Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"

Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
30 oktyabr 2020
# 10:27

“Bu xəstəliyə yoluxmuş biri kimi deyə bilərəm ki, COVID-19 çox dəhşətli xəstəlikdir”.

Bunu APA-ya açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.

Xalq artisti bildirib ki, hazırda ölkəmiz iki istiqamətdə mübarizə aparır: “Bir yandan ölkədə torpaqların işğaldan azad edilməsi uğrunda müharibə gedir, digər yandan isə koronavirusa yoluxmalar günü-gündən artır. Dövlətimizin fikri təbii ki, Vətən Müharibəsində olmalıdır. Lakin son günlər yoluxmaların artması göstərir ki, insanlarımız xəstəliyi ciddiyə almırlar, bu da məni bir vətəndaş kimi məyus edir. Hazırda ölkəmizdə müharibə gedir, şəhidlərimiz, yaralılarımız var. Həkimlərimiz gücünü daha çox yaralılarımızın sağaldılmasına, cəbhə bölgəsindən gələn xəstələrimizə sərf etməlidir. Ona görə də vətəndaşlarımıza məsləhətim odur ki, maska taxsınlar, gigiyena qaydalarına əməl etsinlər, kütləvi toplandıqları yerlərdə sosial məsafəni gözləsinlər, dövlətə də əlavə yük yaratmasınlar. Bu qaydalara əməl etmək çətin deyil. Pandemiya ilə mübarizə də müharibədir, şərt erməni ilə səngərdə döyüşmək deyil. Biz burda virusa yoluxmaqla həkimlərin işini artırır, dövlətin qayğısını çoxaldırıq. Halbuki bu dəqiqə dövlətin diqqəti daha çox işğal altında olan torpaqlarımızı azad etməyə yönəlib”.

Bir müddət əvvəl koronavirusa yoluxmuş, müalicədən sonra sağlığına qovuşmuş muğam ifaçısı həkimlərin xüsusi geyimlərdə çətinliklə hərəkət etdiklərini, müxtəlif məhrumiyyətlər yaşadıqlarını vurğulayıb: “Həkimlərimizin xüsusi geyimlərdə necə əziyyət çəkdiklərini gördükcə ürəyim ağrıyırdı. Bütün günü o paltarda olursan, tərləyirsən, paltar bədəninə yapışır. Baxmayaraq ki, həmin geyimdə gəzmək çətindir, amma həkimlərimiz xəstələri müalicə etmək üçün özlərini fəda edirlər. Mən bunları görən insan kimi xalqımıza səslənirəm ki, nə qədər bacarırlarsa, xəstəlikdən özlərini qorusunlar, qaydalara əməl etsinlər. Onlara görə başqaları da əziyyət çəkməsin”.

Teymurova koronavirusun dəhşətli xəstəlik olduğunu diqqətə çatdırıb: “Bu, başqa xəstəliklərə bənzəmir, elə bil bütün sümüklərin qırıq-qırıq olur, canından bezirsən. Bəzi insanlar inanmır, amma mən iki gün elə ağrılar keçirmişəm ki, o ağrılar heç bir ağrıya bənzəməz. Halbuki əməliyyat da olunmuşam, xəstəliyin nə olduğunu bilirəm, bununla belə, bu əzabı heç vaxt görməmişəm. Ona görə də üzümü xalqımıza tutub demək istəyirəm ki, nə qədər bacarırlar verilən tövsiyələrə əməl etsinlər; maska taxsınlar, dezinfeksiya etsinlər, sosial məsafə gözləsinlər”.

# 3514 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər