Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi

Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi
26 sentyabr 2020
# 10:02

25 sentyabr tarixində Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası (Washington International Piano Arts Council - WIPAC) və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və ABŞ-dakı Səfirliyinin dəstəyi ilə bəstəkar, milli operanın banisi Üzeyir Hacıbəyovun anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, Şuranın İdarə heyətinin üzvü və təsisçisi Şato Qardeki dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında məlumat verib, eləcə də Azərbaycan Respublikasının Dövlət himnin müəlliflərindən biri olduğunu qeyd edib. Daha sonra çıxış edən Səfirliyin müşaviri Orxan Zeynalov tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. O.Zeynalov ABŞ-da Azərbaycanın Qarabağ bölgəsində doğulmuş tanınmış bəstəkar Ü.Hacıbəyova həsr olunmuş belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verməsindən bəhs edib və Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının rolunu mədəni diplomatiyanın inkişafında xüsusi rolunu vurğulayıb.

Tədbirdə Marina Şinko (soprano) və Frenk Konlonun (pianoçu) ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun şairimiz Nizami Gəncəvinin şeirinə bəstələnmiş “Sevgili Canan” əsəri və “Koroğlu” operasından Uvertura, həmçinin tanınmış dünya bəstəkarlarının ifaları səsləndirilib.

Qeyd edək ki, Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası Azərbaycan Dillər Universiteti və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi ilə 2017-ci ildən əməkdaşlıq edir. Eyni zamanda 2019-cu ildə Vaşinqton şəhərində Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının təşkilatçılığı ilə şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib və Nəsiminin “Sığmazam” fəlsəfi qəzəlinə amerikalı bəstəkar Endryu Çelentano musiqi bəstələyib.

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər