Gənc təcüməçilərə sertifikatlar verildi

Gənc təcüməçilərə sertifikatlar verildi
20 noyabr 2020
# 18:50

Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində Dövlət Tərcümə Mərkəzi tərəfindən təşkil olunan növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, hüquq və media sahələri üzrə uğurlar əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

Mərkəzdən Kulis.az-a verilən məlumata görə, təqdimat mərasimində Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Püstə Axundova çıxış edərək turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə tədricən öz töhfəsini verdiyini bildirib. Püstə Axundova imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini də qeyd edib.

Əli Müseyib oğlu Şükrü – hüquq sahəsinə dair mətn və materialların tərcüməsi (Azərbaycan-ingilis-Azərbaycan, fars-Azərbaycan-fars);

Emin Ramiz oğlu Şirinov – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (ingilis-Azərbaycan);

Aygül Məhəmməd qızı Nəbiyeva – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (ingilis-Azərbaycan);

Səidə Nəriman qızı Nurəliyeva – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (Azərbaycan-ingilis-Azərbaycan);

Aysel Rafiq qızı Kərimli – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (Azərbaycan-rus-Azərbaycan; ispan-rus-ispan);

Türkan İlyas qızı Əhmədova – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (ispan-Azərbaycan);

Məhəmməd Zəfər oğlu Cəfərov – media sahəsinə dair mətn və materialların tərcüməsi (fars-Azərbaycan-fars);

Sevil Vaqif qızı Həsənova – media sahəsinə dair mətn və materialların tərcüməsi (Ukrayna-Azərbaycan);

Ülviyyə Nurəddin qızı Məmmədova – media sahəsinə dair mətn və materialların tərcüməsi (rus-Azərbaycan);

# 3733 dəfə oxunub

Oxşar xəbərlər

"Mən cəhənnəmə getmək istəyirəm, çünki..." - XIII əsr fransız cəngavər romanından bir hissə

"Mən cəhənnəmə getmək istəyirəm, çünki..." - XIII əsr fransız cəngavər romanından bir hissə

14:40 9 mart 2026
Məşhur türk şair vəfat etdi

Məşhur türk şair vəfat etdi

14:25 9 mart 2026
"Mənzərəyə açılan ev"  sərgisi açıldı

"Mənzərəyə açılan ev" sərgisi açıldı

14:00 9 mart 2026
"Şəhid atası... və ya Vətən adam!" - Esmira İsmayılova

"Şəhid atası... və ya Vətən adam!" - Esmira İsmayılova

13:20 9 mart 2026
IX əsrə aid kütləvi məzarda nəhəng skelet aşkarlandı

IX əsrə aid kütləvi məzarda nəhəng skelet aşkarlandı

11:30 9 mart 2026
Azərbaycanın aşıq və muğam musiqisi Londonda

Azərbaycanın aşıq və muğam musiqisi Londonda

10:45 9 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər