Laçınlı rəssam: “Torpağını öpəcəm, daşlarını qucaqlayacam” – Müsahibə

Laçınlı rəssam: “Torpağını öpəcəm, daşlarını qucaqlayacam” – Müsahibə
2 dekabr 2020
# 12:01

Kulis.az əslən laçından olan rəssam Yusif Mirzə ilə müsahibəni təqdim edir.

- Yusif müəllim, doğma rayonunuzun azad olunması münasibətilə sizi təbrik edirəm.

- Təşəkkür edirəm. Mən də xalqımızı təbrik edirəm. Cənab ali Baş komandanımıza, ordumuza təşəkkür edirəm. Şəhidlərimizə rəhmət diləyirəm.

- Hazırda keçirdiyiniz hissləri necə ifadə edərdiniz?

- Keçirdiyim hissləri həqiqətən də sözlə ifadə etmək mümkün deyil. Hər şeydən əvvəl, bu xalqımız, ölkəmiz üçün böyük qələbədir. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. O ki qaldı texniki məsələlərə - minalardan təmizlənmə, dəhlizin verilməsi, vətəndaşların ora qayıdışı – onlar da tənzimlənəcək. Bəzi jurnalistlərin fikirləri cəmiyyətdə çaşqınlıq yaradır. Biz başa düşməliyik ki, 30 il uzaq olduğumuz torpaqlara dərhal qayıda bilmərik. Səbr etmək lazımdır. Əsas odur ki, Laçın bizimdir, işğaldan azad olunub, eləcə də, işğal altında olan digər torpaqlarımız... Məncə, şəhidlərin ruhu şaddır, çünki uğrunda şəhid olduqları vətən artıq azaddır.

- Laçın qan tökülmədən alındı. Yaradıcı adam kimi bu, sizin üçün nə deməkdir?

- Düşünmürəm ki, Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən alınıb. Tökülən hər damla qan həm də bu rayonların azad olunmasına, düşmənin məğlub edilməsinə səbəb olub.

Bu üç rayonun hərbi əməliyyatlar olmadan geri alınması, ordumuzun düşməni diz çökdürməyi bahasına başa gəlib.

- Rəssam gözü ilə baxsanız, Laçınsız illərin rəngi hansıdır? Bu zolağı hansı rənglə, yaxud rənglərlə verərdiniz?

- Mənim bütün yaradıcılığım Laçınla bağlıdır. Laçın mənim bitib tükənməyən hekayətimdi. Bütün rənglərim ordan başlayır. Mən heç vaxt Laçınsız olmamışam, Laçın bizsiz olub. Laçın mənim dərdimdə, kədərimdə, nisgilimdə yaşayırdı.

- Laçınla bağlı planlarınız nədir? İlk olaraq nə edəcəksiz?

- Təkcə Laçın deyil, işğaldan azad olunmuş bütün torpaqlarımızda bərpa, quruculuq işlərində yaxından iştirak etmək istəyərdim. Əgər mənim təcrübəm, qabiliyyətimə ehtiyac olarsa, özümü xoşbəxt hiss edərəm.

- Orada yaşamağı planlayırsınızmı?

- Laçında məmnuniyyətlə yaşayaram. Görək, ömür vəfa etsə, məmnuniyyətlə yaşamaq istəyərəm. Orda yaşayar, dostlarımı ora dəvət edərdim... Göstərərdim ki, qoy hamı görsün, biz necə cənnətdən uzaq düşmüşdük və bu gün necə bir cənnəti təkrar qazanmışıq.

- Laçın deyəndə ağlınıza, gözünüzün önünə ilk nə gəlir?

- Laçın deyəndə ağlıma ilk olaraq dağlar gəlir. Ucsuz, bucaqsız gözəl dağlar... Gözlərin işlədikcə görə biləcəyin dağlar... Bir dəfə bu dağlara xeyli baxdım və bir rəssam kimi koloriti müəyyənləşdirmək istədim, sonda qərara gəldim ki, dağların koloriti gümüşüdür... Qismət olsa, gedə bilsəm, torpağını öpəcəm, bir də dağlarını, daşlarını qucaqlamaq istəyərəm, yaxın bir sirdaş kimi.

- Laçınla bağlı xüsusi əhdiniz varsa, onu da deyin, zəhmət olmasa.

- Laçınla bağlı bir sərgi arzum var. Burada onu keçirə bilməmişəm. Cəhd də eləmişdim. Yəqin qismət indiyə imiş. Ümid edirəm, artıq bunu həyata keçirə bilərəm. Hansı ki, bu sərgidə yalnız Laçına həsr etdiyim rəsmlər olacaq.

Bir də istəyərəm, Şuşaya, Laçına gedərək yenidən rəsmlər çəkim.

- Sizi bir daha təbrik edirik!

- Mən də bir daha xalqımızı təbrik edirəm.

# 2736 dəfə oxunub

Oxşar xəbərlər

Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq? - Leyla Sarabi

Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq? - Leyla Sarabi

18:03 5 may 2026
Rihannanın 1380 saatdan çox vaxt sərf edilən "Met Qala" libası

Rihannanın 1380 saatdan çox vaxt sərf edilən "Met Qala" libası

17:22 5 may 2026
"Mən başqa cür ola bilməzdim...” - Kim onu  "sənətin imperatoru" adlandırmışdı?

"Mən başqa cür ola bilməzdim...” - Kim onu "sənətin imperatoru" adlandırmışdı?

16:50 5 may 2026
Bleyk Layvli və Castin Baldoni məhkəmədə razılığa gəldilər

Bleyk Layvli və Castin Baldoni məhkəmədə razılığa gəldilər

16:25 5 may 2026
Tudor İngiltərəsinin ən çox nifrət edilən qadını əslində,  kim idi?

Tudor İngiltərəsinin ən çox nifrət edilən qadını əslində, kim idi?

14:47 5 may 2026
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə müsahibə

“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə müsahibə

14:18 5 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər