Şuşa qalasına həsr olunmuş virtual sərgi açıldı

Şuşa qalasına həsr olunmuş virtual sərgi açıldı
14 oktyabr 2020
# 18:52

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 12-də tanınmış rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun Şuşa qalasına həsr olunmuş virtual sərgisi açılıb.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, ordumuzun tarixi ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrə ithaf edilən sərgi eyni zamanda Ermənistanın işğalı altındakı doğma torpaqlarımızda maddi-mədəni irsimizi ictimaiyyətin diqqətinə yenidən çatdırmaq məqsədilə daşıyır.

Ekspozisiyada Elturan Avalovun bir vaxtlar küçələrində gəzib-dolaşdığı Şuşa şəhərinin evlərini, məhəllələrini, tarixi məscid və meydanlarını təsvir etdiyi qrafik işləri nümayiş olunur. Rəssamın kağız və tuşla müxtəlif illərdə çəkdiyi qədim Şuşanın mənzərələri virtual sərginin izləyiciləri tərəfindən böyük maraqla qarşılanır.

Tamaşaçı bir anlıq muğam-sənət beşiyinin “Turşsu qalereyası”, “Torpaq meydanı”, “Xan Şuşinskinin evi”, “Çuxur məhəlləsi”, “Süleyman Ələsgərovun evi”, “Seyidli məhəlləsi”, “Xoca Mərcanlı” və “Hacı Yusifli” məhəllələrinin, “Aşağı Gövhər Ağa məscidi” və ətraf məhəllələr, “Tacir Məşədi Tağının evi”, “Gəncə darvazası” kimi qrafik əsərlərə köçmüş keçmişini vərəqləyir. İzlədikcə düşmən tapdağında gözü yolda qalan mədəni irsimizin sanki harayını eşidirik.

Sərgilənən əsərlərin hər birində Qarabağ memarlığı, Şuşa elitasının yaşam tərzi, mədəni və etnoqrafik zənginliyinin şahidi olursan. Yaşayış binalarının möhtəşəm estetik interyeri, hətta bulaqların belə bir memarlıq əsəri olduğunu gördükcə maddi mədəni irsimizə göz dikən barbar ermənilərin nədən bu torpaqlardan bərk yapışdığı bəlli olur.

Virtual sərgiyə çoxsaylı rəylər də yazılıb. Rəylərdə Ordumuzun qələbə qazanacağına, bütün torpaqlarımızın işğaldan azad olunacağına böyük inam ifadə olunub.

# 4513 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər