Tələbənin universitetdən qovulması haqlı qərardırmı?

Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
27 noyabr 2020
# 17:09

Yadımdadır, tələbə vaxtı akt zalında Xocalıyla bağlı konfrans keçirilmişdi. Həmin konfransda xarici universitetlərdən də iştirak edən heyət vardı.

Tədbirin bir yerində iki tələbə bərkdən güldü və o sükutda onların gülüşü apaydın seçildi.

Rektor onları nəzarətdə saxlayıb, tədbiri davam etdirdi.

Xocalıyla bağlı konfrans yekunlaşan kimi həmin iki tələbənin aqibətiylə maraqlandıq.

İkisi də qovulmuşdu.

Sonradan valideynlərin gedib-gəlməsi, yalvar-yaxarı nəticəsində hər iki tələbə əfv olundu.

Bunu niyə xatırladım?

Fikir verirəm, Bakı Dövlət Universitetində onlayn dərs vaxtı özbaşınalıq edən, müəllimi saymayan, tədrisi vecinə almayan tələbəni dəstəkləyənlər və qovulmağın doğru olmadığını deyənlər var.

Hətta şou-biznes nümayəndələrini də tələbəylə gülünc müqayisə edib qərarın səhv verilməsi haqda uzun-uzadı şərh verənlər də olmamış deyil.

Fərqi anlamaq bu qədərmi çətindir? Təhsil, tədris sənə hoqqabazlıq etmək kimi bir öhdəlik vermir. Üstəlik sənin hoqqabazlığın yalnız və yalnız tələbə dostlarının xoşuna gəlməyə yönəlib. Bizim vaxtda da bu cür tələbələr vardı, müəllimlərlə zarafat edib özlərinin azadlığını nümayişlə gözə soxanlar. Halbuki bunun adı tərbiyəsizlikdi və cəzasız qalmamalıdır. Yoxsa təhsil ocağı dərəbəylik olar. Efirlə bunu qarışdırmayaq. Sizin televizora baxmamaq kimi bir seçiminiz var. Xoşun gəlmir, söndür. Nə çox Yutub kanalı, aç birinə bax. Manısları öz dünyandan uzaqlaşdırmaq qədər asan bir şey yoxdur.

Tələbənin isə təhsili bir qırağa qoyaq, tərbiyəsi əsasdır. Onun heç bir halda, səbəb nə olur-olsun, bunu etməyə haqqı yoxdur. Bu sadəcə və sadəcə tərbiyəsizlikdir.

Kimsə deyir ki, o uşağın təhsil haqqı əlindən getdi.

Boş söhbətdir.

O cür gənclərin təhsil deyə bir dərdi yoxdu.

Bundan əminəm.

Diplom alıb işsiz qalacaq və deyəcək ki, görürsünüz də nə vəziyyətdəyəm.

Mənə görə, təhsil fərdi məsələdir. Təhsil sistemi yaxşı deyil? İnternet var, kitabxana var, dünya açıq dünyadı. Bəhanəyə yer yoxdu. Onlayn sistemə keçid də bunu sübut etdi: oxumaq istəyənin qarşısını heç nə kəsmir.

Və oxuyan tələbə heç vaxt o cür biabırçılıq eləmir. Onun dərdi öyrənmək olur.

"Hababam sınıfı" filmində yaxşı bir fikir var, deyir: "Dəcəllik ayrıdır, tərbiyəsizlik ayrı".

Təbii ki, tələbə bütün günü divar kimi olmamalı, zarafat da etməlidir, ancaq əndazəni aşmamaq şərti ilə.

Əndazəni aşmağın nəticəsi budur.

O tələbəylə fərdi söhbət etmək, onu başa salmaq da olardı.

Ancaq, məncə, bu cəza yerindədir.

Çünki o biri tələbələrə görk oldu.

Anlayacaqlar ki, artıq belə eləmək olmaz.

Cəza mübahisəli ola bilər. Buna bir şey demirəm.

Amma bəzən yolun çoxunu qət etmək üçün qaçmalısan, addımlamaqla olmur.

Yazının sonunda isə deyim ki, o tələbəni bağışlayacaqlar və ondan sonra səhvini daha yaxşı başa düşəcək.

# 6501 dəfə oxunub

Oxşar xəbərlər

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər