news-inner
clock08:59 calendar-gray 09 Sentyabr 2020 view-gray3743 dəfə oxunub
view-gray3743 dəfə oxunub

Ulduzların fotoqrafı Niko: “Aygün Kazımovanın yanında biabır oldum” – Müsahibə

Kulis.az-ın “Ulduzlu çərşənbə” rubrikasının qonağı ulduzların fotoqrafı Nahid (Niko) Abbasovdur.

- Niko, söhbətimizə klassik sualla başlayacam. Fotoqraf hekayən necə başladı?

- Əslində, fotoqraf olmağı heç vaxt xəyal etməmişdim. Fikrimdə, arzumda olmayan bir şey olub. Mənim bu sahəyə gəlməyim tamamilə təsadüf nəticəsində baş verib. Hər şey evlilik əvvəli özüm üçün çəkilən “Love History” ilə başladı. Ondan sonra fotolardan təsirləndim və özümə bir fotoaparat aldım. İlk vaxtlar bu işə hobbi olaraq başlamışdım. Neft Akademiyasını bitirmişəm. Nüfuzlu neft şirkətlərdən birində çalışırdım, amma hiss edirdim ki, bu sahədən uzaq insanam. Hobbi olaraq başlayan fotoqraf həyatımı radikal bir qərar alaraq peşəkar iş həyatına çevirdim.

- Bildiyim qədərilə, sonradan bu işin təhsilini də aldın. Axtarılan fotoqraf olmaq üçün təhsil şərtdirmi?

- Bu sahədə təhsil mühüm şərtdir. Amma seçilən və öndə gedən fotoqraf olmaq üçün yeganə şərt təhsil deyil. Seçilmək üçün yüksək zövq, istedad və marketinq bacarığı vacibdir.

- Fotoqrafiyada əsas tərzin nədir?

- Fotoqrafiyanın bölmələrini qeyd etsək, demək olar ki, hər şey çəkə bilirəm, amma mənim janrım portret və modadır. Ən çox sevdiyim janr insanların müasir tərzdə modanın müasir koloritlərinə uyun imici üzərində gedən fotolardır. Amma nə edək ki, zəmanəmiz bir az başqa şeylər də tələb edir. Toy da çəkirəm, başqa tədbirlər də çəkirəm.

Gallery

- Peşə xəstəliyin varmı?

- Var, əlbəttə. Bu saat qardaş məni çəkir (bizim fotoqrafı deyir – red.), bütün diqqətim ona yönəlib. Çox narahatam, görən, ağzım-gözüm necə düşəcək. Onu da qeyd edim ki, məni həmişə reportaj, müsahibə zamanı çəkilən fotolar çox maraqlandırıb. Baxmayaraq ki, ən sadə fotolardır, amma maraqlıdır.

- Heç reportaj çəkmisən?

- Reportaj çəkməyə bir vaxtlar marağım yaranmışdı. Xüsusilə də futbol meydançasından fotoreportaj etməyi çox istəmişəm. İdman aurası mənə maraqlı gəlib hər zaman.

- İstədiyin anı yaxalamağın xüsusi bir sirri varmı?

- Moda və portret fotoqrafiyasında istədiyin anı yaxalamaq mövzusu bir qədər az rast gəlinən haldır. Ona görə ki, hər şey qurulmuş səhnədə həyata keçirilir. Amma toy fotoqrafiyası daha böyük bir praktika tələb edir. Çünki bütün toy ərzində təbii anları yaxalamaq üçün hədsiz dərəcədə peşəkar olmalısan. İnsanlara artıq bilərəkdən çəkilən fotolar maraqlı gəlmir.

- Öz çəkdiyin fotolarda qüsur tapa bilirsən?

- Öz fotolarıma qarşı hədsiz dərəcədə tənqidi yanaşıram. Hətta müğənnilərin fotolarını çəkdiyim zaman onlar bəyənir mən bəyənmirəm. Onlar üçün əla görüntülər mənim üçün pisdir. Çox vaxt müğənnilərə seçim buraxmıram.

Gallery

- Röya, Aygün Kazımova, Faiq Ağayev, Sevda, Zamiq kimi sənətçiləri çəkmisən. Əsla çəkmərəm dediyin müğənni varmı?

- Söhbət ulduzlardan gedirsə, demək olar ki, foto-sessiyasını etmədiyim məşhur qalmayıb. Bir şeyi deyim, foto çəkərkən mənim üçün müğənninin sənəti, necə mahnı oxuması əhəmiyyətli deyil. Müğənni mənim obyektivim qarşısında olanda mən ona artıq müğənni kimi yox, obraz kimi baxıram. Elə müğənni var, çox yaxşı müğənnidir, məşhurdur, amma tərzi mənim tərzim deyil. Yaxud da əksinə.

- Dəqiq deyək, kimləri çəkməzsən?

- Damlanı, Şəbnəm Tovuzlunu indiki imici ilə çəkmərəm. Bu o demək deyil ki, onlar pis müğənnidir. Mən bütün günü maşınımda Damlanın mahnısına qulaq asıram, zümzümə edirəm onun mahnılarını. Sadəcə, mənim obrazım deyillər. Bir məsələ də var. Müğənni məndən əvvəl gedib çox zövqsüz bir fotoqrafla işləyibsə, kim olur-olsun mən o müğənnini əsla çəkmərəm.

- Burda sanki bir az eqoizm hiss etdim.

- Bəlkə də eqoistlikdir. Əgər o müğənnini foto hissi, foto zövqü yoxdursa mən onu çəkmərəm. İndi sosial media dövrüdür. Hamı hər şeyi görür. Heç məşhur olmayan bloggerlər var, adi telefon kamerası ilə foto çəkib qoyurlar, müğənnilərin pul verib çəkdirdiyi fotolardan daha yaxşıdır. İnsanın içində zövq yoxdursa bir az çətin məsələdir.

- Çalışdığın müğənnilər arasında ən kaprizlisi, səni ən çox yoranı kim olub?

- Röya çox tələbkardır. Bilirsən ki, o, dörd il idi Azərbaycanda heç bir fotoqrafla işləmirdi. İşlərini əsasən Türkiyədə həyata keçirirdi. Mən onu inandırdım ki, sənə Türkiyədə olan fotoların keyfiyyətini verə bilərəm, gəl bir işi də Bakıda görək. Ona görə, üzərimdə ağır məsuliyyət var idi. Röya heç nə tələb etməsə belə, mənim özüm narahatlıq keçirirdim. Ən nəzakətli, hətta adama çox zərif şəkildə əzab-əziyyət verən Faiq Ağayevdir (gülür). Tələblərini o qədər incə edir ki, ruhun da incimir və başqa müğənnilərə edəcəyin kaprizləri ona qarşı edə bilmirsən.

Gallery

- “Fotoshop” həyatımıza girəndən bəri gördüyümüz fotolar artıq beynimizdə bir çox suallar yaradır. Keçmişdə insanlar fotolara qeyd-şərtsiz inanırdılar. İndi belə deyil...

- Əvvəllər də “Fotoshop” var idi. On il bundan əvvəl “Fotoshop” yox idi? Sadəcə olaraq, insanların gözəlliyə baxışları dəyişib. Əvvəllər hamı təbiiliyi sevirdi, indi təbii görüntülər insanları qane etmir. Hazır gözəlliyə can atırlar. On-on beş il bundan qabaq plastik əməliyyatı ancaq müğənnilər edirdi, indi plastik əməliyyat gündəlik həyat tərzinə çevrilib Kimin harası xoşuna gəlmir, gedib asanlıqla dəyişir. Bu hiss onların öz simaları üzərində “Fotoshop”la daha çox işləməyə vadar edir. İnsanlar bu gün gözəllik mövzularında ilişib qalırlar. Dünya süni gözəlliyə doğru gedir. Fikir verirsiniz, hətta, dünya texnologiyaları da bu trendin üzərində inkişaf edir.

- Sən fotolarda “Fotoshop”dan nə dərəcədə istifadə edirsən?

- Açığını deyim, “Fotoshop”la işləməyi çox da sevmirəm. Amma təəssüf ki, incəsənət adamlarının əsas tələbi fotonun çox qüsursuz olmasıdır. Onlara heç cür izah edə bilmirəm ki, çox qüsursuz fotoda başqa qüsur meydana çıxır. Təbiilik tamam itir. Gənc adamlarda “Fotoshop”da təbiiliyi qismən də olsa saxlamaq olur. Amma yaşlı adamlarda bu, çox çətindir, hətta mümkünsüzdür. Üzdəki o qırışın da bir ifadəsi var. Şəkil indi xatirə anlamından çıxıb, sırf gözəl görünmək üçün çəkilir.

- Çəkiliş zamanı yaşadığın ən şanssız və çətin hadisə nə olub?

- Karyeramın ən çətin hadisəsi Aygün Kazımovanın ad günü tədbirini çəkdikdən iki gün sonra bütün fotoların kartımdan silinməsi olub. Aygün Kazımovanın yanında biabır oldum (gülür). Çox az sayda fotolar geri qaytara bildim. Mənim üçün inanılmaz çətin və pis bir hadisə idi.

Gallery

- Dünyada izlədiyin, işlərindən bəhrələndiyin fotoqraflar varmı?

- Açığı, heç vaxt hansısa fotoqrafın işini xüsusi izləməyə can atmamışam. Ümumi fotolara baxıram, ancaq müəllifini öyrənməyə çalışmıram. Hər hansı bir fotoqrafın vurğunu olub ondan təsirlənmək istəməmişəm. İndi-indi motivasiya aldığım fotoqraflar var. Yeni nəsil fotoqrafları yox, 80-90- cı illərin məşhur fotoqraflarının işlərinə baxıram. Onları izləmək mənə niyə maraqlıdır? Ona görə ki, yaşlansalar da müasir dövrlə çox möhtəşəm şəkildə ayaqlaşa bilirlər. Bu baxımdan onlar mənə maraqlıdır.

- Ukraynada fotoqraf təhsili almısan. Orda bu sənətə baxışla Azərbaycandakı baxış arasında nə kimi fərqlər var?

- Ukraynada hər bir sahədə olduğu kimi fotoqrafiyada da iş prinsipi daha stressiz və tamamilə fotoqrafın öz şərtləri altındadır. Orda müştərinin imkan dairəsində fotoqrafı özünə tabe etmək cəhdi yoxdur. Məsələn, bizdə müştəri zəng vurur ki, filan vaxt gəl toyumuzu çək. Deyirsən, həmin gün boş deyiləm. Deyir, 2 min manat verim, gəl mənim toyumu çək. Bizdə elə hesab edirlər ki, pulum varsa, mən fotoqrafın iş saatını satın ala bilərəm. Ukraynada belə şey yoxdur.

- Fotoqrafın peşəkarlığı şəkildə ən çox nədən bilinir?

- Fotoqrafın peşəkarlığı şəkildə ən çox təhsil alıb-almamasından bilinir. İşığın qurulması, rənglərdən düzgün istifadə olunması və materialın işlənib bitdikdən sonra keyfiyyətinin maksimum dərəcədə saxlanması... O material sabah şəhərin bir guşəsinə plakat kimi vurula bilər. Böyüdüləndə qüsur yaranmamalıdır. Bu gün bu sahədə kütləviləşmə gedir. Hamı fotoqrafiyaya gəlir mənbəyi kimi baxır. Bu, çox pis haldır. Fotoqrafiyada yaradıcı baxış çox vacibdir. Bu sahəyə sırf maddi gəlir üçün gələnlərin çoxunda yaradıcı baxış olmur.

- Bayaq qeyd etdin ki, bir çox ulduzları çəkmisən. Bəs çəkmədiyin ulduz qalıb? Məsələn ən çox kimi çəkmək istərdin?

- İndi gənc simalardan daha çox yaşlı simaları çəkmək istəyirəm. O insanlar ki, üzlərində artıq illərin cizgiləri formalaşıb. Məsələn, Fəxrəddin Manafovu, Rasim Balayevi təmənnasız çəkmək istəyirəm. Mənim uşaqlığım o sənətkarlarla keçib. Onlar canlı tarixdir. Ən böyük arzularımdan biri Zeynəb Xanlarovanı çəkmək olub. O arzuma bu yaxınlarda çatmışam.

Foto: İlkin Nəbiyev

news-inner-user
Günel Musa

116 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Belarus qızı ovlamaq istəyirdim, dənizdə boğuldum – Gənc yazarın Antalya xatirəsi
12:30 04 Avqust 2021
Gənc rəssamlar üçün ustad dərsləri - Ödənişsiz
12:03 04 Avqust 2021
Azərbaycanlı şair Türkiyədəki yanğına şeir yazdı – Mətn
11:12 04 Avqust 2021
Atam öləndə mənə "iş" tapan müəllimim - Ayxan Ayvaz yazır
10:47 04 Avqust 2021
Yazıçı həmkarını sərt tənqid etdi: “Fiaskodur!”
10:03 04 Avqust 2021
İspanca çıxan “Nəsimi poeziyası” kitabı təqdim olunub
09:37 04 Avqust 2021
Sən əvvəl qoymurdun sevəm səni – Nərmin Kamaldan yeni şeirlər
09:01 04 Avqust 2021
Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021