Mir Cəlal Paşayevin məqaləsi Milli Kitabxanaya gətirilib

Mir Cəlal Paşayevin məqaləsi Milli Kitabxanaya gətirilib
28 sentyabr 2020
# 11:21

Bu gün Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və publisist Mir Cəlal Paşayevin xatirə günüdür.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim və istedadlı publisist olan Mir Cəlal Paşayev sovet rejimi dövründə yaşayıb yaratmış elə müdrik müəlliflər sırasına daxildir ki, bu gün onun ədəbi-tənqidi yazılarının altından yazıldığı tarixi götürsən, həmin materialların elə bu gün yazıldığını zənn etmək olar.

Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlmiş və 20 yaşında gənc ikən ilk ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərini 1928-ci ildə yazaraq Dağıstanın Maxaçqala şəhərində nəşr olunan “Maarif yolu” jurnalında dərc etdirib. 20 yaşında bir gəncin bu mövzuda ədəbiyyatşünas alimlər səviyyəsində elmi-tədqiqat əsəri yazması, onun gələcəyin böyük ədəbiyyatşünas alimi olacağından xəbər verirdi. Jurnalın iki nömrəsində dərc olunan bu materialı oxuduqca, Darülmüəllimini bitirib yenicə kənd məktəbində müəllimliyə başlayan gəncin biliyinə, mütaliə səviyyəsinə və ədəbi əsərlərin təhlili baxımından görkəmli ədəbiyyatşünas-alimlərlə bir sırada dura biləcək təxəyyülünə heyran qalmaya bilmirsən.

İstedadlı alimin bu ilk ən sanballı ədəbi-tənqidi qələm təcrübəsi uzun müddət Azərbaycan ədəbiyyatşünaslarının, tədqiqatçıların diqqətindən kənarda qalmışdır və bəlkə də bunun əsas səbəbi hər hansı bir məsuliyyətsiz oxucunun Milli Kitabxananın arxiv fondunda mühafizə olunan “Maarif yolu” jurnalının 1928-ci il 10-12-ci nömrələrindən həmin məqaləni 50 il bundan əvvəl cırıb götürməsi olmuşdur. Təəssüflər olsun ki, həmin jurnalın 10-12-ci nömrəsi onun çap olunduğu Dağıstanın Milli Kitabxanasında da qalmayıb.

Bu səbəbdən də Azərbaycan Milli Kitabxanasının 2018-ci ildə Mir Cəlal müəllimin ədəbi tənqidi əsərlərinin toplusunu çapa hazırladığı zaman respublikamızın kitabxana və arxivlərində apardığı axtarışların nəticə verməməsindən sonra, Dağıstan Milli Kitabxanasına və Moskvaya Rusiya Dövlət Kitabxanasına verdiyi sorğuya da “Təəssüf ki, “Maarif yolu” jurnalının həmin nömrəsi kitabxanamızın fondunda yoxdur” cavabı alınmışdır.

Milli Kitabxanadan Azərtac-a bildirilib ki, bu ilin əvvəllərində kitabxananın direktoru professor Kərim Tahirov Moskva şəhərində ezamiyyətdə olarkən Rusiya Dövlət Kitabxanasında bir daha ciddi axtarışlarını davam etdirərək “Maarif yolu” jurnalının həmin nömrəsinin bu kitabxananın arxiv fondunda mövcud olduğunu müəyyənləşdirib. Rusiya Dövlət Kitabxanasının direktoru Vadim Valeryeviç Dudanın köməkliyi ilə professor Mir Cəlal Paşayevin 20 yaşında olarkən yazdığı və onun gələcəyin parlaq bir ədəbiyyatşünas-alimi olacağından xəbər verən ilk sanballı ədəbi-tənqidi təcrübəsi olan “Ədəbiyyatda romantizm” məqaləsi Azərbaycana gətirilərək Milli Kitabxanamızın arxiv fonduna daxil edilmiş və tədqiqatçıların ixtiyarına verilib.

Mir Cəlal müəllimin xatirə günü ərəfəsində görkəmli ədibin “Ədəbiyyatda romantizm” məqaləsinin tam mətni elektronlaşdırılaraq Milli Kitabxananın saytının (anl.az) “Elektron kataloq və elektron kitabxana” bölməsində yerləşdirilib və əsərin orijinalı ilə Milli Kitabxananın Azərbaycan Ədəbiyyatının Arxivi Fondunda tanış olmaq mümkündür.

# 3217 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər