Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı

Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
28 oktyabr 2020
# 17:10

Kulis.az təbrizli yazar Nadir Əzhərinin Sərdar Aminin "Şərqli atanı cəzalandıran olacaqmı?" məqaləsinə yazdığı cavabı təqdim edir.

Sərdar Aminin maraqlı məqaləsini - "Şərqli atanı cəzalandıran olacaqmı?" yazısını Kulisdə oxudum. Bu izahlı notu yazmağımın səbəbi yalnız məqaləsinin mövzusunun bir hissəsi və Orhan Pamukun “Qırmızı saçlı qadın” kitabı ilə əlaqədardır.

Sərdar Amin hekayələrin Orhan Pamukun personajları üzərindəki təsirinə işarə edərək bu suala gəlir: “tarixin və əfsanələrin həyat yolumuzu müəyyənləşdirməyə gücü çatarmı?”

Burada bu sualın bir hissəsinə alimlər tərəfindən verilmiş olan cavaba toxunacam.

“Əfsanələrin həyat yolumuzu müəyyənləşdirməyə gücü çatarmı?”

Bəli, əlbəttə əfsanə yox, amma miflər insanların həyatını və taleyini dəyişdirə bilər. Bu, mifologiya anlayışları ilə əlaqədardır.

Bu məsələyə aydınlıq gətirmək üçün 2010-cu ildə Təbrizdəki “Aftab Azarbayjan” jurnalında "Nasir Manzuri"nin "Avava" romanı haqqında yazdığım Mifik tənqidlərimdən bir hissəsini sitat gətirirəm:

“…Mif tarix şəklində olduqda zəifləyir”.

Bəzi mifoloqlar müxtəlif dövrlərin miflərinin bir-birinə bənzədiklərinə inanırlar. Həm də bu miflərin ümumiyyətlə insanın şüuraltının təzahürü olduğunu düşünürlər. Mifoloqlar inanırlar ki, insanlar mif yaratmaq gücünü itirərlərsə, varlıqları daxili yaradıcılıq gücündən boşalacaqdır. Onlara görə mif və rəmzlərdəki "xəyali gerçəklik"lə əlaqəmiz bizə məhsuldar bir daxili həyat verir...

1. Mifdə müxtəlif motivlər və "qədim naxışlar" vardır, məsələn: "axtarış", "qurban", "ağac", "su", "günəş", "ay" və ...

2. Mifologiyada diqqət tələb edən bir növ "xəyali gerçəklik" mövcuddur. Mifologiyadakı həqiqət, hekayənin özü deyil; Mifologiyadakı reallıq hekayənin mahiyyətini təşkil edir.

Bu vəziyyətdə "illuziya" ilə "xəyali gerçəklik" arasında bir fərq olduğu deyilir. "Xəyali gerçəklik" bir çox hadisəyə səbəb ola bilər. "Xəyali gerçəklik" xüsusi əhəmiyyət kəsb edir. "Xəyali gerçəklik" insanların sosial, mədəni və hətta siyasi davranışında həlledici rol oynayır.

"Xəyali gerçəklik" gücünün tarixi nümunələrindən biri İngiltərədəki 1640-cı il hadisələri ilə əlaqədardır.
O dövrdə İngiltərə əkinçilikdə lider idi. Ticarət İngiltərədə inkişaf etdi, eyni zamanda İngiltərə ağır və qanlı şiddət yaşadı.

Hadisələrin açıq bir maddi səbəbi yox idi və dini səbəblərdən meydana gəldi. İngilis cəmiyyətinin xəyalları İngiltərə hökumətinə qarşı üsyana səbəb oldu.

"Xəyali gerçəklik"in gücünə inanan alimlər, bir millətin xəyal gücü üsyan etdikdə, o millətin hər şeyi qurban verdiyini söyləyirlər. Bu qurban bütün maddi şeyləri də əhatə edə bilər. Millət bunu yalnız inancına görə edir!”.

Əlavə etməliyəm ki, iyirminci əsrdə bu, bəzi xalqların tarixində baş verdi. Dəhşətli nəticələri olan hadisələr!

"Xəyali gerçəklik" şəklində ifadə edilən bu, Orhan Pamukun “Qırmızı saçlı qadın” romanında bəhs etdiyi mövzunun əhəmiyyətini göstərmirmi?

# 5688 dəfə oxunub

Oxşar xəbərlər

“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər