“Rusiya əhalisinin 10 faizi qaçqın düşsə nə edərsiniz?” – Çingiz Abdullayevdən sərt açıqlama

“Rusiya əhalisinin 10 faizi qaçqın düşsə nə edərsiniz?” – Çingiz Abdullayevdən sərt açıqlama
14 oktyabr 2020
# 16:49

“Azərbaycan xalqı daha bir otuz il doğma torpaqları olmadan yaşaya bilməz.”

Bu sözləri “Rossiya-1” kanalının “60 dəqiqə” proqramında çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev söyləyib. O, daha sonra əlavə edib:

“Biz düz otuz il sülh tərəfdarı olduq. Ta ki, Paşinyan “Qarabağ Ermənistandır, nöqtə!” sözlərini deyənə qədər. Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Əhalimizin on faizi qaçqın düşüb. Bu faizi Rusiya ilə müqayisə etsək, Rusiya əhalisinin 10 faizi 15 milyon əhali edəcək. Siz indi təsəvvür edirsiniz ki, əhalinizin 15 milyonu qaçqın olsa, sizin ölkədə vəziyyət necə ola bilər? Buna görə də bizim, bu insanların situasiyasını başa düşün. 10 milyon əhalimizin bir milyonu məcburi köçkün düşüb. Sizin indi adını çəkdiyiniz şəhərlər, qəsəbələr mənim vətənimdir. İndi hər şey mənim vətənimdə, torpağımda baş verir. Biz burda sizinlə danışdığımız zaman və demək olar ki, hər gün orada kimsə həlak olur. Hər gün orada insanlar həlak olur. Bu dəhşətlidir.”

Daha sonra o, oktyabrın 11-də Gəncə şəhərində yaşayış binasının bombalanmasından da danışıb.

“Bizim ikinci böyük şəhərimiz olan Gəncəni vurublar. Halbuki, müharibə Gəncədən xeyli uzaq ərazilərdə gedir. Bu gün mənə dedilər ki, Gəncədəki yaralıların sayı 50 nəfərə çatıb. Bir daha təkrar edirəm, müharibə bizim ərazilərimizdə gedir. Qarabağda olan məscidlərimiz məhv edilib. Eləcə də, yeddi rayonun ərazisində olan məscidlərimizi dağıdıblar. Niyə heç kim Azərbaycanda inşa edilən yüzlərlə kilsə haqqında heç nə demir. Azərbaycanda hər kəs dostluq şəraitində yaşayır. Uzun illik danışıqlar onu göstərdi ki, ermənilər danışıqlara yox, yeni yeraltı istehkamlar yaradaraq onları möhkəmləndirməklə məşğul olublar, nəinki sülh barədə düşünməklə. Onlar qəsdən, düşüncəli şəkildə danışıqları məhv etdilər”.

# 4439 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər