Kukla Teatrında uşaqlar üçün tamaşa

Kukla Teatrında uşaqlar üçün tamaşa
16 oktyabr 2020
# 16:29

Oktyabrın 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Şəngülüm, Məngülüm” tamaşası nümayiş ediləcək.

Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verib. Quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahan olan tamaşanın ifaçısı Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevadır.

Azərbaycan xalq nağılı “Ana keçinin intiqamı” əsasında “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema yazan Mikayıl Müşfiq böyük və zəngin poeziyasında balacalara da yer verdi. Onun məktəb şeirlərini əzbər bilən, poetikasına yaxından bələd olanlar bilir ki, şairin zərif duyumu, hadisələrə humanist baxışı bu poemada özünün ən gözəl izlərini buraxıb.

Kuklaçılar da hər kəsin az qala əzbər bildiyi mübariz ana keçinin nağılına bu dəfə müəyyən ixtisarlarla, birhissəli monotamaşa kimi yanaşdı və göstərdi ki, bir aktyorun ifasında, eyni zamanda, bir neçə obrazı canlandırıb ifadə etmək olar.

Tamaşanın mahnı mətnləri də Mikayıl Müşfiqin uşaq şeirləri və eyniadlı poemasından seçilib. Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar çıxış edir. Onu da qeyd edək ki, bu əsər teatrda əvvəllər də tamaşaya qoyulub. Bu dəfə monotamaşa üslubunda ərsəyə gətiriləcək səhnə işində Keçinin balalarından biri - Şüngülüm ixtisar edilib.

# 4923 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər