Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunacaq

Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunacaq
22 oktyabr 2020
# 18:41

Bu ayın sonunda ölkəmizin də iştirak edəcəyi beynəlxalq musiqi festivalı keçiriləcək. Koronavirus pandemiyası səbəbindən festival onlayn şəkildə reallaşacaq.

Bu barədə Əməkdar artist, xanəndə Qoçaq Əsgərov məlumat verib.

Onun sözlərinə görə, xanəndə özü Ukraynanın təşkil etdiyi bu festivalın münsiflər heyətində təmsil olunacaq. “Münsiflər heyətinin rəhbəri “Eurovision-2004”ün qalibi Ruslanadır. Artıq bizim iştirakçılar Almaxanım Əhmədova və Kamran Məmmədovun lentə alınan ifaları festivala təqdim olunub. Azərbaycanlı iştirakçıların adı festivalda “Qarabağın təmsilçiləri” olaraq qeyd olunub. Təşkilatçılarla söhbət zamanı onlar məni qabaqladılar və bildirdilər ki, “bu yarışmada Ermənistan adlı ölkə iştirak etməyəcək”, - deyə Qoçaq Əsgərov bildirib.

Qeyd edək ki, festivalda seçilən ifaçılar gələn il Monteneqroda keçiriləcək festivala dəvət alacaqlar.

Məlumat üçün bildirək ki, sözügedən festivala Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarus, Rumıniya, Moldova, Albaniya, Latviya və digər ölkələr təmsil olunacaq. /azertag.az/

# 1787 dəfə oxunub

Oxşar xəbərlər

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

19:03 16 aprel 2024
"Coker"  filminin treyleri izlənmə rekordu qırdı - Video

"Coker" filminin treyleri izlənmə rekordu qırdı - Video

19:00 16 aprel 2024
93 yaşlı rejissor son filmini çəkəcək

93 yaşlı rejissor son filmini çəkəcək

18:50 16 aprel 2024
"Rust"  faciəsinin məhkəməsi başa çatdı - Foto

"Rust" faciəsinin məhkəməsi başa çatdı - Foto

18:30 16 aprel 2024
Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

18:00 16 aprel 2024
Sviftin mahnıları yenidən "TikTok"da

Sviftin mahnıları yenidən "TikTok"da

17:30 16 aprel 2024
# # #