Gəncədə baş verənlərə kor qalan dünya

Gəncədə baş verənlərə kor qalan dünya
12 oktyabr 2020
# 11:55

Dünya heç vaxt məzlumun yanında olmayıb. Açın, tarixi vərəqləyin.

Dünya heç yerdə ədaləti bərpa etməyib. Sən öz ədalətinin arxasınca özün getməsən, heç kim bunu etməyəcək. Heç bir ölkənin müqəddəratını başqaları həll etmir.

Biz güclü olmalıyıq. Çünki dünya zəifin yox, güclünün yanındadır. Elə olmasaydı, Xocalıya görə çoxdan erməniləri o torpaqlardan çıxarardı. Demək, onların vecinə deyil.

Gəncədə baş verənlər də heç kəsin vecinə olmayacaq. Nə qədər səsimizi ucaltsaq da, xeyri yoxdur.

Bizim özümüzdən başqa heç kimimiz yoxdur.

İstər inanın, istər inanmayın, dediyim həqiqətdir. Əgər bir balaca araşdırma aparsanız, görərsiniz ki, dünya heç vaxt məzlumun yanında olmayıb.

Afrikada olanlara dünya göz yummadımı?

Çində uyğurlara olan hücumlara dünya susmadımı?

O boyda Xocalını görüb, yenə də işğalçını dəstəkləyən ölkələr olmadımı?

Mən anlayıram, Gəncədə baş verənləri dünya görməlidir, bunun üçün müxtəlif dillərdə paylaşımlar etmək vacibdir.

Amma və lakin, dünya gözünü yumubsa, nə etməli?

Onlar həqiqəti bilə-bilə susurlarsa, biz də sakitcə onların qərarını gözləməliyik?

Həmişə haqdan-ədalətdən, sülhdən, insan sevgisindən bəhs edən dünya üçün əmin olun ki, bütün bunların heç bir əhəmiyyəti yoxdur.

Gallery

Xəritəni qabağınıza qoyun və düşünün, dünyada sözü keçən ölkələr qabaqcıldır və onların dediyi həqiqətdir.

Onlardan kənar hər şey boş və mənasızdır.

Məzlum və zəif dünyaya sadəcə ədəbiyyatda, kinoda lazımdır.

Dünya güclünün yanındadır.

Dünya güclünü sevir.

Onlar zəifləri sadəcə öz güclərini göstərmək üçün sevərlər.

Ona görə də dünyadan, başqa böyük dövlətlərdən nəsə gözləməyə dəyməz.

Onlar onsuz da hər şeyi yaxşı başa düşürlər.

Biz bu savaşda təkik.

Tarixən tək olmuşuq.

İndi də elədir.

Dünyadan qayğı gözləmək yerinə müqəddaratımızı özümüz təyin etməliyik.

Bizim bu dəqiqə özümüzdən başqa kiməsə güvənimiz olmamalıdır.

Artıq vaxtı yetişib.

Ya özümüz qabağa düşüb bu bəlalardan xilas olacağıq, ya da dünyadan kömək uma-uma gözümüzdə həsrət gözləyə-gözləyə qalacağıq.

Bircə yol var: dünyaya güclü olduğumuzu göstərmək!

Vəssalam.

Ondan sonra qapanmış gözlər açılacaq.

Və görəcək ki, biz haqlıymışıq.

# 6181 dəfə oxunub

Oxşar xəbərlər

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər