İnsanı yaşatmalımı?

İnsanı yaşatmalımı?
22 dekabr 2012
# 08:00

Həkimlər ümidin 5 faiz olduğunu dedilər...

O 5 faizin hər faizi üçün isə 20 min ödəmək lazım idi...

O 5 faizi dəyərləndirə bilmək üçün böyük klinikalardan birinə köçürülməliydi. Həkimləri xaricdə təhsil almış, şəraiti daha yaxşı olan klinikaya.

Ailəsi bu pulu ödəyə bilməyəcəkdi...

Qohumları topladılar, dost-tanışa səs saldılar, ümidləri gələn hər kəsdən kömək istədilər...

Nələri var satmaq istədilər... Amma pula gedəcək bir şeyləri də yox idi... Tanışlar yığılıb tez həyat yoldaşına böyrəyini sata biləcək bir nəfər tapdı...

Ərinin böyrək pulunun da üstünü düzəldib, lazım olan məbləği topladılar və sevindilər! Hələ 30 yaşı olmamış bir kişi tək böyrəyi ilə yaşayacaqdı, amma əvəzində 3 körpənin anası sağalıb ailəsinə qayıdacaqdı... valideynləri tək övladlarını itirməyəcəkdilər...

Ətrafdakı bütün insanlar onu, 25 yaşlı qadını yaşatmağa çalışırdılar...

...Ambulans küçələrdəki maşın selinin içində şütüyürdü... Yeni klinikanın qarşısına çatdılar... Son saatlarını yaşayan qadını xərəkdə xəstəxananın qapısına yaxınlaşdıranda STOP!!!

Xəstəxananın pulunu tam ödəyib qurtarmamışdılar! Hələ sənədləşmə davam edirdi...

Yaxınları narahat idi... 100 min o qədər çətinliklə toplanmışdı ki, bu müddət ərzində xəstəlik lap irəliləmişdi. Hər an sonuncu ola bilərdi... Hər an dəyərli idi...

Nəyin bahasına olursa olsun onu yaşatmağa çalışırdılar...

İnsanlığın öldüyü yerdə insanı yaşatmağa çalışırdılar...

# 3216 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #