknofobiya – Hörümçəklərdən qorxma;

8. Musofobiya – Siçanlardan qorxma;

9. Nekrofobiya – Meyiddən (ölüdən) qorxma;

10. Ofidiyofobiya – İlandan qorxma.

Hazırladı: Günay Abbasova

# 7157 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər