Zəmanəmizin böyük azərbaycanlısını anırıq - Polkovnik paraddan yazır...

Zəmanəmizin böyük azərbaycanlısını anırıq - Polkovnik paraddan yazır...
10 dekabr 2020
# 13:12

Kulis.az "polis polkovnik-leytenantı Hafiz Təmirovun "Hörmətlə anır, ehtiramla yad edirik" yazısını təqdim edir.

Parad keçiririk, Qələbə paradı. Bir zamanlar azadlıq deyib səsimizin dalğalandığı, hürr olmaq istəyimiz uğrunda qanımızın töküldüyü meydanda qalibiyyətimizi, zəfərimizi qeyd edirik. 7-dən 70-ə hər birimiz Azərbaycan deyirik. Dünən olduğu kimi, bu gün də qalib ruhumuzun xilaskarını axtaracaq gözlərimiz. Qəlbimizdə onun cismani yoxluğunun kədəri fikirlərimizi düz xətt kimi kəsəcək yenə.

Təlatümlərlə dolu bir dövrdə canından, siyasi karierasından üstün bildiyi, bütün varlığı ilə bağlı olduğu xalqını qorumaq üçün qırmızı imperiyaya qarşı təkbaşına duruş gətirən, sözünü kəsə və hökmlə deyən, ilahi ədalətin gec-tez qalib gələcəyinə inanan ulu öndəri bu tarixi, əziz günlərdə hörmət və ehtiramla anırıq.

Ona əbəs yerə müasir Azərbaycanın memarı və qurucusu demirik. Onu haqlı olaraq, haqqı olaraq zəmanəmizin böyük Azərbaycanlısı adlandırırıq. Əslində, qazandığımız hər bir uğurun altında onun imzası var. Bizə qələbə sevincini yaşadan ordumuz, bütün dünyanın qarşısında qorxmadan, çəkinmədən Qarabağ Azərbaycandır deyən Ali Baş Komandanımız da onun bizə əmanətidir.

Ulu öndər 90-cı il hadisələrindən və erməni təcavüzündən sonra Azərbaycan adlı məmləkətin tarix səhnəsindən silinəcəyini proqnozlaşdıranların ümüdlərini puç etdi. Siyasi hərc-mərcliyin, xaosun hökm sürdüyü, xalqın sabaha olan ümidinin itdiyi bir vaxtda dönmək və “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram” demək ən böyük qəhrəmanlıq idi. O, daxili və xarici təzyiqlərin hədəfinə çevrilmişdi. Heç bir siyasi, iqtisadi dayaq olmadan hər şeyə sıfırdan başlamaq, SSRİ-nin dağıntıları altında qalan məmləkəti qorumaq və qurmaq üçün bircə söz bəs etdi: “Mən xalqıma arxalanıram”...

Azərbaycan xalqı öz xilaskarını heç bir meydanda tək qoymadı. Onunla qürur duydu, tarixdə əbədi qalacaq bir adla- Ulu Öndər deməklə ona əbədilik qazandırdı.

Parad keçiririk, ulu Öndər! Bir zamanlar sənin də arzuladığın, uğuruna varlığını həsr etdiyin o tarixi gün gerçəkləşdi. Biz Qələbə qazandıq, biz qalibik! Biz işğaldan azad etdiyimiz torpaqlarda üç rəngli bayrağımızı dalğalandırmaqla, himnimizi oxumaqla sənin ruhunu şad etdik. Bu qələbə, bu qalibiyyət sənin, qurduğun ordunun, bizə əmanət etdiyin Ali Baş Komandanın və 30 illik müharibədən 44 gündə qalib çıxan xalqımızındır. Ruhun şad olsun!

Gallery

# 3443 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər