Erməni qadınla paxlava davası edənlər

Erməni qadınla paxlava davası edənlər
8 oktyabr 2020
# 12:40

İşğaldan azad olunan ərazimizdən təxliyə olunan erməni qadın Aznif Baqdasaryanın Bakıya gətirilməsi sosial şəbəkələrdə bəzi insanlar tərəfindən narazılıqla qarşılandı. Xüsusilə həmcinslərimin erməni qadına reaksiyası daha sərtdir.

Ürəyimiz yansa da, düşmənlə üz-üzə gəlmək, onu öz torpağımızda görmək bizə əzab vermiş olsa da, bu cür reaksiyaların bir işə yaramadığını düşünürəm. Sosial şəbəkələri bürüyən narazılıq dalğası, sentimental şərhlər, erməni qadının ünvanına səsləndirilən nalayiq və aqressiv çıxışlar beynəlxalq aləmdə yaydıqları yalanların miqyasını genişləndirməkdə ermənilərin istifadə edəcəyi materiala çevrilir.

Aznif hərbiçi də ola bilər, hərçənd, bunu tam sübut edən fakt da yoxdur. onun feyzbuk profilində hərbi geyimdə erməni əsgərlər ilə çəkdirdiyi fotolar hələ onun erməni hərbi qulluqçusu olduğunu deməyə əsas vermir. Bizim də bir çox vətənpərvər vətəndaşlarımız hərbi geyimlərdə cəbhə bölgələrində fotolar çəkdirir. Hərbi forma geyinmək hələ hərbiçi olmaqdan xəbər vermir.

Uzaq başı Aznif hərbi hissədə aşpaz və yaxud başqa istiqamətdə ordusuna “xidmət” edən bir erməni qadını ola bilər.

İstənilən halda əsirdir və qadındır.

Amma hər şeydən əvvəl o, bizim sübutumuzdur. Dünyaya bizi terrorçu kimi tanıtmağa çalışan Paşinyanı ifşa etmək üçün dəlildir. Azərbaycan əsgərinin qadına, uşağa güllə atmadığının qarantıdır.

Əsirlikdən qayıdan qadınlarımızın danışdığı tükürpədici hadisələr mənim də yadımdan çıxmayıb.

92-ci ildə ermənilərə əsir düşən Dürdanənin başına gətirilən dəhşətlərin hər fraqmenti yaddaşıma həkk olunub. Bizim içimizdə ona qarşı hər hansı bir mərhəmət hissinin olmasından söhbət gedə bilməz. Amma biz əsirlə, o, hərbi əsir olsa belə, beynəlxalq qaydalara uyğun davranmalıyıq.

Çünki dövlət saxladığı hərbi əsirlərə davranışa görə məsuliyyət daşıyır. Onu kütlənin qəzəbindən qorumaq kimi bir məsuliyyəti var.

Axı bizim əsgərlər dövlət əsgərləridir, peşəkardır, ermənilər kimi cinayətkar qruplaşma deyil.

Qadınlarımızı ən çox narahat edən məsələ erməni qadının Bakıda paxlavaya, qutaba qonaq edilməsidir. Haqlı tərəf olduğumuzu az qala dünyaya sübut etdiyimiz bir məqamda Azərbaycan xanımlarının əsir haqqında “öldürülsün” fətvası verməsi zəiflik əlamətidir.

Yəni bu boyda qələbə xəbərlərinin içində ilişib qaldığımız şey çox primitiv deyilmi?

Halbuki Aznifin dilindən çıxan bu sözlər daha əhəmiyyətli mesaj idi dünyaya. Aznif deyir:

“Bomba zərbəsi zamanı huşumu itirmişdim, ayılanda gördüm ki, təkcəyəm, heç kim qalmayıb. 3 sutka ərzində mağazada kimsəsiz, tək qaldım. Məni hər zaman qorxudurdular ki, azərbaycanlıların əlinə düşsəm, öldürüləcəyəm. Ona görə qorxurdum. Ancaq tam əksinə oldu, mənimlə çox yaxşı rəftar etdilər”.

Üstəlik bu sözləri çox rahat şəkildə söyləyir. Çünki ona öz xalqını pisləməsi üçün heç bir təzyiq olunmur. Bu, çox əhəmiyyətli məqamdır.

Belə məqamlarda soyuqqanlı olmaqla, bizdən daha ağıllı olan və hər şeyi həm yer üzündən, həm də kosmosdan dəqiqliklə görən qalib dövlətimizə güvənməklə vətəndaş məsuliyyətinə əməl etmiş oluruq.

# 10289 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər