news-inner
clock16:10 calendar-gray 10 Dekabr 2020 view-gray827 dəfə oxunub
view-gray827 dəfə oxunub

"Bu gün bütün acılarımızın mükafatıdır!" - Qələm adamları Zəfər paradından danışır...

Bu gün Bakıda Azadlıq meydanında Azərbaycan ordusunun zəfər paradı keçirir. Kulis.az qalib ölkənin qələm adamlarının təəssüratını təqdim edir.

Aqil Abbas

Dünyanın ən möhtəşəm paradı! İndiyə kimi ən gözəl parad SSRİ-nin Böyük Vətən Müharibəsindən sonrakı paradı idi, amma bu parad ondan da möhtəşəmdi. Vəssalam! Başqa söz deyə bilmərəm.

Baba Vəziroğlu

Bu gün tarixi bir gündür. Amma təqvimdə qırmızı rəngdə olan tarixi gün deyil bu, ürəyimizə, xalqımızın, məmləkətimizin həyatına qırmızı qanla yazılan gündür. Bu qırmızının rəngi mürəkkəbdən deyil, şəhidlərimizin, qazilərimizin qanındandır. İlk dəfə mən “Tarixi gün” sözünü ürəklə, səmimiyyətlə işlədirəm. Çünki biz adətən təqvim bayramlarını qeyd etmişik, ürək bayramı qeyd etməmişik.

Bu gün nazir, fəhlə, yazıçı yoxdur. Bu gün 10 milyon Azərbaycan vətəndaşı var. Peşəsindən, təhsilindən, dilindən, dinindən asılı olmayaraq, tarixi zəfər günü hər birinin yaddaşına əbədi yazılacaq. Bu gün həyatda olan bu 10 milyon dünyanın ən xoşbəxt insanlarıdır ki, bu tarixi günü - Zəfər Gününü yaşayırlar. Onsuz da haqq-ədalət bir gün yerini tutacaqdı. Amma sadəcə Tanrı bizi xoşbəxt insanlar olaraq yaratdı ki, biz bu tarixi günün şahidi olduq. Nəinki şahidi, iştirakçısı olduq. Postmüharibə və postqələbə dövründə həmişə ən gözəl əsərlər yazılır, ən gözəl filmlər çəkilir. Yəni sülh, arxayınlıq dövründə yaranır bu əsərlər. İsti- isti yazılan əsərlər sadəcə olaraq informasiya müharibəsinə yönələn, əsgərlərimizə ruh vermək üçün yazılan şeirlər, əsərlər hamısı gözəl idi. Amma dərin, sanballı, tarixi, elmi və bədii cəhətdən yüksək əsərlər hələ bundan sonra yaranacaq.


Rəbiqə Nazimqızı

Bunu sözlə ifadə eləmək mümkün deyil. Otuz ildir, bu günü gözləyirsən, həsrətlə, həyəcanla gözləyirsən. Elə ki həmin gün gəlir, az qalırsan inanmayasan, çünki xoşbəxtlikdən dəli olacağından qorxursan. Bu coşğunu xalqla bir arada yaşamaq bir ayrı sevincdir. Hamı mehribandır, hamı sevinir. Xalqla yanaşı elə bil Azadlıq meydanı da sevinir. Çünki bu meydana elə Zəfər paradı yaraşır. Bu zəfər şəhid analarının yaralarına da sarğıdı - bu qələbə onların övladlarının ən böyük arzusu idi.
Otuz ildir, harada doğulmasından asılı olmayaraq, qarabağlı olan bütün azərbaycanlıları təbrik edirəm. Daim zəfərlər qeyd edək!

Şahin Musaoğlu

- Əvvəla, hamımızın zəfər bayramı mübarək olsun! Sözsüz, bugünkü parad bizim tariximizin ən şərəfli, qürurlu, şanlı səhifəsidir. Bu parad bizim özümüzü və düşmənimizi tanımağımızın nəticəsidir. Bir millət, xalq, dövlət olaraq özünü təsdiqin nümunəsidir. Duyğularım sözlə ifadə edilə bilməyəcək qədər kövrək və sevinclidir. Adətən, paradlar ya savaşdan əvvəl, ya da zəfər qazanılandan sonra qələbəni qeyd etmək, gücünü nümayiş etdirmək üçün təşkil olunur. Hər paradın öz mesajı olur. Bu mesajlar dosta, düşmənə və ümumilikdə dünyaya verilir. Bu mesajlar ilk növbədə dosta ünvanlanır, dostu sevindirir, qürur hissini yüksəldir. Mən çox istərdim ki, bu paradda qardaş Türkiyə ilə yanaşı Pakistandan, Ukraynadan, Gürcüstandan olan nümayəndələr də iştirak eləsin. Çünki savaş zamanı bu ölkələrin də mənəvi dəstəyi böyük idi. Yəqin, növbəti paradlarımızda onları da görəcəyik. O ki qaldı düşmənə, belə paradların keçirilməsi onlara göz dağı, dövlətimizə dil uzadan digər ölkələrə isə həddini göstərmək mesajı olacaq. Ən əsası vətəndaşlarımızda ordumuza və dövlətə güvən hissini aşılayacaq, insanlarımızda özünə inam hissini artıracaq. Bu hadisələr bütün sahələrə öz müsbət təsirini göstərəcək. Düşünürəm ki, biz qələm əhli də bu duyğuların təsiri ilə yeni mövzulara müraciət edəcəyik, yeni ideyalarla, yeni nəfəslə öz sözümüzü deyəcəyik və biz də qələbəmizə töhfəmizi verəcəyik. Bir arzum da var. Bu təmizləmələr təkcə torpağımıza aid olmasın, həm də eyni zamanda ölkə daxilində, həm iqtisadi, həm sosial sahələrdə də davam etdirilsin. Biz yeni bir Azərbaycan quraq. Bir daha bu zəfər və parad münasibətilə bütün soydaşlarımı, bütün vətəndaşlarımı, xalqımı, millətimi təbrik edirəm.

Varis

Qürur hissi keçiririk, fəxr edirik. Hamımız bu Zəfəri gözləyirdik, bu paradı gözləyirdik. Düşməndən əldə olunan qənimətlər nümayiş edilir. Bilirsiz, biz o qədər acılar yaşamışdıq ki, torpağımız işğalda olanda, dünyaya çıxanda bizə rişxənd edirdilər, indi qalib dövlətin vətəndaşıyıq, qalib ordumuz var. Fəxr edirik və bilirik ki, bunun davamı da gələcək. Qarabağ Azərbaycandır!

Pərviz Cəbrayıl

Bizim nəsil özünü biləndən məğlubiyyət acısı görüb, yenilmişlik yaşayıb. Həyatımızda yaşadığımız ilk sevinc 44 günlük savaşın qələbəli sonu və onun nümayişi - Zəfər paradı oldu. Bu günü bütün acılarımızın mükafatı hesab edirəm. Azərbaycan əsgəri Azərbaycanın şah əsərini yazdı. Artıq estafet bizdədir.

news-inner-user

19092 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
11:30 22 İyun 2021
Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021