Topçu Vüsalın araq şüşəsinə həkk olunmuş şəkli

Topçu Vüsalın araq şüşəsinə həkk olunmuş şəkli
30 noyabr 2020
# 14:52

Yəqin sizin də qarşısınıza çıxıb; üstündə məşhur gənc topçumuz Vüsalın şəkli olan “Topçu” arağı, eyni zamanda üzərində “Şuşa”, “Zəngilan”, “Cəbrayıl” yazılmış araq şüşələrinin fotoları...

Əksər adamlar həmin içkilərə belə adların verilməsini pislədi.

Çoxu bunun kiminsə cibinə xidmət eləməsini önə çəkdi, bəziləri dini yöndən yanaşaraq məsələni yolverilməz saydı.

Ancaq bir məqamı unutmalı deyilik, Azərbaycan multikultural ölkədi və bu ölkədə spirtli içkilərin istehsalı və satışı qadağan deyil. Belə olduğu halda, qadağan olunmayın bir məhsulun üzərində yuxarıdakı adların təbliğ olunmasında pis nə var?

Çoxu deyir ki, işbazlar bu yolla pul qazanır, bu, Qarabağda döyüşən əsgərlərə hörmətsizlikdir. Ancaq deyilənə görə arağın üzərində şəklinin verilməsi barədə Vüsalın ailəsindən icazə alınıb, hətta məlumata görə hərbçiyə ödəniş də olunacaq.

Bu biznesdir, bəli. Özü də artıq təsdiqini tapmış biznesdir. Vüsalın həmin jestini, daha doğrusu həmin jestini əbədiləşdirən fotonu kapitala çevirmək haqqı var. Həm də burada pis heçnə yoxdur...

Unutmayaq ki, spirtli içkilər ölkədə ən çox satılan məhsullardandır. Düzdür, istehsalçılar bu bu adlardan istifadə edib pul qazanacaq. Ancaq təki onlar bu yolla pul qazansınlar. Bu ikitərəfli qazancdır. Ölkənin ən çox satılan məhsulunun adı, üz qabığı ciddi təbliğat tablosudur.

Məsələn, mənim Rasputinlə, Kutuzovla ilk tanışlığım atamın içdiyi araq şüşələrinin üzərindən olub. Sonralar onların adlarını eşidəndə təkrar maraqlanmışam, görüm bunlar kimdir, beləcə, bu gün də ağlımda qalıblar.

Bu gün həmin ideya araq istehsalçısının ağlına gəlib, patentləşdirib. Sabah bir ətir istehsalçısı da eyni fənddən istifadə edə bilər.

Demək, bu həm də təbliğat vasitəsidir.

Gəlin, cəmiyyət olaraq bu tip məsələlərə açıq olaq.

Lazımsız mühafizəkarlıq bütün sahələrə olduğu kimi biznesə də zərbədir.

P.S. Bu yazını bitirəndən sonra artıq mətbuatda daha bir xəbər yayıldı. İnsanların etirazını nəzərə alaraq ailəsi icazəsini geri götürüb. Məlumata görə Vüsal da adının araq şüşəsində olmasına etiraz edib.

Almaz

# 9328 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər