Kitab satan uşaqlar, Madagiz qələbəsi və dalğalanan Bakı

Kitab satan uşaqlar, Madagiz qələbəsi və dalğalanan Bakı
2 oktyabr 2020
# 10:55

Ölkə olaraq, paytaxt Bakı olaraq hərə bir nəfər kimi cəbhə xəbərləri ilə, Qarabağla yatıb durur. Hamımızın qulağı Qarabağdan darı dəlir. Hər yer göy, qırmızı, yaşıl rənglərə bürünüb. Getdiyimiz küçələrdə, prospektlərdə, marketlərdə, binalarda, ofislərdə, bir sözlə gedə biləcəyimiz hər yerdə Azərbaycan bayraqlarını görürük.

30 yaşım var, bu yaşa qədər bizim xalqı belə həmrəy, birlik içində görməmişdim. Cəmiyyət olaraq nə qədər qüsurlarımız, problemlərimiz olsa da yumruq kimi birləşmişik. Hərdən Bakı mənə dalğalanan dəniz kimi görünür. Gah gur dalğalanır, gah sükuta qərq olur.

Sanki 90-lar geri qayıdıb, ancaq bir neçə fərqlə. O dövrdəki çətinliklər, ordudakı əskikliklər indi gözə çarpmır. İnsanlar indi daha çox inanırlar, qələbə intizarı ilə günlərini geridə qoyurlar.

Dünən gecə futbol üzrə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” Polşada “Legiya”nı darmadağın elədi. Mesaj verdi ki, hər iki cəbhədə də qələbə bizimdir. Taleyin xoş təsadüfünə bax ki, “Qarabağ” qələbə qazandığı vaxtda əsgərlərimiz də Madagiz ətrafındakı hakim yüksəklikləri azad etdi. İndi Cəbrayıl-Füzuli istiqamətində irəliləyir. Hər addım qələbəyə bizi daha da yaxınlaşdırır.

Ötən gün avtobusla işə gedirdim. Başımın üstündə dayanan iki qadın yol boyu cəbhə barəsində söhbət apardılar. İçimdə dedim, bir azdan söhbəti məişət mövzusuna çevirəcəklər. Di gəl, əsgərlərin hünərindən, igidliyindən bəh-bəhlə danışır, xeyir-dua verirdilər. Taa mən avtobusdan düşənəcən. Mən düşəndə də söhbət davam edirdi.

Yaşadığım məhəllədəki uşaqlar isə kitablarını satırdılar. Soruşdum, niyə satırsız, dedilər, puluna corab alacağıq. Dedim, analarınız, atalarınız bundan xəbərdardır, dedilər, əlbəttə.

Uşaqlar öz gücləri hesabına türklər demiş, “çorbada benim de tuzum olsun” deyirlər.

Dərd eyni olanda adamlar birləşir!

Küçədə, avtobusda, marketdə rastlaşdığım adamların üzündə əvvəlki miskin, üzgün ifadələr görmürəm.

Hamının üzündə eyni ifadə var: qürur və sevinc!

# 4961 dəfə oxunub

Oxşar xəbərlər

3800 il əvvələ aid şəhər tapıldı -  İnsanlar quraqlıqda necə sağ qalıblar?

3800 il əvvələ aid şəhər tapıldı - İnsanlar quraqlıqda necə sağ qalıblar?

18:40 12 sentyabr 2025
Xalq artisti  palataya köçürüldü

Xalq artisti palataya köçürüldü

18:30 12 sentyabr 2025
"Formula -1"in Bakı konsertlərinin keçiriləcəyi tarix açıqlandı

"Formula -1"in Bakı konsertlərinin keçiriləcəyi tarix açıqlandı

17:50 12 sentyabr 2025
"Giorgio Armani" brendi kimə miras qaldı?

"Giorgio Armani" brendi kimə miras qaldı?

17:30 12 sentyabr 2025
"South Park"-ın Çarli Körkü hədəfə alan seriyası silinib

"South Park"-ın Çarli Körkü hədəfə alan seriyası silinib

17:00 12 sentyabr 2025
Bakıda K-Pop musiqi festivalı keçirildi

Bakıda K-Pop musiqi festivalı keçirildi

16:30 12 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər