Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək

Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
30 noyabr 2020
# 18:24

Dekabrın 1-dən 4-dək Ukraynanın kurort paytaxtı sayılan Truskavetsdə Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq müsabiqəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, bu unikal müsabiqədə həm opera, həm də estrada musiqisini eyni dərəcədə uğurla ifa edən vokalçılar aşkar ediləcək, onlar Ukraynanın və dünyanın musiqi ictimaiyyətinə təqdim olunacaqlar. Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər. Onun repertuarına daxil olan “Mən göyə baxıram” adlı Ukrayna xalq mahnısı müsabiqədə hökmən ifa edilməlidir.

Müsabiqəyə 16-40 yaşlarında, musiqi üzrə ixtisas təhsili almış peşəkar müğənnilərlə bərabər, musiqi təmayüllü ali məktəblərin və kolleclərin tələbələri də qoşula bilərlər.

İştirakçılar ilkin mərhələdə qiyabi seçimdən keçiblər. Bu mərhələdə ən çox bal toplayanlar final seçiminə dəvət olunublar.

Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş Beynəlxalq Müsabiqənin mövcud olduğu illərdə bu yarışda Ukrayna, Moldova, Niderland, ABŞ, Özbəkistan, Litva və Qazaxıstandan olan vokalçılar iştirak ediblər.

Bu il iştirakçıların peşəkar səviyyəsi çox yüksəkdir: xaricdə kontrakt üzrə işləyən gənc opera müğənniləri koronavirus karantini səbəbindən Ukraynaya qayıdıblar və onlar da bu müsabiqədə iştirak edəcəklər. On beş nəfər finalçı arasında “Ölkənin səsi” teleşousunun iştirakçıları və populyar aktyorlar da var.

Epidemiyaya qarşı mübarizə tələblərinə uyğun olaraq, müsabiqə qarışıq formatda keçiriləcək: ifaçılar, münsiflər heyətinin üzvləri və prodüserlər seçim turlarında canlı iştirak edəcəklər, tamaşaçılar isə müsabiqəyə onlayn rejimdə qoşula biləcəklər. Seçim turları və qala-konsert müsabiqənin rəsmi internet səhifəsində nümayiş etdiriləcək. Efirin texniki təminatı “Truskavets-onlayn” saytına həvalə edilib.

Müsabiqənin təşkilatçıları Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Truskavets Şəhər Şurasıdır. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. AZƏRTAC bu müsabiqənin media-tərəfdaşıdır./azertag.az/

# 3847 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər