Elçin: “Qarabağ qələbəsinə heç nə kölgə sala bilməz” – Müsahibə

Elçin: “Qarabağ qələbəsinə heç nə kölgə sala bilməz” – Müsahibə
12 noyabr 2020
# 17:00

Kulis.az əslən Qarabağdan olan Xalq yazıçısı Elçinlə qələbə mövzusunda söhbəti təqdim edir.

- Elçin müəllim, Şuşanın alınma xəbərini necə eşitdiniz?

- Mirvari Dilbazi haqqında bir yazı yazmışdım, noyabrın 8-də səhər durdum, həmişəki adətim üzrə yazını mətbuata verə bilmək üçün yenidən oxumağa başladım. Elə bu vaxt həyatımın ən gözəl xəbərlərindən birini eşitdim. Cənab Prezident çıxışında Şuşanın işğaldan azad edildiyini elan elədi və mən çox həyəcanlandım. Bunu sözlə ifadə eləmək çətindir. Birdən yadıma düşdü ki, Mirvari Dilbazinin Şuşa haqqında bir şeiri var. Tez həmin şeiri tapdım, oxudum və yazıma əlavə etdim.

- Bu xəbər bizim üçün nə demək idi?

- Şuşanın azad olunmağı bizi tarix qarşısında üzüağ, başıuca elədi. Və təsadüfi deyil ki, həmin xəbərdən sonra haralı olmasındфn asılı olmayaraq, hamı şuşalıdır, hamı qarabağlıdır.

- Şübhəsiz ki, Şuşa sənət məbədlərimizdəndir. Sizcə, bu qələbə mədəniyyətimizə, ədəbiyyatımıza necə təsir göstərəcək?

- Mənə elə gəlir və mən əminəm ki, sözə həmişə ehtiyac olacaq. Torpaqlar işğal olunanda da, torpaqlar işğaldan azad olunanda da, həmişə sözə ehtiyac olub. Şübhəsiz ki, bu böyük hadisədən sonra, Qarabağ qələbəsindən sonra, Azərbaycanın torpaqlarının azad edilməsindən sonra sözün şövqü daha da artacaq, sözün həvəsi daha da artacaq, sözə bədii ehtiyac daha da artacaq və ən başlıcası, sözlə məşğul olan insanlara yeni bir ruh gələcək. Söhbət həm nəsrdən, həm dramaturgiyadan və böyük mənada götürsək, sənətdən gedir. Düşünürəm ki, Azərbaycan sənətinə tamamilə yeni bir nəfəs gələcək.

- Biz Şuşanı 21-ci əsrin ən böyük mədəniyyət mərkəzlərindən birinə çevirmək üçün nə etməliyik?

- Mən bunu həmişə demişəm, 21-ci əsr nəinki yeni bir mədəniyyətin, həm də yeni bir sivilizasiyanın başlanğıcıdır. Söhbət rəqəmsal dünyadan gedir. Rəqəmsal dünya yeni sivilizasiya yaradır və şübhəsiz ki, bu sivilizasiyada Şuşa mövzusu təkcə Azərbaycan yazıçılarının yox, ümumilikdə ədəbiyyatın mövzusuna çevriləcək. Burda çox incə bir məsələ də var; biz Şuşa haqqında təkcə özümüz üçün yazmalı, çəkməli deyilik. Biz Şuşa mövzusunu dünya ədəbiyyatı prosesinin predmetinə çevirməliyik.

- Şuşa həm də ədəbiyyatımızın mövzusu olub. Elə sizin özünüzün “Şuşaya duman gəlir” adlı maraqlı bir povestiniz var... Şübhəsiz, bu mövzuda yeni əsərlər də yaranacaqdır.

- Şuşa şəhəri həmişə ədəbiyyatımızın əsas mövzularından olub. İlyas Əfəndiyevin Qarabağ haqqında yazdığı “Geriyə baxma, qoca” və “Üçatılan” romanlarında Şuşanın və Qarabağın bütün koloriti, mənzərəsi, psixologiyası öz əksini tapıb. Təkcə “Hökmdar və qızı” pyesini və həmin pyes əsasında mənim ssenarimlə çəkilən “Hökmdarın taleyi” filmini xatırlamaq kifayətdir. Siz dediyiniz “Şuşaya duman gəlir” adlı kiçik povesti gənclik illərimdə yazmışdım və ondan sonra həmişə Şuşa əhval-ruhiyyəsi mənim içimdə olub. Vacib deyil ki, Azərbaycan yazıçısı Şuşa haqqında, Qarabağ haqqında yazsın, əsas odur ki, hamı içində o hissiyyatla, o duyğularla yaşasın.

- Elçin müəllim, rus sülhməramlılarının Qarabağa gəlməsi sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə olunur. Bəziləri düşünür ki, bu hadisə Qarabağ qələbəsinə kölgə salır. Bəs siz bu hadisəni necə dəyərləndirirsiniz?

- Bu qələbə elə bir qələbədir ki, ona heç nə kölgə sala bilməz. Cənab Prezidentin çıxışını yəqin ki, hamı izlədi və dinlədi. Orda çox incə bir məqam var idi. Prezident dedi, bu müqavilə imzalanarkən elə nüanslar oldu ki, bunu siz sonradan biləcəksiniz. Ona görə də düşünürəm ki, mənfi nəticəyə gələnlər tələsməməlidirlər.

# 4777 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər