"Qəlbimin palitrası"ı təqdim olunacaq

"Qəlbimin palitrası"ı təqdim olunacaq
23 sentyabr 2020
# 18:51

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq.

Kulis.az xəbər verir ki, oktyabrın 6-da saat 12:00-da Xətai Sənət Mərkəzində reallaşacaq tədbirin pandemiya səbəbindən müəyyən qaydalara əməl etməklə keçirilməsi nəzərdə tutulur.

Tədbirə giriş qeydiyyatladır.

Tədbirdə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümünə daxil olub və ya birbaşa https://xsm.az/site/telmanabbasov/ linkində “Qəlbimin palitrası” afişasına toxunmaqla, özü haqqında qısa məlumatı (ad, soyad, əlaqə nömrəsi və email adresi) yerləşdirməklə qeydiyyatdan keçə bilərlər.

Telman Abbasovun şeirlər kitabını müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq, həmçinin rəssamın bir əsərinə sahib olmaq üçün şans biletini əldə etmək istəyən hər kəs tədbirdə iştirak edə bilər.

Sərgi 3 gün davam edəcək.

# 3993 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər