Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar

Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar
26 oktyabr 2020
# 16:56

Xalq yazıçısı Afaq Məsudun dünya yazıçılarına müraciəti ərəb və ukrain dillərində yayılıb.

Azərbaycan Tərcümə Mərkəzindən Kulis.az-a verilən məlumata görə, Ukraynanın “Kievinform” informasiya agentliyi, Misirin populyar “Əl-Vəsilə”, “Dmc nyus”, “Əl-Bərraq nyus”, İraqın “İraq nyus” xəbər portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun dünya yazıçılarına müraciətini ingilis, ərəb və ukrain dillərində yayıb.

Müraciətdə işğalçı Ermənistanın uzun illər boyu Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən, insani, milli, bəşəri dəyərlərin məhvinə yönəldilmiş amansız erməni terroru aktlarının bugünkü davamından bəhs edilir.

Müraciətdə deyilir: “Əziz həmkarlarım! Sizi bədii yaradıcılığın, böyük ədəbiyyatın başlıca meyarı olan İnsan və İnsanlıq naminə səsinizi ucaltmağa, uzun illər boyu Azərbaycan torpaqlarında törədilən erməni vəhşiliyinə, insani, milli, bəşəri dəyərlərin məhvinə yönələn amansız erməni terroruna “Yox!” deməyə çağırıram! Bu gün 30 ildən çox müddət ərzində işğal altında olan əzəli torpaqları uğrunda döyüşən Azərbaycan ordusuna, onun dinc əhalisini qırmaqla cavab verən məkrli erməni siyasətinin tarixi kökləri hələ ötən əsrin əvvəllərinə – torpaq və ərazi iddiasıyla on minlərlə günahsız azərbaycanlının öz torpaqlarında – şəhər və kəndlərində qətlə yetirildiyi 1905–1906-cı illərə təsadüf edir. XIX əsrin əvvəllərində Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə bağlanmış 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsinin şərtlərinə uyğun olaraq, taleyin qara yazısıyla sonralar Azərbaycana – onun İrəvan xanlığının yerləşdiyi əzəli torpaqlarına (indiki Yerevana) köçürülən, sovet rejimi dövründə həmin ərazidə özünə “Sovet Ermənistanı” dövlətini yaradan bu millətin torpaq və ərazi iddialarıyla Azərbaycanda 1918–1920-ci, 1948–1953-cü, 1988–1994-cü illərdə törətdiyi ən dəhşətli deportasiya və soyqırımlardan biri də 1992-ci ildə Azərbaycanın bütöv bir şəhərinin Yer üzündən silindiyi, qadınların, uşaqların xüsusi işgəncələrlə qətlə yetirildiyi dəhşətli Xocalı soyqırımıdır ki, həmin hadisənin davamı bu gün bütün dünyanın gözü qarşısında uzaqmənzilli raket atəşi zərbələriylə Azərbaycanın böyük şəhərlərində, kənd və rayonlarında həyata keçirilir. Yerli dinc əhali - körpələr, qadınlar, uşaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrinə atılan raketlər və ağır artilleriya zərbələri nəticəsində həyatlarını itirir. Müstəqilliyə yenicə qədəm qoyduğu mürəkkəb 90-cı illərdə ölkədə yaranmış qeyri-stabil ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək Azərbaycanın əzəli torpaqlarının bir hissəsini işğal edən, bu illər ərzində BMT-nin Azərbaycanın ərazi bütövlüyünün tanıdılmasına dair 4 qətnaməsini havadarlarına arxalanaraq saya salmadan, azərbaycanlılara qarşı çirkin etnik təmizləmə əməliyyatını həyata keçirməyə davam edən erməni vandalların heç bir çərçivəyə, insani, əxlaqi normalara sığmayan əməllərinə hüquqi və obyektiv qiymət verilməsi, dünyanın gözü qarşısında törədilən bu tarixi ədalətsizliyin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsi uğrunda haqq səsinizi ucaltmağınızı xahiş edirəm!”

Xocalıda törədilən erməni vəhşiliklərini və Gəncə hadisəsini əks etdirən şəkillər müraciətə əlavə olunub.

Gallery

Gallery

Gallery

# 3277 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər