Azərbaycanda rəssamların onlayn sərgisi açıldı - Fotolar

Azərbaycanda rəssamların onlayn sərgisi açıldı - Fotolar
8 sentyabr 2020
# 10:09

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, “Artgift Azerbaijan”ın dəstəyi ilə sentyabrın 7-də Azərbaycan rəssamlarının onlayn satış sərgisi açılıb.

Mədəniyyət Nazirliyindən Kulis.az- a bildirilib ki, onlayn satış sərgisi respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında yeni əlaqələrin yaradılmasına dəstək olmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə həyata keçirilir.

Sərgidə iştirak üçün Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan 300-ə yaxın orta və gənc nəsil rəssamlar müraciət edib və 100-ə yaxın rəssamın 150-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı üçün əsərlər qəbul edilib.

Onlayn satışa çıxarılan əsərlər www.artgift.az portalında nümayiş olunur. Əsərləri əldə etmək üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar. Sərgidə alıcı və satıcılar arasında vasitəçi rolunu Azərbaycan Dövlət Rəsm Qalereyası həyata keçirir.

# 3121 dəfə oxunub

Oxşar xəbərlər

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:20 11 noyabr 2026
Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər