news-inner
clock15:04 calendar-gray 04 Sentyabr 2020 view-gray6627 dəfə oxunub
view-gray6627 dəfə oxunub

Körpə övladı qucağından yıxılıb öldü, ilk kitabı qadağan olunaraq yandırıldı – Kənddə dəfn edilən Xalq yazıçısının film kimi həyatı

Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür. Kulis.az bu münasibətlə yazıçı haqqında maraqlı faktları təqdim etdi.


Əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib.

***

1937-ci ildə əski əlifba ilə yazılan kitablar yandırılmağa başlayır. Bu zaman Əzizə evlərində bu əlifba ilə olan kitabları kisəyə yığaraq çay kənarında basdırır.

Gallery

Daha sonra pilot olmaq istəyən Əzizə aviasiya klubuna yazılır. Lakin boyu qısa olduğu üçün onu pilot kimi qəbul etmirlər. Burada həyat yoldaşı ilə tanış olur. 1941-ci ildə ailə quran cütlüyün bir qızı dünyaya gəlir.

***

Deyilənlərə görə yazıçı qucağında uşaq küçədə gedərkən uşaq əlindən yerə düşür və başından zərbə alaraq ölür. Bundan sonra o, kiçik yaşda olan qardaşı oğlu Turanı və Kəmaləni öz övladlı kimi böyüdür. Turanın onun övladı olmasını rəsmiləşdirir, Kəmaləni yox.

Gallery

1945-ci ildə tələbə olan Əzizə Cəfərzadənin əlində ərəb əlifbası ilə çap olunan türk ədəbiyyatına aid kitaba görə universitetdən xaric edirlər. Sonralar ekstern yolla Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirir. 26 yaşında teatr texnikumuna müdir təyin olunur.

***

Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılır. O, Anna Axmatova kimi salon lirikasını tərənnüm etməkdə günahlandırılır.

***

Yazıçının həyat yoldaşı Qana prezidentdi Kvama Nkrumanın baş pilotu təyin olunanda Əzizə Cəfərzadə də Afrikaya yollanır. Afrikada yaşadığı vaxt “Qızıl səyahət” adlı kitabını yazır.

Gallery

Ona bir yazıçı kimi şöhrət gətirən isə Seyid Əzim Şirvaninin həyatından bəhs edən “Aləmdə səsim var” romanı olub.

***

Günlərin birində Əzizə Cəfərzadə həmkarları ilə Culfaya gedir. Araz çayının o biri sahilini görən kimi o, bayatı deyir. Onun ifasından sonra şair Tofiq Bayram kövrələrək ağlayır.

Gallery

Bir dəfə isə dərs zaman Əzizə Cəfərzadə Çar İmperiyasının Azərbaycanı necə işğal etməsindən danışır. Onun sovetlərə uyğun olmayan dərslərini qeydə almaq üçün partanın altına səsyazan cihaz qoyurlar. Tələbələr isə elə edirlər ki, səsyazan işləmir.

***

1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirir. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonararını xərcləyir. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satır, əldə etdiyi gəliri tikintiyə xərcləyir.

***

O, XV əsrdə Uzun Həsənin tərcümə etdirdiyi Quranı tapmaq üçün 20 il Misir, Türkiyə, İran, Orta Asiya kitabxanalarında axtarışlar aparır. Məşhəddə olanda həmin Quranı tapır.

Gallery

Yazı makinasına “sevgilim” deyərmiş. Gün ərzində yazı makinasında 25 səhifə, 4 nüsxədə yazı yazırmış. Ömrünün axırlarında isə yazı makinası ilə yaza bilmir. Barmaqları tutmur. Ona makinaçı tapsalar da, sonralar bundan imtina edir. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürür. Son Füzuli haqqında “Eşq sultanı” adlı romanını da bu diktofona diktə etmişdi.

***


Ömrünün son illərində ürək çatışmazlığı olub, amma ailə üzvlərindən gizlədib. Sonralar bədəninə su yığılır və 2003-cü il sentyabrın 4-də 82 yaşında vəfat edir. Onun ölümündən sonra otağındakı saatı dayandırırlar. Vəsiyyətinə əsasən Hacıqabulun Tağılı kəndində dəfn olunur.

news-inner-user

16853 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020
Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
10:27 30 Oktyabr 2020
Misirli rejissor Kann festivalının qalibi oldu
09:59 30 Oktyabr 2020
Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı
09:00 30 Oktyabr 2020
“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
19:28 29 Oktyabr 2020
“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
18:50 29 Oktyabr 2020
Nikol Kidman yeni seriala çəkilir
18:21 29 Oktyabr 2020
"Şeron"dan yeni cəngi - Video
17:43 29 Oktyabr 2020
Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
17:11 29 Oktyabr 2020
Bir əsgərin qeydləri: Ölümlə döyüşürəm - Yeni Şeirlər
16:30 29 Oktyabr 2020
Kann kinofestivalının rəmzi açılış mərasimi keçirildi
15:43 29 Oktyabr 2020
Xalq artistinə həsr olunan kitab çapdan çıxdı
15:00 29 Oktyabr 2020
Qızının cəsədinə sarılan atanın fəryadı
14:15 29 Oktyabr 2020
Jerar Depardye Fransa prezidentini homoseksual adlandırdı
13:36 29 Oktyabr 2020