news-inner
clock09:02 calendar-gray 06 Oktyabr 2020 view-gray736 dəfə oxunub
view-gray736 dəfə oxunub

Evində qətlə yetirilən müdir - Şəhla Nihanın hekayəsi

Kulis.az "Hekayə günü"ndə Şəhla Nihanın "Etiraf" hekayəsini təqdim edir.

Zərgərlik məmulatları satılan mağazanın sahibi müəmmalı şəkildə öz mənzilində qətlə yetirilmişdi. Hadisənin üstündən bir neçə həftə keçməsinə baxmayaraq hələlik işıq ucu görünmürdü.


Mağaza müəyyən müddətə bağlanmış, işçilər hamısı dindirilmiş, bir neçə nəfər koordinatlarını istintaq orqanlarına bildirmək şərtilə yeni iş yerinə keçmişdilər.


Neçə gün idi fikirli gəzirdi. Daxili narahatlığı get-gedə artırdı. Əldə edilən hər yeni məlumat işləri açmaq əvəzinə sanki daha da dolaşdırırdı. Kələfin ucu ələ keçmirdi ki, keçmirdi. Məşuqə məsələsi hər şeyi bir az da qəlizləşdirmişdi. Bu yeni sima haradan peyda oldu axı?...


İşdən çıxıb yorğun-arğın evə dönürdü ki, mobil telefonun xatırlatmalar bölümünün qısa səsli siqnalı bu günün əlamətdar tarix olduğunu yadına saldı – evliliklərinin 20 illiyi. Xanımına nəsə almalı idi. Gül dəstəsi ilə canını qurtara bilməyəcəkdi. Restorana gedib dəm-dəsgahla bu tarixi qeyd etməyə həvəsi yox idi, çox yorulmuşdu. Yolunun üstündəki zərgər dükanına baş çəkməyi qərara aldı. Yanında kifayət qədər məbləğ olmasa da gedib evdən gətirə bilərdi, yaxınlıqda yaşayırdı, əsas olan müvafiq zinət əşyasının seçilməsi idi.


Mağazada gülərüzlü cavan satıcı qız diqqətini cəlb etdi. Üzü tanış gəldi ona. Ona yaxınlaşıb harada gördüyünü xatırlamağa çalışdı. Qız baxışlarını yayındırıb soruşdu:


- Kömək edə bilərəm? Sizə nə lazımdır?


Əlbəttə! Məhz səs onun kimliyini büruzə verdi. Həmin o sahibi öldürülən mağazanın işçisi idi, bura keçmişdi. Saçlarını qısa vurdurub rənglədiyindən tanıya bilməmişdi onu.


Nəyisə yadına sala bilməyəndə çox narahat olurdu. Məqsədini anlatdı. Qız kataloqu açıb onun qarşısına qoydu. O, həyat yoldaşı üçün almaq istədiyi sancağı seçib göstərdi. Tərslikdən bəyəndiyi model mağazada yox idi. Sifariş etdi. Amma sifarişin şəhərə gətirilməsi bir neçə gün çəkəcəkdi, ona isə hədiyyə bu günə lazım idi. Onda satıcı qız belə bir təklif etdi:


- O biri mağazamızda məhz sizin seçdiyiniz olmasa da, ona oxşar model var. Mən indi onlarla əlaqə saxlayaram, çatdırarlar onu bura. Təxminən bir saata sancaq məndə olacaq.


- Bir saat gözləyə bilmərəm burda. Həm də evə gedib pul gətirməliyəm. Gedim, sonra qayıdaram.


- Gözləmək lazım deyil, evə gedib qayıtmaq da həmçinin. Mən şəklini çəkib sizə göndərərəm. Əgər bəyənsəniz, elə bu axşam kuryer sizin ünvana çatdırar. Çox güman, bəyənəcəksiniz. Sizin seçdiyiniz modelin tam oxşarıdır, demək olar.


Razılaşdılar. Qıza təşəkkürünü bildirib mağazanı tərk etdi. Evə çatıb rahatlandı və telefonuna nəzər saldı. Doğrudan da modelin şəkli göndərilmişdi. Bəyəndi, “sancağı gözləyirəm” yazıb, bir də minnətdarlıq bildirdi. Telefonu əlindən qoymaq istəyirdi ki, bir şey diqqətini cəlb etdi. Niyə sancaq qutusundan çıxarılmış və kağız parçasının üzərində təsviri alınmışdı? Kağız yazılı idi. Yazıları böyüdüb oxumağa başladı:


“Mən xoşbəxt olmalıydım. Ailə qurmağa hazırlaşırdım. O qədər arzu-diləyim vardı ki...


Müdirimiz harınlaşmış quduzun biriydi. Məni başqalarından ayırardı həmişə. Ən çox işləyən də mən olardum, ən çox danlanan da. Yeri gəldi-gəlmədi iradlar, təhqir, tənə...


Xaricə səfəri vardı. Gedəndə məni öz yerinə qoyacaqdı, müvəqqəti onu əvəz edəcəkdim. Çox bahalı prestijli modelləri evində, seyfdə saxlardı. O malların öz müştərisi vardı. Səfərinə az qalmış bir gün mənə zəng edib dedi ki, həmin zinət əşyalarından birini istəyən var, amma onun başı səfər tədarükünə qarışdığından işə gələ bilmir, mən evə dəyib modeli ondan götürməliyəm. Sonra guya taksi də sifariş edəcəkdi, məni həmin qiymətli əşya ilə mağazaya çatdırmaqçun. Onun tək yaşadığı mənzilə getməliydim. Getmək istəmirdim, məcbur etdi...


... Özümü müdafiə etmək üçün başqa yol tapmadım. Hər şey gözlənilmədən oldu, ani... yuxudaydım sanki...
Mənim də arzularım vardı. Mən xoşbəxt olmalıydım...”

news-inner-user

16836 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020