Müharibədə reytinqini və başını itirən müğənnilər

Müharibədə reytinqini və başını itirən müğənnilər
7 dekabr 2020
# 11:43

Media insanların münasibət və davranışlarına təsir etmək, hətta dəyişmək gücünə malikdir. Bu baxımdan medianın verdiyi istiqamət çox əhəmiyyətlidir. Media qəti şəkildə kütlə psixologiyası ilə hərəkət etməməlidir. Çünki kütlənin normal qəbul etdiyi şeyləri tətbiq etmək, kütlənin istəklərinə və tələblərinə uyğun davranmaq hər zaman müsbət nəticə vermir.

Medianın insanların vaxtlarını səmərəli keçirtmək, ölkəmizdə və dünyada yaşanan hadisələrlə yaxından tanış etməklə yanaşı həm də cəmiyyəti maarifləndirmək və əyləndirmək missiyası var. Ancaq müstəqllik dövrümüzün ikinci on illiyinin əvvəllərindən etibarən istər yazılı, istərsə də görüntülü media bütün gücünü cəmiyyəti ancaq əyləndirməyə sərf edir. Cəmiyyətin başını boş, mənasız məlumatlarla qatan media həm özünü, həm də kütləni bataqlığa sürüklədi. Yazılı medianın əsas səhifələrini müğənnilərin intim həyatlarına dair məlumatlar bəzədi. Maneştlər başlıqlar kütləni maqnit kimi həmin xəbərlərin içinə çəkdi. Televiziya kanalları tamaşçını şou-biznes nümayəndələrinin evlərinə soxdu. Nəticə isə göz qabağındadı.

İllərdir televiziya kanalları cəhaləti yaymaq, cahil kütlələr formalaşdırmaqla məşğul oldu. Media bir növ aqnatalogiya məkanına çevrildi. İllərdir müzakirə adı altında çıxıb efirdə saatlarla danışıb, heç bir şey söyləməyən, hər şeyi mən bilirəm deyən, nə olduqlarını belə tam olaraq anlamadığımız insanlar tərəfindən cəhalət toxumları səpildi. Bilinən bütün ciddi məsələlərdə nə qədər qeyri-ciddi, məlumatsız insanlar varsa günlərlə televiziya, sayt köşələrində boy göstərdi.

Şou nümayəndələrinin hər yerdə ekspert olaraq qarşımıza çıxarıldığı bir media yarandı. 24 saat televiziyada, radioda, sayt və qəzet manşetlərində gördüyümüz simalar eynidir: müğənnilər və şit aktyorlar. Kütləni alışdırdığımız bu insanlardan qopartmaq isə artıq hardasa mümkünsüz hala gəlib.

Nəticə isə budur:

Bir müğənninin sinəsi açıq fotosssiyasına girib 100 min adam baxır. Amma tarixi bir araşdırmanı, sənətkarla sənət söhbətinə heç 10 min baxış olmur.

Nizamdan çıxan kütləni necə nizama qoymalıyıq? İllərdir üzərində müzakirələr aparılan, cavabı axtarılan bu suala zənnimcə 44 günlük müharibə dövründə cavab tapıldı. Media kütləyə kütlənin istədiyini deyil, öz istədiyini təqdim etməlidir. Məsələn, sevindirici haldır ki, müharibə başlayan müddətdə gərəksiz əyləncə verilişlərinin, müğənnilərin intim həyatlarını əks etdirən xəbərlərin əvvəlki reytinqi yoxdur. Gündəmdə qalmaq üçün hər yola əl atan şou adamlarının xəbərlərini oxuyanların sayı əhəmiyyətli dərəcədə azalıb. Bəlkə də bu müvəqqəti haldır. Amma qalıcı da ola bilər. Qalıcı olması üçün isə ən böyük iş və məsuliyyət bizim- medianın üzərinə düşür. Bu fürsəti dəyərləndirməliyik. Boşluq yaratmamalıyıq. Bacardığımız qədər şoudan yayınan oxucuların, tamaşaçıların diqqətini daha keyfiyyətli materiallara yönəltməliyik. Bu bir fürsətdi. Əyləncə olmasın, demirəm. Olsun. Amma əyləndirə-əyləndirə maarifləndirmək lazımdır insanları.

Bunun üçün media kapitanları öz kadrlarını gözəllik ikonalarından deyil, intellektual, savadlı, düşünə bilən insanlardan formalaşdırmalıdır. Müharibədən sonra Azərbaycan üçün yeni və daha işıqlı bir dövr başlayıb. Məsələn, ən bayağı sosial məkan hesab olunan “İnstagram” və “Tik-Tok” istifadəçiləri belə öz fəaliyyətlərindəki səviyyəni bir pillə qaldırıblar. “İnstagram”da öz şəxsi həyatlarına aid məlumat, kadr paylaşan müğənnilər kütlə tərəfindən linç olunur. Türklər demiş “kulak memesi kıvamına” gələn kütləni artıq istədiyimiz istiqamətdə formalaşdırmaq bizim əlimizdədi. Bu arada başını şou- biznes aləmində itirən müğənnilərə də məsləhət görərdim ki, yaranan boşluqdan özlərini və şüurlarını inkişaf etdirmək üçün istifadə etsinlər. Cəhalət ən təhlükəli və qarşısıalınmaz bir virusdur. Bu virusa yoluxub məhv olmaq da, vaksini tapıb özümüzü xilas etmək də əlimizdədi.

# 4560 dəfə oxunub

Oxşar xəbərlər

“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

18:12 18 mart 2026
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

17:30 18 mart 2026
Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?

Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?

16:49 18 mart 2026
Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə

Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə

16:00 18 mart 2026
Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

14:25 18 mart 2026
Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

14:19 18 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər