Vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan olunub

Vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan olunub
30 oktyabr 2020
# 18:43

F.Köçərli adına Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda “Bu gün gərək hər anımız Vətən! - desin!” adlı şeir müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda doğma vətənə şeir vəsf etmə hisslərini aşılamaq və bu sahədə xüsusi istedadları tapmaqdır.

Müsabiqə 7-17 yaşda olan uşaq və yeniyetmələr arasında keçirilir. Müsabiqəyə yalnız 1 iştirakçı tərəfindən 1 şeir təqdim edilə bilər. Müəllif özü haqqında məlumatı - ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını qeyd etməlidir. Şeirlərin son qəbul tarixi noyabrın 30-da başa çatır.

Müsabiqə başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən 3 qalib seçiləcək. Digər iştirakçılara isə həvəsləndirici diplom və kitablar veriləcək.

# 7249 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər